Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük

İstanbul, 22 noyabr, Günel Karatepe, AZƏRTAC

Bakıda keçirilən COP29 Liderlər Zirvəsində ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinin qorxuducu həddə çatdığını bir daha yaxından gördük. Ötən əsrdə bir damla nefti, axan insan qanından daha dəyərli sayan materialist zehniyyət dünyamızın çox əzab çəkməsinə səbəb oldu. Afrikadan Asiya, Latın Amerikasına qədər getdiyimiz hər bölgədə gözünü pul, qızıl və gümüş bürümüş anlayışın arxasında qoyduğu dərin ağrılara rast gəlirik. Müstəmləkəçilər yalnız insanları qətlə yetirmədilər. Onlar milyonlarla məsum insanla bərabər, böyük bir ətraf mühit qətliamı da törətdilər. “Yeddi bacı” adı ilə tanınan neft şirkətlərinin I Dünya müharibəsi başda olmaqla, son əsrdə bəşəriyyətin üzləşdiyi bir çox müharibə, çevriliş, münaqişə və qətliamda əlləri olduğu məlum bir həqiqətdir. Diktatorlar, çevrilişçilər və zülmkarlar tərəfindən enerji mənbələri idarə edilərkən, insan həyatı, azadlıqlar və ədalət heç sayıldı. XXI əsrdə istismara və tamaha əsaslanan bu amansız sistemin davam etməsi mümkün deyil. İnsana və ətraf mühitə lazım olan dəyər verilmədən, dünyada sülh və əmin-amanlıq təmin oluna bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Enerji, nəqliyyat və rabitənin, xüsusilə birlikdə inkişafın lokomotivi olduğunu vurğulayan Ərdoğan kifayət qədər keyfiyyətli və təmiz enerjinin uyğun qiymətlərlə kəsintisiz təmin edilməsinin bütün ölkələr üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb.

“Yaxın tarixdə bölgəmizdə baş verən böhranlar, enerji təchizatı təhlükəsizliyinin ölkə iqtisadiyyatları üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini bir daha xatırlatmışdır. Rusiya-Ukrayna arasında mininci gününü geridə qoyan müharibə, xüsusilə enerji sahəsində xarici asılılığın risklərini göstərdi. Türkiyə müharibə edən hər iki tərəflə qurduğu balanslı əlaqələr sayəsində bu çətin dövrü ən rahat keçirən ölkələrdən biri oldu. Bunun əksinə, avropalı dostlarımız müharibənin yaratdığı enerji böhranını birbaşa hiss etdi və çox ciddi çətinliklərlə üzləşdilər”, - deyə Türkiyə Prezidenti bildirib və əlavə edib ki, hər nə qədər bu gün enerji təchizatında bir böhran yaşanmasa da, bu sahədə təhlükəsizliyin təminatına hər zaman hazır olmaq vacibdir. Türkiyə enerji siyasətini bu anlayışla, təbiətə zərər verməmək üzərində qurub.

Ölkəsinin təbii ehtiyatları və enerji sahəsi üzrə ötən ilin statistik rəqəmlərinə toxunan Prezident Ərdoğan deyib: “2023-cü ildə xam neft və neft məhsulları idxalımız 49 milyon tona, təbii qaz idxalı isə 50 milyard kubmetrə çatıb. Bütün bu resurslar üçün ödədiyimiz məbləğ təxminən 70 milyard dollar təşkil edir. Türkiyə son 20 ildə il ərzində orta hesabla 5,4 faiz artım əldə edib. Gələcək dövrdə də böyüməyə davam edəcəyik. Mədən sektorunun ümumi daxili məhsuldakı payını 4 dəfə artıraraq 2023-cü ildə 270 milyard lirəyə çatdırdıq. Son 22 ildə mədən ixracatımız 7 dəfə artaraq 5,7 milyard dollara yüksəldi. Biz dünya bor ehtiyatlarının 73 faizinə sahibik. Bu sahədə 60 faizdən çox bazar payı ilə qlobal miqyasda liderliyimizi qoruyuruq. Qızıl mədənində yalnız ölkəmizdə deyil, xaricdə də axtarış fəaliyyətləri aparırıq. Niğdədəki qızıl sahələrindən birində 2025-ci ildə istehsala başlamağı planlaşdırırıq. Sakarya Qaz Sahəsində gündəlik istehsalımız 7 milyon kubmetrə çatdı. Digər sahələrimizlə birlikdə ümumi daxili istehsalımızı gündəlik 8 milyon kubmetrə yüksəltdik. 2026-cı ildə gündəlik istehsalımızı 20 milyon kubmetrə çatdıracağıq”.

