Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib
Prezident İlham Əliyev Dövlət Başçıları Şurasının iclasında iştirak edib   YENİLƏNİB-6 VİDEO

Bişkek, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirildi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zirvə görüşünün işinə uğurlar arzuladı. S.Japarov çıxışında yaxın günlərdə Azərbaycanda keçiriləcək COP 29 konfransına diqqət çəkərək dedi: “Tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Hörmətli Azərbaycan Prezidenti belə bir böyük Zirvə toplantısına ev sahibliyi edəcək və biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının türk xalqlarını daha da yaxınlaşdırdığını bildirdi. Kasım-Jomart Tokayev ortaq türk əlifbasının yaradılması, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğuladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli dövlət və hökumət başçıları.

İlk növbədə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür edirəm.

Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm.

Həmçinin Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edirəm.

Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.

Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.

Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.

Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür.

Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Qırğızıstan dövlətinin başçısı Sadır Japarov çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

X X X

Daha sonra çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda yaranan sabitliyin pozulmaması üçün Ermənistanla Azərbaycan arasında sülh razılaşması istiqamətində danışıqların davam etdirilməsinin vacibliyinə toxundu. Türkiyə Prezidenti dedi: “Hörmətli qardaşlarım, Cənubi Qafqazda mövcud olmuş 30 illik münaqişə və qeyri-sabitlikdən sonra sülh və əmin-amanlığa gedən yolun qapıları açılmışdır. Can Azərbaycanın Vətən müharibəsində döyüş meydanında şəhidlər verərək əldə etdiyi tarixi uğurların ən yaxın zamanda sülh müqaviləsinin imzalanması ilə masada da əksini tapmasını ümid və arzu edirik”.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxışında Bakıda keçiriləcək COP29-la bağlı təbriklərini çatdıraraq dedi: “Gələn həftə Bakıda COP29 konfransının başlanması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi bir daha səmimi-qəlbdən təbrik edir, ona böyük uğurlar arzulayıram”.

Macarıstanın Baş naziri Viktor Orban çıxışında Azərbaycanın və Türkiyənin ölkəsinin enerji təhlükəsizliyinə töhfə verdiklərini vurğulayaraq dedi: “Biz qonşumuz olmayan Türkiyədən və Azərbaycandan təbii qaz alırıq. Bütün bunlara görə təşəkkürümü bildirirəm”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışdı. Eyni zamanda, TDT qarşısında duran yeni hədəflərə diqqət çəkdi. Qeyd etdi ki, hazırda təşkilata üzv ölkələr arasında həyata keçirilən layihələrdə müasir texnologiyalardan istifadə, süni intellektin tətbiqi, təhlükəsizlik məsələləri, elektron ticarətin təşkili və reallaşdırılması prioritet istiqamətlərdir.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dili və kökü bir olan türk xalqlarının daha da yaxınlaşması, ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı, tarixi İpək yolunun yenidən canlanması, təhsil sahəsində yeni əməkdaşlıqların yaradılması, strateji layihələrin həyata keçirilməsi istiqamətində Türk Dövlətləri Təşkilatının rolunu xüsusi vurğuladı.

X X X

Sonda sənədlər imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib  Prezident İlham Əliyev Dövlət Başçıları Şurasının iclasında iştirak edib   YENİLƏNİB-6 VİDEO

Türkiyəli ekspert: İrəvan Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması yolunda maneələri aradan qaldırmalıdır

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb

Lavrov: Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına töhfə verəcək

Uels Şahzadəsi Donald Trampla görüşəcək

Superliqa: “Beşiktaş” “Fənərbağça”nı məğlub edib

Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib

La Liqa: “Barselona” səfərdən bir xalla qayıdır

İngiltərə Premyer Liqası: “Mançester Siti” qələbə qazana bilməyib

Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda tədbir keçirilib

Ağsaqqallar Şurasının sədr müavini: Anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz yetişib

Misli Premyer Liqası: “Qarabağ” xal itirib

Azərbaycan-Pakistan parlamentlərarası dostluq qruplarının fəaliyyətinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul Konsullar Korpusunun yeni dövr sədri seçilib

ADU-nun Konfutsi İnstitutunun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB VİDEO

İdarə rəisi: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

DYP küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Xosep Qvardiola 4 futbolçunun transferə çıxarılmasını istəyib

“Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb

Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb

Ümumdünya Meteorologiya Təşkilatının keçirdiyi fotomüsabiqənin qalibləri müəyyən edilib

Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb

Bakı birinciliyinin qalibi: Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur

Qadın voleybolçuların çempionatında II tura yekun vurulub

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

Fuat Oktay: Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır

Misli Premyer Liqası: “Araz-Naxçıvan” liderliyə yüksəlib

Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb

Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətini dinləyib

Əli Əhmədov: Beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq ağır böhran içərisindədir

Rusiyalı alim 2027-ci ilə qədər Arktika dənizlərində buzların tamamilə yox olacağını ehtimal edir

Qətərdə 22-ci Doha Forumu başlayıb

Tovuzda partlayış olub, iki nəfər xəsarət alıb VİDEO

Tamblinq və batut gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı keçirilib VİDEO

Kompostdan istifadə zamanı həm orqanik məhsul əldə edilir, həm də torpağın strukturu yaxşılaşır

