Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

Ağdam, 18 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş Plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.

Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib.

Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.

Həmçinin Kompleksdə xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model yaradılıb. Bu modelin həm işçi heyətin, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları nümayiş olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

ABŞ-ın Merilend ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzalayıb

Ukrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib

Şuşada Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

Bağdad Universitetində Azərbaycanla bağlı doktorluq dissertasiyası müdafiə edilib

ABŞ Dövlət katibi və milli təhlükəsizlik müşaviri Zelenski ilə Tramp arasında danışıqlara dair bəyanat yayıblar

“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq

İstanbulda Novruz bayramı qeyd olunub

Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Vyetnamda Novruz şənliyi təşkil olunub

Volodimir Zelenski ABŞ Prezidenti ilə telefon danışığının ilkin nəticələrini açıqlayıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iftar mərasimi təşkil olunub

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib

Türkiyəli ekspert: İrəvanın mövqeyindəki ziddiyyətlər regional münasibətlərin normallaşmasını ləngidir

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub VİDEO

Serbiya parlamenti hökumətin istefasını təsdiqləyib

ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

Naxçıvan Hərbi Kollecində Novruz bayramı qeyd olunub

“Azərpoçt” poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

Bratislavada Novruz bayramı qeyd olunub

Bir qrup mədəniyyət xadimi Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yeni gün” adlı bayram tədbiri keçirilib

Azərbaycan və Niderlandın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyənin ədliyyə naziri: İstintaq bütün aspektləri ilə diqqətlə və həssaslıqla aparılır

OECD-in nümayəndələri: Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda saxlanılaraq Qazaxıstana təhvil verilib

DİN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

NDU-da “Elm Günü”nə həsr olunan konfrans keçirilib

® ABB-nin dəstəyi ilə “Şuşa baharı” başlandı!

ABŞ mətbuatı: Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq

Daşkənddə “Novruz- Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert təşkil olunub

“Israel HaYom”: Azərbaycan dilinin İranda statusu ispan dilinin ABŞ-dakı statusu kimi olmalıdır

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə biləcək qeyri-pedaqoji ixtisasların siyahısı açıqlanıb

® Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi Novruz və Ramazan bayramı günlərində 7/24 rejimində fəaliyyət göstərəcək

Mil-Muğan regionunda Baharın gəlişi ilə bağlı festival təşkil edilib VİDEO

Yol polisi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib

Prezidentin AMEA-nın 80 illiyi ilə bağlı Sərəncamı Azərbaycan elminə verilən yüksək dəyərin ifadəsidir

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

İşğaldan azad torpaqlarda alovlanan Novruz tonqalları milli həmrəyliyin və qürurun rəmzidir ŞƏRH

AQTA: "Şüa" restoranında nöqsanlar aşkarlanıb

Maliyyəşmədən məhrum olan “Azadlıq Radiosu” USAGM-i məhkəməyə verir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Kürdəmirdə vətəndaşlarla görüşəcək

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb

Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub

Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Səbail rayonunda ictimai sahənin qanunsuz zəbt edilməsi aşkar edilib

Bakıda mikromobillik zolaqları şəbəkəsinin daha da genişləndirilməsi hədəflənib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara müraciət edib

Azərbaycan-ABŞ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Nazir Adil Kərimli Bakı şəhərində bir qrup vətəndaşın müraciətlərini dinləyib

® "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Macarıstan ABŞ və Rusiya prezidentləri arasında danışıqları alqışlayır

Qazaxıstan Macarıstana 95 növ mal üzrə ixrac strukturunu artırmaq niyyətindədir

“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

AQC sədri Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresində təltif olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb

“Azərkosmos” “Azerspace-1” üzərindən “IoT” xidmətini aktivləşdirib

“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq hücumçusu 43 yaşında dünyasını dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Bəhreyn əməkdaşlığının perspektivləri müzakirə olunub

Gürcüstanda yaşayan soydaşımız Tbilisi çempionatında gümüş medal qazanıb

Türkiyənin energetika naziri Xəzər dənizində yataqların işlənməsində yeni tərəfdaşlığa hazır olduğunu bəyan edib

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

“Regionların sosial-iqtisadi inkişafı və coğrafi problemləri” - elmi-praktik konfrans

Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin ailəsi ziyarət olunub

“Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında Vaqif Mustafazadənin ulduzu təqdim olunub

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Binəqədi rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib

“Neftçi” əməkdaşları və veteran futbolçuları qocalar evində olublar

Agentlik bayramdan sonra ilk dərs gününün tarixini açıqlayıb

Bakı, Sumqayıt şəhərlərində və Ağcabədidə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkarlanıb

Muxtar respublikanın rayonlarında Novruz bayramı qeyd olunur VİDEO

Qazaxda Novruzun gəlişi təntənə ilə qeyd edilib, şəhid övladları bayram tonqalını alovlandırıblar

Agentlik: Süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması nəzərdə tutulur

AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları qar uçqununa düşüblər, axtarış tədbirlərinə başlanılıb

® “PAŞA Holdinq” Novruz Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

Kür çayından götürülən su necə təmizlənir?

UNEC-in ikinci rektoru olmuş Rəşid Qayıbovun xatirəsinə həsr edilən tədbir keçirilib

Çağdaş ideologiya

Sosial Xidmət Mərkəzlərində Novruz şənlikləri təşkil edilib

Şahtaxtı gömrük postunda fövqəladə hallar zamanı davranış qaydaları üzrə məşq keçirilib VİDEO

Naxçıvanda şəhid və qazi övladlarına, sosial qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri təqdim edilib

Səudiyyə Ərəbistanının “Təfaul əs-Saudiyyə” nəşri mükafatlandırılıb

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib

Qara dəniz Texniki Universitetinin dosenti BDU-da elmi seminar keçirib

Azərbaycanın Qırğızıstandakı səfiri: Arzu edirəm ki, Novruz bütün xalqlara əmin-amanlıq gətirsin

AFFA “Neftçi”nin şikayətini təmin etməyib

BDU-da Samur-Dəvəçi fiziki-coğrafi rayonunun sahilyanı ərazilərinin CİS mühitində tədqiqi davam edir

® “Caspian Energy Club”ın yeni İdarə Heyətinin ilk iclası keçirilib