Çıxışında Türkiyənin dünyada ədalətsizliklə ən çox mübarizə aparan ölkələrdən olduğunu, enerji istismarının da bu ədalətsizliyin bir parçası olduğunu qeyd edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə enerjidə xarici asılılığı azaltmaq, mənbə müxtəlifliyini artırmaq, enerji mərkəzinə çevrilmək, enerji təhlükəsizliyinin təmini, böyük ölçüdə öz mənbələrindən istifadə, bərpaolunan enerjidə qabaqcıl ölkələrdən olmaq və təhlükəsiz şəkildə nüvə enerji mənbəyinə çatmaq istiqamətində nəhəng addımlar atıb.

Tədbirdə çıxış edən energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin 2035-ci ilədək bugünkü külək və günəş enerjisindəki mövcud gücünü dörd dəfə artırmağı hədəflədiyini deyib.

Xatırladaq ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Tünd şokolad diabet riskinin azaldılmasında mühüm rol oynayır

Viktor Orban: Dünya köklü dəyişikliklərlə üz-üzədir

Məhkəmə Cənubi Koreyanın keçmiş müdafiə nazirinin həbsinə order verib

Alimlər yaddaşın formalaşması ilə bağlı yeni nəticələr əldə ediblər

“Eurovision” müsabiqənin iştirakçıları və media üçün yeni davranış qaydası tətbiq edir

BMT: Suriyanın böyük şəhərləri ərzaq çatışmazlığı ilə üzləşib

Çempionlar Liqası: “Liverpul” İspaniyada, “Real Madrid” İtaliyada qələbəyə sevinib

Şolts və Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar

Almaniyada şantaj yolu ilə Şumaxer ailəsindən 15 milyon avro tələb edən şəxslərin məhkəməsi başlayıb

Bayden administrasiyası yeni Suriya hökumətini tanıyacağını bəyan edib

Xorvatiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına tarixi fürsət yaranıb

“Audi” 600 mindən çox avtomobili geri çağırır

Dohada Beynəlxalq Süni Zəka konfransı keçirilir

Milli Məclisin nümayəndə heyəti Asiya Parlament Assambleyasının komitə iclasında iştirak edib

Ərdoğan Suriyanın yenidən bölünməsinin yolverilməz olduğunu bildirib

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır

Qubanın dağ yəhudilərinin mədəni irsi Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələrinə təqdim olunub

bp Azərbaycanın mədəni irsini əks etdirən kitab-albomun təqdimatını keçirib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

DYP Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Britaniya Gürcüstan hökumətinə dəstəyini azaldır

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib  YENİLƏNİB VİDEO

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ədəbiyyat Muzeyində görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb

BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb

Ulu Öndər Heydər Əliyev – Tarix yaradan dahi şəxsiyyət

® “Unibank”a 3-24 ay müddətinə əmanət qoy, yüksək gəlir qazan!

