SİYASƏT
Prezident İlham Əliyev: Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu - YENİLƏNİB VİDEO

Bakı, 13 mart, AZƏRTAC
Bakıda keçirilən COP29 “Bakı sıçrayışı” kimi adlandırıldı və bu da orada qalan bir irsdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
“Əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu”, - deyən dövlətimizin başçısı bunu bir neçə mərkəzdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamenti, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələrinin, Fransa prezidentinin ofisinin, onların “Le Monde”, “Figaro” qəzetlərinin olduğunu vurğulayıb.