SİYASƏT
Prezident: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılması ölkəmizə olan hörmət və etimadın göstəricisidir
Bakı, 16 sentyabr, AZƏRTAC
2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bildirib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə 2023-cü ilə qədər daha bir il uzadıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək”.