Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib YENİLƏNİB 2 VİDEO

Çernobbio, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.

AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçılarını salamlayan moderator dedi:

-Hər kəsi bu mötəbər forumda salamlayıram. Prezident Mattarella çıxışında Avropanın rolu və onun qlobal kontekstdə əhəmiyyətindən danışdı. İcazənizlə, bizim hörmətli ilk çıxışçımıza söz verim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəsinin bu ssenariyə uyğun olaraq hansı mövqedə olduğu barədə danışacaq. Zati-aliləri, söz Sizindir.

Dövlətimizin başçısı sessiyada çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli xanımlar və cənablar.

Əvvəlcə dəvətə görə təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm. Mən ikinci dəfədir ki, Çernobbio Forumunda iştirak edirəm və iki il əvvəl buradakı iştirakımla bağlı xoş təəssüratlarım var. Bir daha dəvətə görə təşəkkür edirəm.

Mən buraya Romadan gəldim. Dünən mənim Prezident Mattarella ilə görüşüm oldu. O, bu səhər burada da gözəl nitqlə çıxış etdi. Dünən, həmçinin mənim Baş nazir Meloni ilə də görüşüm oldu. Görüşlər və müzakirələr zamanı biz bir daha ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.

Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir.

Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.

Bizim ikitərəfli əlaqələrimiz əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.

Mən giriş sözümü ikitərəfli münasibətlərimizin əhəmiyyətinin vurğulanması ilə başladım. Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.

Geosiyasi vəziyyətə gəldikdə, - bir halda ki, mənim çıxışım “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusuna həsr edilib, - əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.

Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.

O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi.

Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.

Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır.

Burada giriş sözümdə qeyd etmək istədiyim sonuncu məqam ondan ibarətdir ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.

Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.

Bununla yanaşı, onu da vurğulamaq istərdim ki, bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, – yeri gəlmişkən Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır, – 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.

Bunlar mənim giriş sözümdə toxunmaq istədiyim mövzular idi. Bir daha bu auditoriya qarşısında çıxış etmək imkanına görə təşəkkürümü bildirirəm.

Moderator: Siz körpülərin qurulması haqqında danışdınız. Rusiya-Ukrayna münaqişəsinə son qoyulması kontekstində müzakirələrdə ölkənizi necə görürsünüz? Hər hansı rolunuz və ya təklifləriniz ola bilərmi? Çünki hazırda bir sıra təkliflər və platformalar mövcuddur.

Prezident İlham Əliyev: Nəzəri cəhətdən bu mümkündür. Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.

Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq.

Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır.

Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik.

Moderator: Yəni, burada müəyyən imkanlar var?

Prezident İlham Əliyev: Bəli, hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır.

Moderator: Prezident Əliyev, bizimlə birlikdə olduğunuza görə Sizə təşəkkür edirəm. Ancaq Sizə bu sualı mütləq verməliyəm. Bu günlərdə ölkəniz Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan edib. Onların sırasında 5 italyan deputat da var. Bu, körpülərin qurulması, diplomatiyanın əhəmiyyəti və təmasların genişləndirilməsi ruhuna bir qədər ziddir.

Prezident İlham Əliyev: Bu suala görə təşəkkür edirəm, çünki bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var. Bu suala ətraflı cavab vermək üçün mən 20 il keçmişə qayıtmaq istəyirəm. Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub. O zaman parlamentin üzvü idim və Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair.

Lakin bu ilin yanvar ayında baş vermiş hadisə qırmızı xəttin keçilməsi olub. Bu, nədən baş verdi? Giriş sözümdə qeyd etdiyim kimi, ötən il suverenliyimizi tam şəkildə bərpa etdik. Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik.

Bundan sadəcə bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq.

Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər. Səmimi desəm mən 70-dən artıq şəxsdən ibarət bu siyahıda olanların adlarını bilmirəm. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq.

Moderator: Cavabınıza görə təşəkkür edirəm. İstənilən halda körpülərin qurulması qarşılıqlı tədbirlərin tətbiqindən daha münasib yoldur. Prezident Əliyev, bizimlə birlikdə olduğunuza görə bir daha təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

VİDEO

Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib  YENİLƏNİB 2 VİDEO

Ankarada Türkiyə-Azərbaycan gənclər mübadiləsi proqramı başa çatıb

Azərbaycanın U-21 millisi İngiltərəyə uduzub

Pekində “2024 Sıfır karbon missiyası” beynəlxalq iqlim konfransında COP29-dan danışılıb

Britaniya Gürcüstanla təhlükəsizlik dialoqunu dayandırıb

Romada 1 milyard avroluq tullantıları enerjiyə çevirən zavod tikiləcək

Xarkovdakı Azərbaycan diasporu erməni lobbisinin çirkin böhtanını pisləyib

Bosniya və Herseqovina vətəndaşları gələn ildən Kosovoya şəxsiyyət vəsiqəsi ilə səfər edəcəklər

Xalq rəssamı Arif Hüseynov Sumqayıt rəssamları ilə görüşüb

Sahil Babayev: Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır

Xarkov vilayətinin bəzi şəhər və rayonlarında əhali məcburi təxliyə edilir

ABŞ İsrailə Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün vaxt verib

MOK-da Afrika Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib

Azərbaycan 2025-ci il üçün Rusiyada turizm potensialının inkişafı üzrə siyahıya daxil olub

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib

Füzulidə keçiriləcək beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi yerli sakinlərlə görüş olub

Siyasi varislikdən siyasi liderliyə: tarixi zəfərin memarı

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

Cəlilabadda zəlzələ olub

Romada Ümumdünya Ərzaq Forumu keçirilir

Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

ABŞ şirkətləri Birləşmiş Krallığın data mərkəzlərinə 8,2 milyard dollar sərmayə qoyacaq

Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib

Moldova portalı: Prezident İlham Əliyev Aİ-nin Ermənistan-Azərbaycan sülh məsələsində neytrallığını saxlamalı olduğunu bildirib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və Təhsil Nazirliyi Türkiyə-Azərbaycan Universitetində tələbələrin sayı barədə təkliflərini hər il təqdim etməlidir

Hekayələri fərqli, taleləri eyni: İtkin ailələri Qarabağda

Azərbaycanın hüquqi və fiziki şəxsləri 172 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar

® “Agro Dairy” ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında memorandum imzalanıb

Misilsiz qələbələrlə, zəfərlərlə zəngin illər - ŞƏRH

Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu işə başlayıb

Ombudsman Aparatında yeni monitorinq qrupları yaradılıb

Azərbaycanda partiya siyasətinin fəlsəfəsi TƏHLİL

Nazir: Son 22 ildə Türkiyənin nəqliyyat infrastrukturuna 277 milyard dollar sərmayə qoyulub

Mario Balotellinin yeni komandası bəlli olub

Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin sürücüləri ilə maarifləndirici söhbət aparılıb

İmişlidə maşın su kanalına düşüb, xəsarət alanlar var VİDEO

Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Azərbaycanın Zəfər tarixinin 15 oktyabr zirvəsi

İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşası müzakirə edilib

Sorğu: Amerikalıların əksəriyyəti Ukraynadan sülh danışıqları istəyir

Vəkillər Kollegiyasında İrkutskun Vəkillər Palatasının nümayəndə heyəti ilə görüş keçirilib

Polşalı parlamentari Qərbi azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə məlumatlandırılıb

Xəzər Universitetində COP29-a həsr olunmuş dəyirmi masa keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Bakı metrosunda qatarların hərəkəti 11 dəqiqə ləngiyib

İyirmi bir illik tərəqqi və zəfər yolu ŞƏRH

Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU-da keçirilən intellektual oyunun qalibi məlum olub

Dövlət qulluğu imtahanından uğurla keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb

İpoteka və Kredit Zəmanət Fondu: 369 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

