Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yenidən dirçəldilən münasibətləri geosiyasi reallıqlar kontekstində inkişaf etdirilir

Politoloq: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yenidən dirçəldilən münasibətləri geosiyasi reallıqlar kontekstində inkişaf etdirilir

Bakı, 25 avqust, AZƏRTAC

Qazaxıstan bütün zamanlarda Mərkəzi Asiyanın mühüm aktoru, indiki zamanda həm də önəmli amili, ümumasiya əməkdaşlığının və təhlükəsizliyinin isə son dərəcə vacib oyunçusudur. Azərbaycan isə illər ərzində yürütdüyü siyasət sayəsində nüfuzuna, heç zaman olmadığı qədər böyük gücünə görə qüdrətli dövlətdir. Heç kim inkar edə bilməz ki, regionun inkişafı baxımından Azərbaycanın, sadəcə, reaktiv deyil, həm də proaktiv diplomatiyası və onun iştirakı olmadan heç bir problem həll oluna, təşəbbüslər reallışdırıla, yeni səhifə açıla bilməz. Bu uğurlar bölgədə yeni reallıqlar yaradan Azərbaycanın və onun müdrik, uzaqgörən Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Qazaxıstan-Azərbaycan münasibətləri isə şübhəsiz ki, sadəcə, iki dövlət kontekstindən dəyərləndirilməməlidir. Amma bunu təhlil etməzdən əvvəl bir şeyi vurğulamaq zəruridir: “Baxmayaraq hər iki ölkə mehriban qonşuluq münasibətləri çərçivəsində tammiqyaslı əməkdaşlıq edir, MDB, ATƏT, BMT, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalarda bir-birini hər cür dəstəkləyir, prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev mütəmadi olaraq beynəlxalq platformalarda görüşür, aktual məsələlərlə bağlı fikir mübadiləsi aparır, regional və qlobal məsələlərlə bağlı çağırışlar edirlər, Kasım-Jomart Tokayev prezident kimi ilk dəfə idi Azərbaycana gəlirdi. Siyasətin nəbzini daim tutmağı bacaran iki təcrübəli diplomat kimi prezidentlər Əliyev və Tokayev xalqlarımız baxımından olduqca incə addım ataraq bir-birini öz dillərində salamladılar. Bu amil iki dövlət baxımından strateji hədəflərin xəbərçisidir. Praktiki olaraq elə bir məsələ yoxdur ki, orada Qazaxıstan və Azərbaycanın maraqları toqquşsun, əksinə, ölkələrimiz eyni hədəfə doğru uzun, amma qətiyyətli, sonsuz bir yolun astanasındadır. Bu baxımdan da nitqinin sonunda Tokayev bildirdi ki, “strateji” sözü çox öhdəliklər qoyur, bu söz konkret məna, konkret məzmun daşımalıdır və biz bunun üzərində işləməliyik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.

Tarixə nəzər salan politoloq qeyd edib: “2009-cu il oktyabrın 3-də məhz Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri arasında imzalanmış Naxçıvan Sazişinə əsasən Türk Şurası rəsmən yaradılmışdır. İstər Qazaxıstanla, istərsə də Mərkəzi Asiyanin digər dövlətləri ilə təkcə kəmiyyət və ya miqyas baxımından deyil, ən əsası, keyfiyyət baxımından yenidən fəallaşdırılan münasibətlər yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə” ikitərəfli qardaşlıq münasibətlərini təhlil etməyə imkan verir ki, ikitərəfli kontekstdə dərinləşdirilən bu əlaqələr sonda vahid bir mərkəzdə birləşir və vahid gücə çevrilir. Heç kimə isə sirr deyil ki, bu əlaqələrin inkişafının təməlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsləri, səyləri, iradə və qətiyyəti dayanır. Görkəmli dövlət xadimi, Azərbaycana tarixi Qələbə bəxş etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin memarı olduğu Qarabağ Zəfəri isə bu hədəfin təkanverici qüvvəsi qismində çıxış etdi. Anadolu və Cənubi Qafqazda Türkiyə və Azərbaycan, Mərkəzi Asiyada isə Qazaxıstan türk inteqrasiyasının lokomotivi rolunu oynayır. Tokayevin Türkiyəyə səfəri, rəsmi Ankaranın Xəzərin şərqində mövqelərini möhkəmləndirməkdə son dərəcə maraqlı olması mövcud reallıqlar kontekstində çox önəmlidir”.

Ş.Həsənova diqqətə çatdırıb ki, nəqliyyat-logistika sahəsini inkişaf etdirən, nəqliyyat dəhlizlərini şaxələndirməyə müvəffəq olan Azərbaycan Qazaxıstan üçün alternativ marşrutun - Tengiz-Novorossiysk boru kəmərinə alternativin təmin olunmasında mühüm amildir. Azərbaycan bu gün hazırkı geosiyasi vəziyyət fonunda Qazaxıstan üçün "Avropaya yeni pəncərə"yə çevrilir, Transxəzər marşrutu geniş vüsət alır ki, sözügedən beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə gedib çıxır.

O da xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib, bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Deməli, Orta Dəhlizin aktuallığı daha da artır. Kasım-Jomart Tokayevin da açıq şəkildə bildirdiyi kimi, Qazaxıstan tərəfindən əməkdaşlığın nəqliyyat-logistika istiqamətinin inkişafına mütləq mənada maraq var.

Qazaxıstanla Azərbaycan arasında imzalanan Bəyannamə ilə iki dövlət təhlükəsizlik və milli maraqlarını uzlaşdırır. Bu baxımdan Azərbaycan Prezidenti vurğuladı ki, Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bu məqamda hadisələrin xronoloji ardıcıllığına diqqət çəkərək, bir xüsusi amili də vurğulayaq ki, avqustun 23-də Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında hərbi və digər sahələrdə əməkdaşlıq barədə sazişləri təsdiqlədi.

Vətən müharibəsinin gedişində rəsmi Nur-Sultan bitərəfliyə riayət etməsindən asılı olmayaraq, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrinə sadiq olduğunu bəyan etmiş, ölkə ictimaiyyəti, ekspertlər və Qazaxıstanın sadə vətəndaşları informasiya sahəsində rəsmi Bakının Qarabağ üzərində suverenliyinin bərpası istiqamətində addımlarını dəstəkləmişdilər. Bu isə ölkəmizin çətin anlarında iki dövlətə xalq diplomatiyası nümayiş etdirməyə təkan vermişdi. Eyni zamanda, Nursultan Nazarbayev Azərbaycan xalqını və Prezidentini Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik edərək “2020-ci il Sizin üçün çətin olsa da, qalibiyyət ili oldu! Öz əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün çox narahat idim. Bu, tarixi bir hadisədir. Sizi və qardaş Azərbaycan xalqını şəxsən təbrik edirəm” mesajını ünvanlamışdı.

“Bu gün Qazaxıstanda üç yüz mindən çox azərbaycanlının olduğunu nəzərə alsaq, azərbaycanlılar bu ölkədə üzvlərinin sayına görə əsas diasporlardan biridir. Qazaxıstanla Azərbaycanın tarix, mədəniyyət, ənənələr baxımından yaxınlığı iki xalqı və dövləti yaxınlaşdırmaq kimi fundamental maraqlara həmişə cavab verib. Bu baxımdan Azərbaycan Prezidenti nitqinin əvvəlində məhz bu amilə geniş, yəni, bütövlükdə Mərkəzi Asiya kontekstindən yanaşaraq bildirdi: “Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir”. Onu da nəzərə alaq ki, çox uzağa getmədən elə bu ilin iyununda Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü baş tutdu. Bu da çoxtərəfli əməkdaşlığın yeni formatıdır ki, təməlində olduqca böyük perspektivlər dayanır”, - deyə politoloq əlavə edib.