BƏƏ-də robotların əvəz edəcəyi işçilər təqaüdə vaxtından əvvəl çıxacaqlar

YARAT-da “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

Naxçıvan şəhərində yeni idman qurğuları istifadəyə verilib

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” Kuboku uğrunda yarış keçirilir

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

FAO-nun Romadakı mənzil-qərargahında “Azərbaycan otağı” – FOTO VİDEO

NATO 2028-ci ildə yeni kibermüdafiə mərkəzini işə salacaq

Firdovsi Umudov: Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq

Lənkəranda “Flaminqo festivalı” keçirilib, 200 min balıq körpəsi dənizə buraxılıb VİDEO

® “Azercell” jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edib

Gürcüstan hökuməti qərbdə yerləşən bir neçə qaz xəttinin “SOCAR Gas Georgia”ya satışını təsdiqləyib

AFFA nümayəndəsi “Fənərbağça” – “Atletik” oyununa təyinat alıb

“Trabzonspor” son 17 ilin ən uğursuz startına imza atıb

Marneulidə soydaşlarımıza pulsuz hüquqi yardım göstərilib

İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək

Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib

Serbiya vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

Filosof alimin “Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyası çapdan çıxıb

İlin əvvəlindən Almaniya 16,5 milyard kilovat-saat nüvə enerjisi idxal edib

Nazlı Qədirova: Dədə-baba yurduma balalarımla birgə qayıtmağı böyük həsrətlə gözləyirəm

Ukrayna Danimarkadan F-16 qırıcılarının ikinci partiyasını alıb

Kukla Teatrı dekabr repertuarını açıqlayıb

TÜRKPA-nın Baş katibi: Milli Məclis sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın təşviqinə əhəmiyyətli töhfə verir

Cənubi Koreyanın hakim partiyası prezidentin impiçmenti ilə bağlı səsverməni tərk edib

Adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub

Milli Məclisin sədri: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır

® XXI əsrin iş dünyası

Rusiyalı idmançının ağırlıqqaldırma üzrə Avropa çempionatında qazandığı medal əlindən alınıb

Rusiyalı deputat: Bakı növbəti dəfə ciddi siyasi parlament fəaliyyətinin mərkəzinə çevrilib

Gürcüstan parlamentinin komitə sədrinin müavini: Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə tam hazırıq

Darxan Kıdırali: Can Azərbaycanın hər uğuruna sevinirik VİDEO

“Neftçi”nin qapıçısı: Azarkeşlər və yaşıl meydan üçün darıxmışdım

2024-cü ilin 10 ayı ərzində Orta Dəhliz ilə yükdaşımalarının həcmi 68 faiz artıb

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib VİDEO

“Liverpul”un oyunu fırtına təhlükəsinə görə təxirə salınıb

Şirvanda 144 yaşlı park abadlaşdırılır

İraq parlamentarisi: Qarabağ Zəfəri ilə Azərbaycan yurdundan-yuvasından didərgin salınmış xalqlara ümid işığı oldu

Murat Emir: Dünyada yaşanan təlatümlər dialoqun vacibliyini bir daha sübut edir

Ankarada “İRS-Miras” jurnalının COP29-a həsr edilmiş nömrəsi təqdim olunub

Proqnoz: Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq VİDEO

Direktor: Biləsuvar və Neftçala Günəş Enerjisi stansiyalarının 2026-cı ildə istismara veriləcəyini gözləyirik - MÜSAHİBƏ VİDEO

Eldar İbrahimov: Uçuruma doğru gedən Azərbaycanın xilası Ümummilli Liderin xidmətləri nəticəsində mümkün olub VİDEO

Əl-Cəzirə: İsrail son günlər “Hizbullah” hərəkatı ilə əldə olunan atəşkəsi 155 dəfə pozub

Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər

Zahid Oruc: Bölgədə sülh müqaviləsinə nail olmaq beynəlxalq təhlükəsizlik baxımından ən böyük vəzifədir VİDEO

Külli miqdarda pirotexniki vasitələrin qanunsuz ölkəyə gətirilməsinin qarşısı alınıb

Bazar günü bəzi yerlərdə qısamüddətli leysan olacaq

Məhmədşoh Gülzoda: Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib

Cavid Abdullayev: Böyükşorda 100 meqavat gücündə stansiya tikilməsi ilə bağlı təklif almışıq VİDEO

Gənclər ekoloji problemlərin həlli istiqamətində yaradıcı yanaşmalar irəli sürüblər

Orzigül Kozixonova: Parlamentlərimiz arasındakı dostluq qrupları dövlətlərimizin münasibətlərinin dərinləşməsinə xidmət edir VİDEO

Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib

Bərdədəki “RehaPoint” məntəqəsində əlilliyi olan 1450-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Direktor: Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının 2027-ci ildə istismara veriləcəyini planlaşdırırıq

Darxan Kıdırali: Qarabağ dost və qardaş ölkələr arasında münasibətlərin yüksəldilməsində dönüş nöqtəsi oldu

Lionel Messi karyerası ilə bağlı qərarını verib

“İnter” 11 il sonra A Seriyasında “Parma”nı evdə məğlub edib

Şamil Ayrım: Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ermənilərdə narahatlıq doğurmamalıdır

Suraxanı rayonunda qanunsuz inşa olunan tikililər sökülüb VİDEO

İstanbulda binada partlayış olub, bir nəfər ölüb