Aİ və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığı genişləndirir

® Çətini asan, ağırı yüngül, ağrını ağrısız edən peşə sahiblərinin bayramı

Böyük Britaniyada elektrik xətlərini və külək turbinlərini yoxlamaq üçün dronlardan istifadəyə icazə veriləcək

Bazel şəhərində Heiliggeist Kilsəsindən gələn ecazkar kamança səsi

Leyla Əliyeva Mərakeşdə Uşaq Hüquqları üzrə Milli Observatoriyanın vitse-prezidenti ilə görüşüb

AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb

Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib

Aİ-nin yeni sanksiyalarından sonra İrandan Avropaya təyyarə uçmayacaq

Füzulinin “ağıllı kənd”i Dövlətyarlı olacaq

DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər

Qeyri-neft-qaz məhsulları üzrə Rusiyaya göndərilmiş malların ixrac dəyəri üstünlük təşkil edib

BMU-İNHA İDP-nin Rəhbər Komitəsinin növbəti iclası keçirilib

Keçmiş məcburi köçkünlərin qayıdışla bağlı müraciətləri dinlənilib

Göyçayın xurma bağlarında yayılmış xəstəlik məhsuldarlığa təsir edibmi? FOTO

“Astana City Marathon”da iki mindən çox insan iştirak edib

Komitə sədri: Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur

Türkiyənin maliyyə naziri: Hökumətin prioriteti yaşıl transformasiya və yüksək texnologiyalardır

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəflərinə doğru irəliləyir ŞƏRH

Azərbaycanlı tələbələrin Milan Konqresində iştirakı ölkəmizdə kosmik sənayenin inkişafından xəbər verir

Azərbaycan Güləş Federasiyasının rəsmiləri “Qəbələ” İdman Klubunu ziyarət ediblər

Mütəxəssis: Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir

Azərbaycan klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL

Milli qürurumuzun və kimliyimizin təntənəsi ŞƏRH

“Mütaliə insanı kamilləşdirir” adlı videoçarx hazırlanıb

Ruslan Quliyev: COP29 ölkəmizin turizm sənayesi üçün çox böyük bir fürsətdir

Özünəməxsus dadı var, dərman kimi də istifadə olunur VİDEO

Azərbaycanlı tələbə: Milan Astronavtika Konqresində çıxış etmək mənim üçün fəxrdir

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

COP29 könüllüləri üçün xüsusi “rol təlimləri” yekunlaşıb

Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə elmi konfrans öz işinə başlayıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib

Laçın şəhərində 24 fərdi evdə günəş panelləri quraşdırılıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında yeni mövsümün püşkü atılıb

Ağdaşda avtomobil su kanalına aşıb, sürücü ölüb

Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Rusiyalı politoloq: Gürcüstanda sabitliyi pozmaq cəhdləri, ilk növbədə, bu ölkənin Rusiya ilə yaxınlaşma tendensiyası ilə bağlıdır – ŞƏRH

Minik avtomobillərin hərəkətinə icazə verilən COP29 zolaqlarının yerləşdiyi küçələr açıqlanıb - SİYAHI

BDU və Ege Universiteti mübadilə protokolu imzalayıb

“AzerGold” RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil edib

Uşaq-Gənclər İnkişaf Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Ağdərə şəhərində 190 evin tikilməsi nəzərdə tutulur

Naxçıvanda istehlakçılara 1,9 milyon manat ƏDV məbləği geri qaytarılıb

Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib VİDEO

Elza Səmədova: Milan Konqresində tələbələrimizin iştirakı Azərbaycanın ali təhsil sisteminin uğurudur

Lənkərandakı pravoslav məbədində Müqəddəs taxt-tac bayramı günü qeyd olunub VİDEO

“Kitabxana-informasiya infrastrukturunun dayanıqlı inkişafı” - elmi seminar

Azərbaycanda fərdi sahibkarların 77 faizi kişilərdir