Ş.Həsənova vurğulayıb ki, Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq gündəliyi, rəqəmlər təsirli olsa da, rekord deyil. İkitərəfli münasibətləri dərinləşdirməklə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi üç dəfə artıb, müsbət dinamikanın qorunub saxlanılmasına baxmayaraq, mütləq rəqəmlərdə bu nəticənin kifayət qədər ürəkaçan görünmədiyi reallığını nəzərə alaraq yaxın illərdə milyard dollar həddinə nail olmaq barədə danışılması üçün etiraf edilməlidir ki, potensial hələ tam açılmayıb. Bu baxımdan, ayrı-ayrılıqda icra edilən layihələrin sinerjisi bir hədəfə istiqamətlənməlidir ki, imzalanan sənədlər iqtisadiyyatda yeni üfüqlərin açılacağından və kifayət qədər planların olduğundan xəbər verir.

Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin olmaması səbəbindən neftin tankerlərlə daşınması, indiki şəraitdə investorların ənənəvi olanları əvəz etmək üçün alternativ yollar axtarması bu məsələnin yenidən xüsusi aktuallıq kəsb etməsindən xəbər verir. Asiya və Avropaya açılan qapıları - Qazaxıstan və Azərbaycan Xəzər dənizinin liman imkanlarından tam istifadə etməkdə konkret addımlar atmalıdırlar. Təbii ki, ümumilikdə iqtisadiyyatlarımız şaxələndirilməli, texnoloji əməkdaşlıq qurulmalıdır ki, bu istiqamətdə də mühüm addımlar atılmaqdadır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ekspert birliyinin, regional və beynəlxalq aktorların diqqət mərkəzində idi və bu, kifayət qədər gözlənilən idi. Üstəlik onu da əlavə edək ki, ölkə prezidentləri arasında aparılan danışıqların nəticələri, imzalanmış sənədlərin siyahısı və verilən bəyanatlar fikirləşmək üçün gələcəyə doğru çoxlu məlumat verir. Hər iki ölkənin imkanlarının genişləndirilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud potensialını artırmağa çalışmasına dair konkret qərarların alınması, səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələləri ilə yanaşı, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqların aparılması, çoxlu sənədlərin imzalanması fonunda və Azərbaycanın nəqliyyat və logistika potensialının reallığı nəticəsində Tokayev imzalanmış sənədlərlə bağlı bildirdi ki, “Qazaxıstana gəldikdə isə bizim tərəfimizdən hər hansı maneə olmayacaq, biz çox səmərəli işləyəcəyik”. Deməli, Qazaxıstanın timsalında konkretlik var.

Mənşəyinə hörmətlə yanaşaraq gələcəyi qurmaq hər mənada bütün türk xalqlarının əsas amalı olmalıdır. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstanın təşəbbüsü ilə Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması dövlətimizin başçısının da qeyd etdiyi kimi, keçmiş məcburi köçkünlərin qayıtması probleminə Qazaxıstanın nə dərəcədə həssas yanaşdığının, bu problemin onlar üçün də aktual olduğunun göstəricisidir. Xatırlatmaq yerinə düşər ki, Özbəkistan da öz vəsaiti hesabına Füzulidə böyük məktəb inşa etməyə başladı ki, bütün bunlar bizə uzanan dost, qardaş əlidir. Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini Qazaxıstan dövlətinin başçısı da bildirdi. Beləliklə, yaratdığımız reallığın, tarixi ədalətin qurub-yaratmaqla davam etdirilməsi Azərbaycan xalqının yurd, torpaq sevdasından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2021-ci ilin noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi, dövlətimizin başçısının bu dəfə Qazaxıstanın ali ordeni ilə təltif edilməsi tarixi Zəfərə imza atan Müzəffər Ali Baş Komandana beynəlxalq platformada verilən olduqca haqlı, yüksək dəyərdir. Dövlətimizin başçısı ordeni bütün Azərbaycan xalqına ehtiram əlaməti, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi və göstərəcəyi səylərə münasibətin ifadəsi kimi qiymətləndirdi. Vaxtilə Astana aldandırılan keçmişin şərəfləndiyi şəhər Nur-Sultan şəhərinin küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adının verilməsinə baxmayaraq, şəhərin inkişaf etdiyi və bugünkü mövqeyi baxımından yanaşanda paytaxtın daha böyük küçələrindən və ya prospektlərindən birinə Qazaxıstanda böyük hörmət, səmimi ehtiram bəslənilən insanın - Heydər Əliyevin adının verilməsi təklif edildi. Xatırladaq ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkənddə də ümummilli lider Heydər Əliyevin adına meydanın açılışı oldu. Həm ümummilli lider Heydər Əliyevin, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qədər yüksək qiymətə layiq görülməsi illər ərzində yürüdülən siyasətin beynəlxalq platformada haqlı olaraq ən ali şəkildə dəyərləndirilməsidir.

