Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib  YENİLƏNİB - 3 VİDEO

Astana, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti tədbirdə çıxış edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət başçıları.

Əziz dostlar.

İlk növbədə, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür etmək istərdim.

Ötən il mən Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişəm.

Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.

Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm.

Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.

Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib   YENİLƏNİB - 3 VİDEO

Məktəblilər üçün “İspan xalq nağılları” kitabı nəşr olunub

Beyləqanın Kəbirli kəndində əsaslı təmir olunmuş məktəb binası və yeni korpus istifadəyə verilib

“Aqroservis”in sədri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyəcək

Vuçiç: Serbiya daşqınlardan zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə hazırdır

“Recent Group” və “Area Alfa Group” MMC-lərin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

Şamaxının Bağırlı kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 460 şagird yerlik yeni məktəb binası istifadəyə verilib FOTO

“Qaçqınkom” Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər haqqında videoçarx hazırlayıb VİDEO

BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

Sosial-İqtisadi Kollecdə Bilik Günü qeyd edilib

Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam olaraq açılıb

“Qəbələ” növbəti transferini açıqlayıb

NBC: Trampa sui-qəsddə şübhəli bilinən şəxs barədə 100-dən çox cinayət işi açılıb

Azərbaycanda kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir - EKSKLÜZİV

Sülhə və təhlükəsizliyə töhfə verən beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı təqdirəlayiqdir RƏY

Birinci vitse-prezident: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram VİDEO

AzMİU 50-ci tədris ilinə qədəm qoydu

Vüqar Gülmməmədov: 2025-ci ildə açıqlanan audit sayının 70 faizə yüksəldilməsini hədəfləyirik

32 ildən sonra Xocalıda ilk tədris ilinin zəngi çalınıb YENİLƏNİB FOTO

Azərbaycan “Lyon-2024 WorldSkills” müsabiqəsində təmsil olunub

Naxçıvanda şəhid övladlarına məktəbli ləvazimatları paylanılıb

“Ferrari”nin pilotu Azərbaycan Qran-Prisində qalib ola bilməməsinin səbəbini açıqlayıb

Səməd Bəşirli: Pakistandan Azərbaycana səfər edənlərin sayı 51 faiz artıb

Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişininə sertifikat təqdim olunub

Nazir müavini: Ötən il Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsi 27 milyon dollar təşkil edib

“Ədibin Evi” Bilik Gününü “üç əsrin şahidi” olan məktəbdə qarşılayıb

Qazaxıstan Prezidentinin müşaviri: COP29-da ən yüksək səviyyədə iştirak etməyə hazırlaşırıq

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub

Mingəçevir Dövlət Universitetində Bilik Günü qeyd edilib

“McLaren” Bakıda Piastrinin qələbəsini coşqu ilə qarşılayıb

Azərbaycan futzal millisinin Çexiya ilə oyunlar üçün heyəti açıqlanıb

Sumqayıtda I sinfə gedən 5288 nəfər üçün ilk dəfə məktəb zəngi çalınıb

Almaniyanın quru sərhədlərindəki keçid məntəqələrində yoxlamalara başlanılıb

Paytaxt məktəblərində Bilik Günü qeyd olunub

Musiqili Teatr Brestdə uğurla çıxış edib

Görkəmli pianoçu, pedaqoq Elmira Səfərovanın məzarı ziyarət olunub

“Bebinka” qasırğası Şanxayda həyatı iflic edib VİDEO

Ədliyyə Nazirliyi tərəfindən hakimlər üçün təlimlər keçirilir

Sədr: 2025-ci ildə açıqlanan audit sayının 70 faizə yüksəldilməsini hədəfləyirik

İmişlidə 624 şagird yerlik məktəb binası əsaslı təmir edilib

Bakı hava limanı Karbon Akkreditasiyası proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub

“Azərbaycan ədəbi dilinin tarixi” monoqrafiyasının birinci hissəsi nəşr olunub

Media: Türkiyəni təhdid edən Hindistan Ermənistanı silahlandırmaqda davam edir

KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə bağlı treninq keçirilib

Dubayda 30-cu “Ağıllı Nəqliyyat Sistemləri” beynəlxalq konqresi öz işinə başlayıb

