Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb YENİLƏNİB-2 VİDEO

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və onun uğurlu olacağına əminliyini bildirdi.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcudluğunu qeyd edən Denis Beçiroviç Azərbaycan Prezidentinin Sarayevoya rəsmi səfərini məmnunluqla xatırladı və Bosniya və Herseqovinanın Azərbaycan ilə qarşılıqlı səmərəli əməkdaşlığı bundan sonra da davam etdirmək əzmində olduğunu dedi.

Qonaq qeyd etdi ki, son dövrlərdə nümayəndə heyətlərinin səfərləri intensivləşib.

Denis Beçiroviç Azərbaycana parlament sədri qismində səfərini xatırladı və vurğuladı ki, həm o vaxt, həm də bu dəfə şahidi olduğu kimi ümumiyyətlə ölkəmiz böyük inkişaf yolu keçib.

O, spiker olduğu dövrdə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamənin qəbul edildiyini xatırladı, bunun ölkələrimiz arasında dostluğun nümayişi olduğunu dedi.

Hazırkı dövrdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Denis Beçiroviç dedi ki, özü və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç bu səfər zamanı ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı və dostluq əlaqələrini möhkəmləndirmək istəyi ilə bağlı mesajlarını bir daha çatdırırlar. O, ölkəsinin iqtisadiyyatının müxtəlif sahələrinə Azərbaycan investisiyasını cəlb etmək marağında olduqlarını bildirdi və bu baxımdan Bosniya və Herseqovinanın infrastruktur və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqla bağlı təkliflərinin olduğunu dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu qeyd edən Denis Beçiroviç ölkəmizə səfərinin ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsi işinə də töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirak etdiklərinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviçə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın bizim üçün yaxın dost və tərəfdaş olduğunu, tarixi əlaqələrin mövcudluğunu vurğulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında həmrəylik, qarşılıqlı hörmət prinsipləri əsasında tərəfdaşlıq inkişaf edir.

Bosniya və Herseqovinaya səfərini və Denis Beçiroviç ilə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərin əlaqələrimizin uğurlu inkişafının davam etdirilməsi işinə xidmət etdiyini vurğuladı.

Dövlətimizin başçısı torpaqlarımızın işğal altında olduğu zaman Bosniya və Herseqovina tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi məsələsinə görə bir daha minnətdarlığını bildirdi, Bosniya və Herseqovina parlamentinin bununla bağlı qəbul etdiyi qətnaməni dostluq əlaqələrimizin nümayişi kimi qiymətləndirdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin fəal əməkdaşlıq etdiyini deyərək, siyasi əlaqələrimizin də yaxşı səviyyədə olduğunu vurğuladı. Hələ sovetlər dövründə Bakı ilə Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən dövlətimizin başçısı, o zaman Sarayevodan çoxlu sayda nümayəndə heyətlərinin ölkəmizə gəldiyini, sərginin də təşkil edildiyini məmnunluqla xatırladı.

Söhbət zamanı Cənubi Qafqaz və Balkan regionları arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, bərpaolunan enerji, sərmayə və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb YENİLƏNİB-2 VİDEO

Qədim dövrə aid mətnlər duyğuların fərqli orqanlarda hiss edildiyini ortaya çıxarıb - TƏDQİQAT

Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib

Bundesliqanın 13-cü turunun açılış matçında "Volfsburq" səfərdə məğlub olub

Azərbaycanın Aktaudakı Baş Konsulluğu Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbirlər keçirib

Moskvada görkəmli hüquqşünas alim Cahangir Kərimovun xatirə gecəsi keçirilib

Çin AES tikintisində Qazaxıstana dəstək verməyə hazırdır

Eskişehirdə Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Yaşar Gülər: Qardaş Azərbaycanın yanında olduq və bundan sonra da belə olacaq

Dünyada elektromobil satışında ardıcıl üçüncü ay rekord qeydə alınıb

“Stratcom 24”-də “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda iclas keçirilib VİDEO

UNESCO-da “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş konfrans başa çatıb

Naxçıvanda küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq edilib

İnarə Vəliyeva: Azərbaycanda Rəqəmsal Məcəllə artıq formalaşdırılıb

Türkiyə və Macarıstan Mədəniyyət ili Azərbaycan bəstəkarının əsəri ilə yekunlaşıb

Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib

Erol Rzayev - Boston Filarmoniya orkestrində azərbaycanlı violonçel ifaçısı

Hikmət Hacıyev: Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır

İRİA ölkəmizdə innovasiya ekosisteminin fəal oyunçularını mükafatlandırıb

Azərbaycan Qazaxıstan Yazıçılar Birliyinin yubiley toplantısında təmsil olunub

Agentlik: Azərbaycanda yaxın vaxtlarda üçüncü vençur fondu yaradılacaq

BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə tamhüquqlu üzv seçilib

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Milli Müdafiə Universitetində NATO Müdafiə Kollecinin nümayəndələri ilə görüş keçirilib

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gədəbəydə vətəndaşlarla görüşüb

Tacikistan Aqrar Universitetində “Nizami və dünya ədəbiyyatı” mövzusunda tədbir keçirilib

