Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Qarabağ ermənilərinə düzgün yolu bir daha göstərdi - QHT sədri

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Qarabağ ermənilərinə düzgün yolu bir daha göstərdi -  QHT sədri

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan dövləti birinci şəxs səviyyəsində ilk gündən bəyan edib ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ən yüksək səviyyədə qorunacaq və təmin olunacaq.

İkinci Qarabağ müharibəsi Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərə öz müqəddəratını müəyyən etmək üçün ən böyük şans idi - ya Azərbaycanın vətəndaşları olaraq bu dövlətin tərkibində yaşamaq, yaxud öz taleyini başqa yerdə müəyyən etmək. Dövlətin içində ikinci dövlət yaratmaq xülyası artıq keçmişdə qaldı. Təəssüf ki, Qarabağda separatçıların tör-töküntüləri orada yaşayan əhalini bu cür yanlış yönə istiqamətləndirirlər. Lakin 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin humanizmi, məsələləri sivil yolla həll etmək səyləri, Qarabağ ermənilərini dəfələrlə danışıqlara dəvət etməsi ölkəmizin bu məsələdə ümumbəşəri prinsiplərdən çıxış etməsindən xəbər verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.

QHT sədri bildirib ki, dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsində qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hansısa qondarma və özlərini “parlamentari”, “nazir” elan etmiş şəxslərin sözü ilə oturub dursalar, onların aqibətləri daha acınacaqlı olacaq. Çünki bu şəxslərin artıq Azərbaycan daxilində heç bir səlahiyyəti yoxdur, onlar çox yaxşı bilirlər ki, onları nə Ermənistanda, nə Azərbaycanda qəbul etməyəcəklər. Ona görə belə cəhdlərlə özlərini qorumağa və insanlardan girov kimi istifadə etməyə çalışırlar.

“Azərbaycan separatizmlə hər zaman ən sərt şəkildə mübarizə aparıb və biz bunu ən yaxın tariximizdən, 1993-cü ildən yaxşı xatırlayırıq. Əgər hələ o zamanlar Heydər Əliyevin qətiyyəti olmasaydı, indi Azərbaycan bir neçə vilayətə bölünmüşdü. Azərbaycan dövləti isə öz siyasəti ilə hər zaman vahid dövlətçilik prinsipindən çıxış edir. Dövlətimizin bütün milli və etnik azlıqlara kimliklərini, mədəniyyətlərini, tarixini və dilini yaşatmaq üçün şərait yaratdığının şahidiyik. Azərbaycanın uzun illərdir həyata keçirdiyi multikulturalizm siyasəti və tolerantlıq mühiti müxtəlif xalqların ölkə ərazisində sülh və anlaşma şəraitində yaşamasına dəstək olub. Lakin indiki dövrdə isə Qarabağa gedən insanlar Ermənistan və ya hansısa üçüncü ölkə vətəndaşları olaraq dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərə qanunsuz şəkildə daxil olurdular. Bu, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulması deməkdir”, - deyə V.Əhmədov diqqətə çatdırıb.

Azərbaycanın Vətən müharibəsini başlatmaqda əsas məqsədinin legitim ərazilərimizi işğaldan azad etməklə yanaşı, dövlətimizin bütövlüyünü qorumaq və separatizmin kökünü kəsmək olduğunu deyən V.Əhmədov vurğulayıb: “Biz görürük ki, bu gün bütün dünyada, Qərb ölkələrində separatizmlə ən sərt şəkildə mübarizə aparılır. Hətta özünü demokratiyanın mərkəzi adlandıran Fransa kimi bir ölkədə, Korsikada yaşayan azlıqlara öz dillərində təhsil almaq üçün şans verilmir. Azərbaycan isə separatizmin kökünü kəsmək üçün qarşısında maneə kimi dayanan sivil əhalinin aqibətini nəzərə alaraq Qarabağda yaşayan insanlar üçün humanitar dəhliz yaradıb. Qarabağda, hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanın ərazisində olduqlarını unutmamalıdırlar. Onların gələcək təhlükəsizliyini yalnız Azərbaycan dövləti təmin edə bilər. Bu reallığı artıq Ermənistan hökuməti də qəbul edib”.

QHT sədrinin sözlərinə görə, əgər bu gün qərəzli dairələr tərəfindən səsləndirildiyi kimi, Azərbaycanın Qarabağda etnik təmizləmə siyasəti aparmaq fikri olsaydı, bunu indi deyil, Vətən müharibəsinin ilk günlərindən edərdi. Ona görə indi ermənilər tərəfindən səsləndirilən belə bəyanatların heç bir əsası yoxdur.

“Əksinə, bu gün Qarabağda yaşayan ermənilər ölkəmizdəki tolerant və multikultural mühitdən yararlanmalı, inteqrasiya etməlidirlər. Digər xalqlar və millətlər kimi, Qarabağ ermənilərinin də mədəniyyət, din və təhsil hüquqları təmin olunacaq, Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatların milli və etnik azlıqların hüquqlarına dair konvensiyalar onlara da şamil ediləcək. Bununla onlar Azərbaycanın tamhüquqlu vətəndaş olmaq imkanı qazanacaqlar. Təbii ki, bu gün Qarabağda yaşayan erməni əhalisi üçün həlledici bir məqamdır və onlar Azərbaycan dövləti daxilində daha çox inteqrasiya etməklə həm də Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə öz töhfələrini vermiş olarlar”, - deyə o fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

İsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib

Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?

Laşa Darsaliya: Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir

UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb

Şuşada əyləncəli bayram tədbiri keçirilib

Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub

Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya

İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi

Şəkidə 4 otaqlı ev yanıb, qonşu mənzillər mühafizə olunub

Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub

Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb VİDEO

Xankəndidə Novruz tonqalı alovlandırılıb

Ağalı kəndində İlaxır çərşənbəsi sevinci

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib

Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb VİDEO

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda Bahar festivalı keçirilir

Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Yeni ali təhsil proqramları ilə əlaqədar Təbiət ixtisasları üzrə işçi qrupunun BDU-da növbəti iclası olub

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Göyçayda ev yanıb VİDEO

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Abşeron rayonunda Novruz şənliyi keçirilib

bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib VİDEO

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb VİDEO

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb VİDEO

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub