Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılması və ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb

Bakı, 19 may, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Həmçinin Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək barədə tapşırıq verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [15:35]
AZAL bir sıra aviareysləri ləğv edib
- 14.06.2025 [15:30]
Binə qəsəbəsində narkotacir saxlanılıb
- 14.06.2025 [15:29]
Odessa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti keçirilib
- 14.06.2025 [14:06]
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
Paytaxt məktəblərində “Son zəng”
- [15:46]
Uşaqlığın son zəngi...
- [14:25]
İraq BMT TŞ-yə İsraildən şikayət ünvanlayıb
- 13.06.2025 [23:27]
ETX: “Azərpoçt”un adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır
- 13.06.2025 [22:42]
Putin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb
- 13.06.2025 [22:17]
Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar
- 13.06.2025 [22:10]