Prezident İlham Əliyev Daşkəsəndə yol tikintisinə 8,5 milyon manat ayırıb
Bakı, 4 aprel, AZƏRTAC
Prezident İlham Əliyev aprelin 4-də “Daşkəsən rayonunun Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qeyd edək ki, son 15 ildə respublikamızda 15 min kilometr avtomobil yolu çəkilib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:51]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]