Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident CGTN-ə müsahibəsində strateji tərəfdaşlıq və gələcək hədəflər barədə dünyaya mesajlar verdi - ŞƏRH

Prezident CGTN-ə müsahibəsində strateji tərəfdaşlıq və gələcək hədəflər barədə dünyaya mesajlar verdi - ŞƏRH

Bakı, 17 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi təkcə ölkəmizdə deyil, dünyada maraqla izlənildi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, eyni zamanda, ölkəmizin sosial inkişafı, iqtisadi təhlükəsizliyi haqqında dolğun məlumat verdi. Prezident İlham Əliyev müstəqillik tariximizin ən mühüm nailiyyəti olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından danışaraq qeyd etdi ki, biz işğal altında olan tarixi ərazilərimizi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq azad etdik. Bu tarixi qələbə 30 il ərzində milli ideyamız və hədəfimiz idi. Təəssüf ki, ədaləti bərpa etməyi öhdəsinə götürmüş beynəlxalq güclərin fəaliyyətsizliyi ilə qəbul edilmiş qətnamələr kağız üzərində qalmışdı. Belə olduğu təqdirdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi özümüz azad edərək ərazi bütövlüyümüzü tam təmin etməyi bacardıq. Prezident haqlı olaraq bildirdi ki, indi dünyanın beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.

Bununla yanaşı, mövcud vəziyyətdə Azərbaycan və Çin münasibətlərinə toxunan dövlət başçısı vurğuladı ki, ölkələrimiz rəsmi olaraq strateji tərəfdaşdırlar. Ölkəmiz dünyanın iqtisadi nəhənglərindən olan Çin Xalq Respublikası ilə əlaqələrin daha da möhkəmlənməsinə böyük önəm verir. Azərbaycan bu ölkə ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Əlaqələrimiz çoxşaxəli və sağlam təməllər üzərində qurulub.

Prezident ABŞ ilə münasibətlərindən söhbət açaraq qeyd etdi ki, ölkələrimiz arasında yeni dövrün başlanması hər iki tərəfin marağındadır. Geridə qoyduğumuz son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşmasının əlaqələrimizin korlanması ilə nəticələndiyini vurğulayan Prezident söylədi ki, Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz müsbət olub. Məhz bu baxımdan Prezident ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün başlanmasının anonsunu verdi.

Bundan əlavə, Prezident İlham Əliyev müsahibəsində ötən il ölkəmizdə uğurla keçirilən iqlim sammiti ilə bağlı bəzi məsələlərə toxundu. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyi üzərinə götürməsi ölkəmizə göstərilən etimadın nümunəsi idi. Bu, bir həqiqətdir ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli və beynəlxalq səviyyədə apardığı siyasətin nəticəsi kimi tarixə qovuşdu.

COP29-dan söz düşmüşkən, müsahibədə bu məsələ ilə bağlı toxunulan bir məqama diqqət yetirmək istərdim. Dünyanın siyasi və iqtisadi xəritəsində yüksək yer tutmasını hədəf seçən Azərbaycanın bu məqsəd uğrunda qətiyyətli addımlar atdığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, təxminən, 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən müdafiə olundu: “Təqribən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.

Azərbaycan lideri müsahibədə iqlim dəyişikliyindən bir çox ölkələrin, o cümlədən respublikamızın əziyyət çəkdiyini, hətta kiçik ada dövlətlərinin mövcudluğuna təhlükə yarandığını və bəzən bununla bağlı onların məsələsinin gündəliyə daxil edilmədiyini təəssüflə diqqətə çatdırıb. Qeyd edib ki, Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. “Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir”,– deyə dövlətimizin başçısı bildirib.

“Beləliklə, göründüyü kimi, dövlətimizin başçısının CGTN telekanalına müsahibəsi mühüm mesajlarla yadda qaldı. Bütün dünya ilə normal münasibətlər quraraq Azərbaycanın milli maraqlarını tam təmin edən Prezident İlham Əliyev 20 ildən artıq müddət ərzində Azərbaycan xalqına müsbət və ya mənfi olmasına baxmayaraq hər zaman həqiqəti söyləyib. Məhz bu üstün keyfiyyətlər inkişafın, sabitliyin, təhlükəsiz həyatımızın təminatçısı olan Azərbaycan liderinə ümumxalq sevgisi qazandırıb. Etibarlı tərəfdaş olduğunu fəaliyyəti ilə sübut edən Azərbaycanın özü ən etibarlı əldədir”, - deyə deputat qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkar ediblər - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb VİDEO

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir

Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT

Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib VİDEO

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub

Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Kişineuda Novruz şənliyi təşkil olunub

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir

Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar VİDEO