Prezident: Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının institusional inkişafı üçün çox səmərəli bir dövr olub

Bakı, 19 may, AZƏRTAC
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü bu Hərəkatın institusional inkişafı üçün çox səmərəli bir dövr olub. Ölkəmizin irəli sürdüyü bir sıra mühüm təşəbbüslər uğurla həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı bundan sonra da Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın güclənməsinin, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, məlum Bandunq prinsiplərinə sadiqliyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Hindistanın Qoşulmama Hərəkatının əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladan Prezident İlham Əliyev bu təsisatın yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasətdə mühüm amilə çevrilməsinin önəmini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [15:30]
Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib
- 08.07.2025 [12:57]
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
- 08.07.2025 [12:18]