Ukraynalı səfir: Türkiyə Ukrayna ilə Rusiya arasında fəal vasitəçi olmaqda davam edir

Avropada daşqınlar azı on nəfərin həyatına son qoyub

® “PAŞA Holdinq” “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid övladlarına məktəbli ləvazimatları təqdim edib

Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib  YENİLƏNİB

“AzərEnerji” batareya saxlanc sisteminin quraşdırılması ilə bağlı beynəlxalq tender elan edib

İranın Zəngəzur dəhlizi ilə bağlı iddiaları siyasi-iqtisadi xarakter daşıyır - ŞƏRH

DGK sədri Qobustan və Şamaxı sakinləri ilə görüşəcək

7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib

BDU rektoru: Qalib ölkəmiz və xalqımız üçün bu tədris ili əlamətdardır

® “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik edib

MSK-nın iclasında Milli Məclisə seçkilərə yekun vurulub

Travmatoloq: Statistikaya görə sınıqlar oğlan uşaqlarında qızlara nisbətən daha çox olur

“Qəbələ” nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olunub

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

Zaqatalanın Muğanlı kəndində 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

132-134 nömrəli Təhsil Kompleksində Bilik Günü qeyd olunub

ADAU-da Bilik Günü qeyd olunub

Qərb bölgəsinin məktəblərində yeni dərs ilinin ilk zəngi çalınıb FOTO

Cənubi Afrika BMT-də Afrika ölkələrinə veto hüququ verilməsinə çağırış edib

FHN-in nümayəndələri beynəlxalq seminarda iştirak edib

“Nizami günləri” layihəsinin bağlanış mərasimi keçirilib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti: Azərbaycanda bu idman növünün inkişafı üçün lazımi şərait yaradılıb

Lənkəranda Səyyar Gənclər Xidməti layihəsinin növbəti təlimləri təşkil olunub

Şuşada Türk dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin I toplantısı keçirilir FOTO

Avropa komissarı Terri Breton istefa verdiyini elan edib

Dərsə gedən bir uşaq…  FOTOREPORTAJ

İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar VİDEO

Rövzət Qasımov: MSK-ya daxil olan məlumatları kifayət qədər diqqətlə təhlil edirik

Azərbaycan klubu amerikalı basketbolçunu transfer edib

Fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb

Cəlilabadın Pərdi kəndində yeni məktəb binası istifadəyə verilib VİDEO

Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif dairələrdə 20 məntəqənin nəticələri etibarsız sayılıb

Çexiyada daşqınlar nəticəsində ölən və itkin düşənlər var

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 8 ayın yekununa dair məlumatlar açıqlanıb

“Sabah”ın basketbolçusu: Azərbaycanı Çempionlar Liqasında ən yaxşı şəkildə təmsil edəcəyik

İşçi qrup: 8 ayda qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisində azalma qeydə alınıb

MSK deputatlığa namizədliyi qeydə alınmış Fəxrəddin Mehdiyevin şikayətini təmin etməyib

Dövlət Xidməti: Bu ilin 7 ayında 4500-dən çox istehlakçının müraciətinə baxılıb

Uill Smit “Sea Breeze Walk of Fame”in daha bir ulduzu olub

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

AQTA: İctimai iaşə obyektlərində qida tullantılarına dair tələblərə əməl olunmalıdır!

Türkiyəli ekspert: Rusiya və İranın Cənubi Qafqazla bağlı mövqeləri fərqlidir

Premyer Liqa: “Sumqayıt”la oyun Ayxan Abbasov üçün əlamətdar olub

Bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı açıqlanıb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Səbail Rayon Məhkəməsinin müraciətinə baxılıb

İlon Mask: Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?

Naxçıvanda ilk dəfə “tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək

Dövlət orqanlarında 500-ə yaxın vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib” metodik vəsaitini nəşr edib

Azərbaycan millisinin baş məşqçisi: “Neftçi”nin oyununda irəliləyiş var

DSMF: Məcburi dövlət sosial sığorta üzrə 111,9 milyon manat vəsait ödənilib

Dövlət Xidməti: Qurumlar, vətəndaşlara qarşı kiberhücumların sayında kəskin artım müşahidə olunur

Dövlət Komissiyası: Bu ilin 8 ayında 5 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Naxçıvanda bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib