Praqanın mərkəzində unikal tapıntı
Praqa, 2 may, AZƏRTAC
Arxeoloqlar Praqanın qədimdə Müqəddəs Valentin darvazaları olmuş Vatslav meydanının aşağı hissəsində bir neçə unikal əşya, o cümlədən 4 santimetr hündürlüyündə və növü hələlik bəlli olmayan heyvan buynuzundan düzəldilmiş Müqəddəs Məryəmin heykəltəraşlıq rəsmini aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, alimlər bu tapıntının XV əsrdə şəhər sakinlərindən birinin evindəki səcdəgahın bəzəyi olduğu qənaətindədirlər.
Həmçinin, Müqəddəs Valentin darvazalarının XIII əsrdə aparılmış tikinti və bərpa işlərinin tarixini də dendroxronoloji üsulla müəyyən etmək mümkün olub. Darvazalar indiki Krijovnitski küçəsinin yaxınlığında yerləşib. Bu tapıntılar Praqanın Yeni və Köhnə şəhər hissələrində Milli Muzey tərəfindən aparılan arxeoloji tədqiqatlar çərçivəsində aşkar edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]