Auditorlar Palatasının nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib

2024-cü ildə KOBİA-da 340-a yaxın vətəndaş qəbulu keçirilib

“Sənaye 4.0” konsepsiyasının ekoloji çağırışları: Dayanıqlı və yaşıl səhiyyə texnologiyalarının iqlim dəyişmələri ilə innovativ mübarizəsi

Akademik Tofiq Nağıyev: Milli Ensiklopediyanın yeni nəşri üzərində işlər davam edir

NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub

BDU tələbələri “SOS Uşaq Kəndi”ndə elmi-praktik təcrübədə olublar

Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Xocalıya köçən sakin: Vətən ana qucağı kimi əzizdir

Yüksək risk qrupuna aid məhsulların istehsalı və emalı aparılan yerli qida obyektlərinin təsdiqi tələb olunur

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib

DİA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Parlamentin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər müzakirə ediləcək

Boccianın ölkə üzrə ilk idmançısı: Bu, birinci çempionluğumdur

Paytaxtın Xətai rayonundakı məktəblərin direktorları ilə görüş keçirilib

İrlandiyanın “Roscommon” qraflığının rəsmisi: Azərbaycan və İrlandiya arasında əməkdaşlıq güclənir VİDEO

Keçmiş məcburi köçkün: Ən böyük arzumuz gerçəkləşib – Vətənimizə qovuşmuşuq

“Bakı Sığorta”nın lisenziyası ləğv edilib

2024-cü il “Digital Bridge” milli məlumat mübadilə sistemində 1 milyarddan çox tranzaksiya həyata keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

“Bir kitab dünyanı dəyişdirə bilər” - yazıçı Rövşən Abdullaoğlu

DGK sədri Salyanda vətəndaşlarla görüşüb

Fələstin Prezidenti Mahmud Abbas İtaliyada müxtəlif görüşlər keçirib

“Folklorda arxaik motivləşmə: möcüzəli doğuluş” monoqrafiyası çap olunub

® “Kapital Bank”da “Tech Guild Kick-Off”: Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı olub

® “AccessBank” “Balakən” filialında təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

BDU-da “Heydər Əliyev mühazirələri” layihəsi davam edir

Qida məhsullarının ticarəti sahəsində çalışan sahibkarların müraciətləri dinlənilib

Monteneqroda iki keçmiş nazir həbs olunub

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclasının vaxtı müəyyənləşib

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

Boccia üzrə respublika ikincisi: Ölkəmizi daha böyük arenalarda təmsil edəcəyimə inanıram

İlham Məhərrəmov: Los-Ancelesdə keçiriləcək paralimpiya oyunlarına boccia üzrə ən azı üç lisenziya qazanacağımızı gözləyirik

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,6 faiz artıb

“Mygov” platformasının artıq 890 mindən çox istifadəçisi var

Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

Dövlət Xidməti: “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər təşəbbüsü Milli Məclisdə baxışdadır

Agentlik nümayəndəsi: Azərbaycan İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

Ukrayna yığmasının baş məşqçisi: Azərbaycan millisinə qarşı səfərdə oynamaq çətin olacaq

Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Bakıdan Qəbələyə və əks istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

Fəxri konsul: İrlandiyada Azərbaycanı təmsil etmək böyük şərəfdir VİDEO

“Dövlət qurumlarında Azərbaycan dilinin tətbiqi” mövzusunda elmi-praktik təlim

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İRİA-nın şöbə müdiri: Ölkəmizdə bu günədək 5 akselerasiya proqramı həyata keçirilib

BMTM-in və XİN-in birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim təşkil olunub

Agentlik sədri: Azərbaycanı regionda rəqəmsal sahədə lider dövlətə çevirmək məqsədimizdir

Fernandu Santuş: İndi daha vacibi rəqibləri yaxından tanımaqdır

İnarə Vəliyeva: Təhsil sahəsində xüsusi proqramları və layihələri davam etdiririk

Ulu Öndərin xatirəsi İslamabadda anılıb

Azəri-Çıraq-Günəşli yatağında ümumi neft hasilatı 600 milyon tona çatıb

Vətəndaşların ilkin hərbi qeydiyyata alınma müddəti dəyişdirilir

® Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsində müayinələr yüksək dəqiqliklə aparılır

Naxçıvanda Yeni il hədiyyə qutularında istehlakçı hüquqlarının pozulmasına səbəb olan faktlar aşkarlanıb

Gürcüstan parlamentində müxalifət bloku yaradılıb

Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləş-mobu keçirilib VİDEO

Bələdiyyə seçkiləri ilə bağlı 3662 nəfərin namizədliyi irəli sürülüb VİDEO

Daha beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

ETSN rəsmisi: Vətəndaşlardan xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələrini tövsiyə edirik

Türkiyə və ABŞ diplomatiya rəhbərləri Ankarada Suriya ilə bağlı birgə addımları müzakirə ediblər

Səfir: Ukraynada diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib

Gəncədə “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Gələcəkdə hərbi xidmətə çağırış həmçinin elektron qaydada həyata keçiriləcək

Fransanın yeni Baş nazirinin adı açıqlanıb

Satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə mənzil alan ailələrin sayı 6000-i ötüb

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 119 milyon manatdan artıq pul vəsaiti ölkəyə qaytarılıb