On bir ayda 7,254 ton tütün xammalı ixrac olunub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır VİDEO

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Elektron Təhlükəsizlik Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti birgə maarifləndirmə tədbiri keçirib

® İşgüzar səhər yeməyi: Səhər qəhvəsi ilə mükəmməl başlanğıclar

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

İldə 50 min ton alabalıq - Xəzər dənizinin Qazaxıstan hissəsində genişmiqyaslı layihə

Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib

Dövlət Komitəsinin sədri Abşeron və Zəngilan sakinlərinin müraciətlərini dinləyəcək

Azərbaycanın dünyada məşhur olan təndir çörəyi FOTO VİDEO

Suraxanıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib VİDEO

Məhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib

“Sabancı” holdinqinin nümayəndəsi: Yaşıl enerji sahəsində Türkiyə üçün böyük imkanlar açılır

SİF: On bir ayda 5144 layihə maliyyələşdirilib

“Şəhərdən Kəndə”: Şabran və Qubanın aqroturizm təsərrüfatlarına infotur təşkil olunub

Salah noyabr ayının ən yaxşısı seçilib

® “Azercell” ilə “Kinon Plus”dan 7 gün pulsuz istifadə imkanı

Braziliyalı ustad Bakıda ciu-citsu üzrə beynəlxalq seminar keçib

Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib

Mətnşünas alim Paşa Kərimovun xatirəsinə həsr edilmiş kitab nəşr olunub

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AFFA adları oyun alqı-satqısında hallanan futbolçularla bağlı açıqlama verib

“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB VİDEO

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İzmirdəki “Heydər Əliyev” məktəbində Ulu Öndərin xatirəsi anılıb

Ölümündən sonra təltif olunan ANAMA əməkdaşının medalı ailəsinə təqdim edilib

Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

Teatr Muzeyinin 90 illiyi qeyd olunub

“Globo”: Braziliyanın vitse-prezidenti müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra edəcək

Naxçıvanın 9 yaşlı məktəblisi İstanbulda keçirilən “STEAM AHEAD- 2024” olimpiadasında qalib olub

Sumqayıtda doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı işə başlayıb

Qazaxıstanlı yazıçı-publisist araşdırma aparmaq məqsədilə Mərkəzi Elmi Kitabxanada olub

Azərbaycanda ilk dəfə ayaqqabı istehsalçısı beynəlxalq standartlara uyğunluq sertifikatları alıb

Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur

Gürcüstanda prezident seçkiləri ilə əlaqədar bütün işlər tamamlanıb

Şəkinin uşaq musiqi və incəsənət məktəblərində ustad dərsləri keçirilir

Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

Kir Starmer Kiprə səfəri zamanı diplomatik gərginliklə üzləşib

İmişlidə yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” üçün müasir infrastruktur qurulur

“Qarabağın təbii ehtiyatları atlası”nın elektron variantı hazırlanıb

Beynəlxalq konfransda Oljas Süleymenov irsinin Azərbaycanda tədqiqindən danışılıb

Azad olunmuş ərazilərdə biomüxtəlifliyin artırılması diqqət mərkəzində saxlanılır

Bəsitçay Dövlət Təbiət Qoruğunda bioloji komponentlərin inventarizasiyası işlərinə başlanılıb

Mədəniyyət və yaradıcı sənayelərin inkişafı üzrə qış məktəbi təşkil olunacaq

Böyük Britaniya suriyalıların sığınacaq müraciətlərini dondurub

Gürcüstan DTX ölkədə baş verə biləcək təxribatlarla əlaqədar əhaliyə müraciət edib

İşğaldan azad edilmiş ərazilərdə 11 avtomat hidroloji, 5 avtomat meteoroloji stansiya quraşdırılıb

Türkiyə Prezidenti Ankaranın Suriya ilə bağlı baxışını NATO-nun Baş katibinə izah edib

İşğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsi yaradılıb

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib YENİLƏNİB VİDEO

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

Rusiyanın Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib VİDEO

AzMİU-nun əməkdaşları Yıldız Texniki Universitetində təcrübə mübadiləsində olublar

Azərbaycan Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda təmsil olunub