Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB 2 VİDEO

Aşqabad, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət başçılarını salamladı.

Sonra birgə foto çəkdirildi.

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasını açan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iclasın işinə uğurlar arzuladı.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Sağ olun, hörmətli cənab Prezident.

Hörmətli dövlət başçıları.

Səmimi qəbula və qonaqpərvərliyə görə Prezident Berdiməhəmmədova təşəkkürümü bildirmək istəyirəm.

Bizim dünənki görüşümüz Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi. Mən Türkmənistana keçənilki rəsmi səfərimi də səmimiyyətlə xatırlayıram. Həmin səfər müddətində mühüm məsələlərə dair geniş fikir mübadiləsi aparıldı, bizim münasibətlərimizə yeni məzmun gətirən rekord sayda, daha dəqiq desək, 21 sənəd imzalandı. Ölkənin inkişafı, Aşqabadın abadlaşdırılması işində Türkmənistan Prezidentinin şəxsi rolunu da qeyd etmək istərdim. Burada tez-tez oluram, aşkar dəyişiklikləri, sürətli inkişafı, müasir infrastrukturu görürəm. Keçən dəfə Olimpiya şəhərciyi ilə tanış oldum. Bütün bunlar göz oxşayır, vətəndaşların idmanla məşğul olmaları və ölkənin inkişafı işinə fəal töhfə vermələri üçün yaxşı imkan yaradır. Genişmiqyaslı tikinti işləri də heyranlıq doğurur. Mən bilirəm ki, Prezident hər bir layihəyə şəxsən nəzarət edir, buna görə də şəhər inkişaf edir, nadir vahid şəhərsalma ansamblı yaradılıb.

Bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı.

Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd etdi. O dedi:

-İlham Heydər oğlunun nitqindən belə təəssürat yaranır ki, ümumiyyətlə, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Həqiqət isə budur ki, Qaregin Njde Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparıb. Həqiqət ondan ibarətdir ki, Qaregin Njde, yeri gəlmişkən, 1918-ci ildə erməni-türk müharibəsi zamanı bir çox rusiyalı zabitlərlə birgə cəbhənin mühüm hissəsinə rəhbərlik edib. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim tarix barədə obyektiv qiyməti bilməyimiz çox vacibdir. Deyilir ki, Qaregin Njde Vladimir həbsxanasında ölüb. Bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər. Soljenitsin QULAQ-da olub. 1937-1950-ci illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri olduğunu hesab edirik? Əgər belədirsə, onda bir çox görkəmli xadimlər məhkum olub öz həyatlarını həbsxanalarda bitiriblər. Bu, o demək deyil ki, biz bütün bunları fakt kimi qəbul etməliyik. Mən bu formatdan tarixi təhrif etmək, bu kifayət qədər vacib iclasın ab-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edirəm. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz gördünüz ki, onun müəllifi mən deyiləm.

Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışından sonra növbəti çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko olmalı idi. Dövlətimizin başçısı Belarus Prezidentindən icazə alaraq Nikol Paşinyanın çıxışında səslənən sözlərə tutarlı faktlarla cavab verdi. Prezident İlham Əliyev dedi:

-Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib. Sağ olun.

x x x

Sonra digər dövlət başçıları çıxış etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB 2 VİDEO

Qubada "Mələklərin fəryadı" adlı qobelen sərgisi açılacaq

Türkiyə və Somali liderləri arasında Ankarada danışıqlar aparılıb

Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının qərəzli hesabatı ilə bağlı bəyanat yayıb

Amsterdamda bıçaqlı hücum nəticəsində beş nəfər xəsarət alıb

Yüksək Liqada XVII tura yekun vurulub

İsveçdə yeni təhlükəli “spays” dalğası

Rəqəmsal təhsilə Azərbaycan baxışı: Karaqanda görüşləri

Zelenski müttəfiqlərin hərbi kontingentinin Ukraynaya göndərilməsi şərtlərini açıqlayıb

Novruz bayramı ilə əlaqədar Gürcüstanda müxtəlif idman yarışları və el şənliyi təşkil olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ 300-dən çox aztəminatlı ailəyə yardım edib

Cənubi Koreya meşə yanğınları ilə mübarizə aparır

Britaniyada yoxsulluq şəraitində yaşayan uşaqların sayı rekord həddə çatıb

Almaniya və Avstriyanın daxili işlər nazirlərinin Suriyaya səfəri terror təhlükəsi ilə əlaqədar ləğv edilib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Yasamalda ağacların kəsilməsi nəticəsində təbiətə 117 min manatdan çox ziyan dəyib

Martın 20-dən 26-dək təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub

Paytaxtın Alatava ərazisində qanunsuz söküntü işləri dayandırılıb

Böyük Britaniyanın istixana qazı emissiyaları azalıb

Qərbi azərbaycanlı: Vaxt gələcək indi uzaqdan baxdığımız tarixi torpaqlarımıza qovuşacağıq

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir

Ankara ərzaq böhranının qarşısının alınmasına töhfə vermək üçün mümkün olan bütün addımları atmağa hazırdır

Fransada dəmiryolçular uzunmüddətli tətilə hazırlaşır

Xarici işlər nazirinin müavini Pekində Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb VİDEO

Almaniyaya daha 200 əfqan qaçqın gətirilib

Misirdə turist batiskafı batıb: ölənlər var

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində sənəd qəbuluna başlanılacaq

