SİYASƏT
Polkovnik Vaqif Dərgahlı: Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən vətəndaşların sənədlərinin qəbuluna başlanılıb

Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna Bu gündən etibarən başlanılıb.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a açıqlamasında deyib.
V.Dərgahlı bildirib ki, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar. Vətəndaşlar qəbulla bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından (mod.gov.az) əldə edə bilərlər.