“Azərbaycan regionda və qlobal müstəvidə yeni dünya nizamının çağırışlarına dərhal və adekvat cavab verərək yeni təşəbbüslər irəli sürən ölkə olmaqla yanaşı, ədalətsizliyə biganə qalmayan, beynəlxalq hüququn aliliyi prinsipini rəhbər tutan ölkə olaraq beynəlxalq aləmin etibarlı tərəfdaşı kimi başqa ölkələrin təşəbbüslərinə də dəstək göstərir. Bu baxımdan da Tokayev Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkür etdi və bu ilin oktyabrın ortalarında Qazaxıstanın paytaxtında təşkil ediləcək Zirvə görüşündə dövlət başçımızın iştirakının istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olduğunu vurğulayaraq səbirsizliklə gözlədiyini xüsusilə bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev konstruktiv bəyanatlarla, konkret addımlarla çox səliqəli və balanslı siyasət yürüdür, milli maraqlarımızı təmin etmək baxımından məharətlə və sistemli şəkildə çalışır”, - deyə politoloq bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Somalidə “əş-Şəbab” qruplaşmasının 25 üzvü öldürülüb

İsveçdə məktəbəqədər hazırlıq sinifləri ləğv olunur

Xəzərdə zəlzələ baş verib

Prezident Vladimir Putin: Rusiya və Azərbaycan Xəzərin dayazlaşması probleminin həlli üzərində işləyir

Vladimir Putin: Azərbaycanla Şimal-Cənub və bir neçə digər mühüm istiqamət üzrə yaxşı layihələrimiz var

Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb

Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz

Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli qəbul keçirilib

Sosial Xidmətlər Agentliyində nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

® “Bakcell” 4-cü YAŞAT düşərgəsinin tərəfdaşıdır

XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir

Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib

Rəşad Sadıqov: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

Qəbələdə baş verən qəzada iki nəfər xəsarət alıb

Dənizkənarı Bulvar İdarəsinin mənfəəti 2024-cü ildə 22,8 faiz artıb

Azərbaycan Aktauda keçiriləcək beynəlxalq tibb konqresində iştirak edəcək

Livan BMT-nin sülhməramlı missiyasının ölkədə qalmasını istəyir

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

Kahramanmaraşda qardaşlıq abidəsi: Azərbaycan-Türkiyə həmrəyliyinin daha bir rəmzi TƏHLİL

“Kəpəz” və “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

Francesco Corvaro: İtaliya Bakı Platformasının fəaliyyətinə sadiqdir

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

Britaniya İsraildəki diplomatik nümayəndəliklərində çalışanların ailə üzvlərini geri çağırıb

DİN: Digər insanların istirahət hüququnu pozmamaq üçün səsimizi yox, intizamımızı artıraq

COP30-a hazırlıq prosesində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın daha da dərinləşdirilməsi müzakirə olunub

“Fənərbağça”nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb VİDEO

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının iclasında 21 məsələ müzakirə olunacaq

Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil edilib

İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin nümayəndələri Maliyyə Nazirliyində olublar

Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib YENİLƏNİB  VİDEO

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycandan Çinə quş əti məhsullarının ixracı imkanları müzakirə olunub

Elşad İsgəndərov: Bakı Habı iqlim və münaqişələrdən əziyyət çəkən 500 milyon insana dəstək olacaq

Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb

Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib

DİN-dən müraciət: Küçə ticarəti yol hərəkətinin iştirakçıları üçün real təhlükə mənbəyidir

Müəllimlərin sertifikatlaşdırılması: Test imtahanı necə təşkil olunub? VİDEO

Müəllimlərin sertifikatlaşdırılması: Test imtahanı necə təşkil olunub? VİDEO

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

AQTA-nın əməkdaşı EPPO-nun tədbirində iştirak edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb

Qurban Qurbanov: İstənilən çətinliyə baxmayaraq, Çempionlar Liqasının ilk matçına hazır olmağa çalışacağıq

Yunanıstandan olan nümayəndəyə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

Latviyalı parlamentarilər postmünaqişə dövründə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud vəziyyət barədə məlumatlandırılıblar

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib YENİLƏNİB 2 VİDEO

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib YENİLƏNİB 2 VİDEO

Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb

İstifadə olunmuş geyimlər Qananın qorunan su-bataqlıq ərazilərinə atılır

ADMİU-da milli mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib

Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik vasitə aşkarlayıb VİDEO

Qaradağda əməliyyat: Polis 18 kiloqram narkotik vasitə aşkarlayıb VİDEO

İtaliya Baş nazirinin müavini: Vətəndaşlarımız Azərbaycan vasitəsilə İranı tərk ediblər

Kənd təsərrüfatı nazirinin müavini Yardımlıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Deputat: Mütəşəkkil cinayətkarlıqla mübarizə ciddi çağırış olaraq qalır

Nazir: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır

Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində - elmi sessiya YENİLƏNİB

Çində 11 min 787 dronun iştirakı ilə keçirilən şou Ginnesin Rekordlar Kitabına düşüb VİDEO

Çində 11 min 787 dronun iştirakı ilə keçirilən şou Ginnesin Rekordlar Kitabına düşüb VİDEO

Azərbaycan İdman Akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb

Azərbaycanın tennis millisi Albaniya yığmasına qalib gəlib

Lənkəranda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və həlli yolları” mövzusunda müzakirələr təşkil olunub

Nərgiz Babazadə: Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici hissdir VİDEO

Nərgiz Babazadə: Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici hissdir VİDEO

Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpozium keçirilib

XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər - beynəlxalq konfrans

Qazaxıstan Azərbaycanla ticarət həcminə görə MDB ölkələri arasında üçüncü yerdədir

Rumıniya mətbuat orqanları Medianın İnkişaf Agentliyinin keçirdiyi təlimdən yazıblar

Bakıda dünyaşöhrətli musiqişünasın mühazirəsi dinlənilib

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yunanıstan klubunun zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair açıqlama yayıb

Azərbaycan və Türkiyə ombudsmanları əməkdaşlığın perspektivlərini müzakirə ediblər

® “Azercell” və ADA Universitetinin birgə təşəbbüsü ilə keçirilən “İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub

Azərbaycan xizəkçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Estoniya ilə vergi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın stolüstü tennisçisi Çin millisinin bazasında hazırlıq keçəcək

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Çinin Yanşan Universitetinə Azərbaycan haqqında kitablar təqdim edilib

BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib

Min ton toksik tullantı basdıran İsveçin “zibil kraliçası” məhkum edilib

Aktauda I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib

SB62 sessiyasının sədrləri COP29-un Sədrliyi və nümayəndə heyətinin fəaliyyətinə yüksək qiymət verir VİDEO

SB62 sessiyasının sədrləri COP29-un Sədrliyi və nümayəndə heyətinin fəaliyyətinə yüksək qiymət verir VİDEO

Tedaruk.az portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsi davam edir

Konfrans Liqası: Azərbaycan klublarının rəqibləri bəlli olub

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib

Xəzərin dibində saniyədə 400 terabit: Qazaxıstan və Azərbaycanın iddialı layihəsi

BMT-nin baş qərargahında Srebrenitsa soyqırımına dair sərgi açılıb

“Barselona” yeni qapıçı transfer edib

Dövlət Komitəsinin sədri Sabirabad rayonunda vətəndaşlarla görüşəcək

Ötən beş ayda əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq VİDEO

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq VİDEO

Xankəndi tikiş fabrikinin Bakıda satış mərkəzi açılacaq

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

Xroniki xəstəliyi olanlar isti havalarda nələrə diqqət etməlidir?

Serbiya Birləşmiş Ərəb Əmirlikləri ilə süni intellekt sahəsində əməkdaşlığa başlayıb