Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib  YENİLƏNİB - 3 VİDEO

Astana, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti tədbirdə çıxış edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət başçıları.

Əziz dostlar.

İlk növbədə, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür etmək istərdim.

Ötən il mən Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişəm.

Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.

Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm.

Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.

Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib   YENİLƏNİB - 3 VİDEO

Travmatoloq: Statistikaya görə sınıqlar oğlan uşaqlarında qızlara nisbətən daha çox olur

“Qəbələ” nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olunub

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

Zaqatalanın Muğanlı kəndində 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

132-134 nömrəli Təhsil Kompleksində Bilik Günü qeyd olunub

ADAU-da Bilik Günü qeyd olunub

Qərb bölgəsinin məktəblərində yeni dərs ilinin ilk zəngi çalınıb FOTO

Cənubi Afrika BMT-də Afrika ölkələrinə veto hüququ verilməsinə çağırış edib

FHN-in nümayəndələri beynəlxalq seminarda iştirak edib

“Nizami günləri” layihəsinin bağlanış mərasimi keçirilib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti: Azərbaycanda bu idman növünün inkişafı üçün lazımi şərait yaradılıb

Lənkəranda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil olunub

Şuşada Türk dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin I toplantısı keçirilir FOTO

Avropa komissarı Terri Breton istefa verdiyini elan edib

Dərsə gedən bir uşaq…  FOTOREPORTAJ

İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar VİDEO

Rövzət Qasımov: MSK-ya daxil olan məlumatları kifayət qədər diqqətlə təhlil edirik

Azərbaycan klubu amerikalı basketbolçunu transfer edib

Fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb

Cəlilabadın Pərdi kəndində yeni məktəb binası istifadəyə verilib

Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif dairələrdə 20 məntəqənin nəticələri etibarsız sayılıb

Çexiyada daşqınlar nəticəsində ölən və itkin düşənlər var

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 8 ayın yekununa dair məlumatlar açıqlanıb

“Sabah”ın basketbolçusu: Azərbaycanı Çempionlar Liqasında ən yaxşı şəkildə təmsil edəcəyik

İşçi qrup: 8 ayda qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisində azalma qeydə alınıb

MSK deputatlığa namizədliyi qeydə alınmış Fəxrəddin Mehdiyevin şikayətini təmin etməyib

Dövlət Xidməti: Bu ilin 7 ayında 4500-dən çox istehlakçının müraciətinə baxılıb

Uill Smit “Sea Breeze Walk of Fame”in daha bir ulduzu olub

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

AQTA: İctimai iaşə obyektlərində qida tullantılarına dair tələblərə əməl olunmalıdır!

Xocalıda 32 ildən sonra ilk Bilik Günü keçirilir FOTO

Türkiyəli ekspert: Rusiya və İranın Cənubi Qafqazla bağlı mövqeləri fərqlidir

Premyer Liqa: “Sumqayıt”la oyun Ayxan Abbasov üçün əlamətdar olub

Bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı açıqlanıb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Səbail Rayon Məhkəməsinin müraciətinə baxılıb

İlon Mask: Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?

Naxçıvanda ilk dəfə “tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

Dövlət orqanlarında 500-ə yaxın vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” metodik vəsaitini nəşr edib

Azərbaycan millisinin baş məşqçisi: “Neftçi”nin oyununda irəliləyiş var

DSMF: Məcburi dövlət sosial sığorta üzrə 111,9 milyon manat vəsait ödənilib

Dövlət Xidməti: Qurumlar, vətəndaşlara qarşı kiberhücumların sayında kəskin artım müşahidə olunur

Dövlət Komissiyası: Bu ilin 8 ayında 5 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Naxçıvanda bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib

“YAŞAT” Fondu “Məktəbli ləvazimatları” layihəsini yenidən reallaşdırıb

Bu ilin səkkiz ayında müavinətlər üzrə 716, Prezident təqaüdləri üzrə isə 459 milyon manat ödənilib

Bişkekdə türk dövlətlərinin enerji əməkdaşlığını gücləndirən yaşıl enerji layihələrindən danışıb

Ukraynada Azərbaycan dili kursu açılıb

Fövqəladə Hallar Nazirliyi “Bakı Metropoliteni” QSC-də təlim keçirib

Köln şəhərinin mərkəzi hissəsində partlayış olub

32 ildən sonra Şuşada ilk dərs günü – YENİLƏNİB FOTO

Qarabağda məktəblərin inşası və təhsil quruculuğu xalqın milli-mənəvi yüksəlişinə xüsusi qayğının təzahürüdür ŞƏRH

Bakıda, Abşeronda və Gəncədə bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bu gün kinomuzun ilk qadın aktrisası İzzət Orucovanın doğum günüdür

Türkiyəli nazir: Təqribən 50 min şəhid ailəsi üzvü və qazi dövlət strukturlarında işlə təmin olunub

Dövlət İdarəçilik Akademiyasında Bilik Günü qeyd olunub

Azərbaycan çempionatları tarixində 14000-ci qol vurulub

“Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir

Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalanıb

BDU-da yeni tədris ili başlayıb

“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley matçını keçirib

Güclü daşqınlar Avropanı cənginə alıb

“Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib

Paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

Dünya birjalarında neft bahalaşıb

Milli Kitabxanada Bilik Gününə həsr olunmuş kitab sərgisi açılıb

“AzInTelecom” və “AzQAC” Qarabağda “Məktəbə Qayıdış” aksiyası keçirib

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Naxçıvanda 7 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Hindistandakı “Samsung” zavodunun tətil edən işçiləri saxlanılıb

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Akademik Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq

DİN: Ötən iki gündə 51 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb

Azərbaycan çempionatı başa çatıb

Şuşa rayonunda son 2 ayda ətraf mühitə ziyan vurulması halları ilə bağlı 64 protokol tərtib olunub

Belqoroda hücum nəticəsində 8 nəfər yaralanıb

® Rəhbərlərə Çağırış: “Gardashlar Mebel”in smart masası ilə Sağlamlığınızı Qoruyun

Paytaxtdakı 53 nömrəli məktəbdə yeni tədris ilinə həsr olunmuş tədbir keçirilib

DİN: Son iki gündə 92 cinayətin üstü açılıb

Nazir müavini: Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib

ABŞ Çin elektromobillərinə 100 faizlik tariflərin tətbiqinə başlayır

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur

Uşaq evinin birinci sinfə gedən şagirdlərini məktəbə Ahıllar evinin sakinləri aparıb

Yeni tədris ilində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub

Bakının 10 prospektində və 16 küçəsində işıqforlara “yaşıl dalğa” tətbiq edilir - SİYAHI

Yer kürəsində yenidən maqnit qasırğası başlayacaq

FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub

Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq

TRT radiosunda Bakının daşnak-bolşevik işğalından azad edilməsinə həsr olunan proqram yayımlanıb

Bu gündən Azərbaycanda yeni tədris ili başlanır

Ermənistanda odlu silahlarla törədilmiş cinayətlərin sayı artıb

İsveçdə ən böyük hidroakkumulyasiya elektrik stansiyası tikilir

Gəncə teatrı 129-cu mövsümə yeni tamaşalarla hazırlaşır

Keir Starmer İtaliyanın Baş naziri ilə miqrant məsələsini müzakirə edəcək

İtaliya mediası Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Roma Papası Yaxın Şərqdə atəşkəs üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb

Dünyanın ən yaşlı pişiyi 33 yaşında ölüb