Səyyar sosial-məişət xidməti göstərilən ahıllar ziyarət edilib

İtaliya Suriyada humanitar layihələrin maliyyələşdirilməsi üçün 68 milyon avro ayırıb

Milli Kitabxana “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı virtual və ənənəvi sərgilər hazırlayıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar YENİLƏNİB

Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

İlqar Niftəliyev: “Azərbaycan tarixi” çoxcildliyi yeni konsepsiya əsasında nəşr ediləcək MÜSAHİBƏ

Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb

AMEA prezidenti: Elm ümumbəşəri dəyər və milli sərvətdir

Sorğu: Ukrayna Prezidenti Zelenskiyə etimad səviyyəsi artıb

Türkiyənin ədliyyə naziri: Hər cinayətin müdafiə prosesi məhkəmədə aparılmalıdır, küçələrdə yox

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Qaxda ağacəkmə aksiyasında 200-dən çox ting əkilib

Britaniya ABŞ-ın tariflərindən yayınmaq üçün danışıqlar aparır

Qazaxıstan və Türkiyə Trans-Xəzər marşrutun inkişafında investisiya əməkdaşlığını gücləndirir

Prezident: İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq

“Əyilməz Fransa” partiyası VI Respublikaya keçmək üçün Təsis Məclisinin çağırılmasına dair petisiyaya başlayıb

Azərbaycan Prezidenti: Biz Ağdamı yenidən qururuq və quracağıq

Niderland: Benilüks Azərbaycanlıları Konqresi iftar mərasimi təşkil edib

Prezident İlham Əliyev: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub

Ukrayna və Rusiya arasında ilkin razılaşma: Atəşkəs, yoxsa imitasiya?!

Cəlilabadda yol qəzası: Bir nəfər ölüb, biri yaralanıb

Uludağdakı yanğında ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionudur

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

Akademik Gövhər Baxşəliyeva: İstərdik ki, Azərbaycan şərqşünaslığının ənənələri yaşasın və inkişaf etsin MÜSAHİBƏ

İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir

Tələbə yaz məktəbləri davam edir

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

Saatlıdan olan sürrealist rəssam əsərləri ilə Azərbaycanı beynəlxalq sərgidə təmsil edəcək VİDEO

Novruz bayramı Londonda qeyd edilib

Uludağda hoteldə baş verən yanğın söndürülüb YENİLƏNİB-2

Akademik Teymur Kərimli: Ən mühüm işlərimizdən biri əlyazmaların elektronlaşdırılmasıdır MÜSAHİBƏ

Azərbaycanın daha iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Milli Kitabxanada Beynəlxalq Teatr Gününə həsr edilən sərgi açılıb

Bu gün tanınmış aktyor Səməndər Rzayevin anım günüdür

Odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyatlar davam etdirilir

Dünya birjalarında neft ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Ötən ay DSMF-də 47 minə yaxın vətəndaşın müraciətləri cavablandırılıb

Şəkidə yeniyetmələrin mübahisəsi qanla nəticələnib

“El Economista” qəzetində Azərbaycan-Meksika münasibətlərində yeni imkanlardan söz açılıb

Avropalı ekspertlər: Uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır

Bu gün dünyaşöhrətli musiqiçi Mstislav Rostropoviçin doğum günüdür

Türkiyənin Uludağ bölgəsində hoteldə yanğın baş verib

Martın 27-si Azərbaycanda Elm Günüdür

27 mart - Beynəlxalq Teatr Günüdür

NATO-nun Baş katibi Litvada itkin düşən amerikalı hərbçilərin taleyindən danışıb

“Reuters”: Cənubi Sudanda vitse-prezidentin həbsinə order verilib

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət dəhlizlərinin inkişafına səy göstərir

Tramp: ABŞ-a idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcək

Süni intellektin köməyi ilə autizm diaqnozunun əsas göstəriciləri müəyyən edilib – ARAŞDIRMA

Britaniyanın maliyyə naziri büdcə yeniləməsini parlamentə təqdim edib

Ukrayna Fransadan aldığı “Mirage” qırıcılarının sayını artıracaq

Parisdə Avropada təhsil alan azərbaycanlı doktorantlarla görüş olub

Turində turist avtobusu çaya aşıb, ölən var

BMT Rusiya-Ukrayna məsələsi ilə bağlı son diplomatik danışıqları alqışlayıb

Ordu komandanı: Sudan ordusu paytaxt Xartumda nəzarəti tamamilə ələ alıb

Millinin baş məşqçisi: Bosniya və Herseqovina ilə oyun futzalçılarımız üçün əyani təcrübə olacaq

Azərbaycanın futzal yığması Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib

ABŞ-da Demokratlar Partiyası Pentaqon rəhbərinin istefasını tələb edir

Rus Dram Teatrının kollektivi Belarusda uğurla çıxış edib

Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib

Berlində 16-cı Petersberq İqlim Dialoqu keçirilib

Qardabanidə azərbaycanlı alimin 75 illik yubileyi qeyd olunub

“Yaşıl Təhsil Tərəfdaşlığı” çərçivəsində Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

Gürcüstanda azərbaycanlı tələbələrə dəstək məqsədilə “Qlobal Təhsil Assosiasiyası” fəaliyyətə başlayıb

Naxçıvanda fəaliyyət göstərən dönərxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb VİDEO

Gəncədə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib

Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib

Sabit Rəhmanın yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

“Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyi ilə Türkiyə Dövlət Teatrları birgə layihələrə başlayır

Samuxda zəlzələ baş verib