Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də ölkəmizdə rəsmi səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayaraq, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması baxımından önəmini qeyd etdi. Özünün bu il Fransaya rəsmi səfərini, Fransa prezidentlərinin əvvəlki dövrlərdə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. İqtisadi əməkdaşlığa gəldikdə bir çox Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda uğurlu fəaliyyət göstərir və onlar həm investor kimi, həm də podradçı qismində bu gün çox önəmli layihələrdə iştirak edirlər. Eyni zamanda, Prezident İlham Əliyev Fransanın iş adamları və onların təşkilatları ilə dəfələrlə keçirdiyi görüşlərin iqtisadi əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verdiyini dedi.

Təhsil sahəsində də çox önəmli addımlar atıldığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər ilkin olaraq Azərbaycanda fransız liseyi açılmışdırsa, indi isə artıq universitet də fəaliyyət göstərir. Bütün bunlar Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının təzahürüdür. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində vasitəçi kimi öz fəal işini bundan sonra da davam etdirəcək. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Jan-Batist Lömuanın ölkəmizə səfəri onun Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacaq.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan dedi: “Mən ölkənizə səfər edən yeni formalaşmış və Prezident Emmanuel Makron tərəfindən təyin olunmuş ilk hökumət üzvüyəm. Bu, mənim üçün böyük şərəfdir. Mən keçmişdə senator vəzifəsində çalışmışam və bu vəzifəmdə çalışarkən Azərbaycanın ayrı-ayrı regionları ilə əməkdaşlıq və sərmayə qoyuluşu sahəsində xüsusi səylər göstərmişəm”.

Jan-Batist Lömuan ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasını mühüm hadisə kimi dəyərləndirərək əminliklə bildirdi ki, ötən dövr ərzində bu əlaqələr yüksək səviyyədə olub və növbəti 25 il ərzində də yüksələn xətlə daha da inkişaf edəcək. O bildirdi ki, Fransa Azərbaycanın çox uğurlu və çoxvektorlu siyasət həyata keçirdiyini, qonşularla əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirdiyini önəmli sayır. Bu isə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, bölgədə və beynəlxalq aləmdə barışdırıcı və vasitəçi rolunu daha da artırır. Qonaq bu istiqamətdə təhsilin əhəmiyyətini xüsusilə vurğuladı.

Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi, ölkələrimizin ayrı-ayrı regionları arasında əlaqələrin əhəmiyyətindən danışıldı, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın önəmi vurğulandı və Azərbaycanın bu sahədə ciddi addımlar atdığı bildirildi.

Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığa toxunularaq, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində Avropa İttifaqına uğurlu səfərindən sonra ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində işlərin aparıldığı və bu ilin sonuna qədər yekunlaşacağı ümidvarlıqla qeyd olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Paris Olimpiya kəndinindən narazılıqlar artır

“Apple” yenidən dünyanın ən dəyərli brendlərinə liderlik edir

Piylənmə dərmanlarının sağlamlıq riskləri araşdırılıb - TƏDQİQAT

“Berlinale 2025” əsas müsabiqə proqramı dərc edilib

Süni intellektin köməyi ilə Qazaxıstanda 665 min məhkəmə işinə baxılıb

Ukrayna və Almaniya birgə hərbi-müdafiə müəssisəsi açıb

Almaniya Kansleri: Prezident Tramp və administrasiyası qarşıdakı illərdə dünyanı bir çox sahələrdə gərginlikdə saxlayacaq

“Fənərbağça” braziliyalı futbolçu ilə razılıq əldə etdiyini açıqlayıb

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

Serbiyada qocalar evində baş verən yanğında 8 nəfər ölüb

Zelenski Davosda sülh strategiyasını açıqlayıb

Donald Trampın hakimiyyətə yenidən gəlişi Fransada narahatlığı artırıb

Çempionlar Liqası: “Barselona”dan fantastik geridönüş, “Liverpul” doğma meydanda qələbə qazanıb

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib

Egey dənizində zəlzələ olub

Türkiyədəki yanğında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik

TRACECA: 2024-cü ildə maliyyə üzrə nəzarəti həyata keçirən audit qrupu Azərbaycan və Qazaxıstan nümayəndələrindən ibarət olub

FHN: Hacıqabulda yük avtomobilində olan 14 ton qida yanıb VİDEO

Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub

“Sumqayıt” qvineyalı futbolçunu transfer edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması qaydasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 14 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Vladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib

Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb VİDEO

İran Prezidenti Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Françesko Randazzo: Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır - MÜSAHİBƏ

Türkiyədəki yanğınla bağlı ölkədə bir günlük matəm elan edilib VİDEO

Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib

6 qitədə 77 terminalı ilə aparıcı qlobal dəniz limanı operatoru - “DP World” şirkətlər qrupu

20 Yanvar faciəsi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədri Numan Kurtulmuşa başsağlığı verib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub VİDEO

İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edilib

Ali Ağaoğlu: SOCAR-ın yeni istiqrazları gəlirlidir, onları girov qoyub kredit də götürmək olar  - MÜSAHİBƏ

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb  YENİLƏNİB VİDEO

Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub

Azərbaycanın Efiopiyadakı səfiri etimadnaməsini Cibuti Prezidentinə təqdim edib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

ADAU-nun əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetində olublar

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib

20 Yanvar faciəsinin 35-ci ildönümü İspaniya mediasında geniş işıqlandırılıb

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir VİDEO

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə başsağlığı verib

Parlamentin Səhiyyə komitəsinin ötən ilin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab edilib

Tədqiqat: Arktika karbon qazı emissiyasının mənbəyinə çevrilir

Latviyada rusların və belarusların daşınmaz əmlak almasını qadağan etmək istəyirlər

Ekoloji roman: janrların və epoxanın kəsişməsində - seminar

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub

Bələdiyyə seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 961 min 625 nəfərdir

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib

Dünyanın ən yaxşı gənc futbolçularının adları açıqlanıb

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Çində dünyanın ən hündür körpüsü inşa edilir VİDEO

Beynəlxalq sertifikatlaşdırma təşkilatının nümayəndələri növbəti dəfə “Azəriqaz”da olublar

AzMİU Konya Texniki Universiteti ilə əməkdaşlıq edəcək

Milli Məclisin sədri İtaliyaya rəsmi səfər edib

“Fənərbağça” idman klubunun üzgüçüsü hoteldəki yanğında həyatını itirib

Aral dənizinin genişmiqyaslı yaşıllaşdırılması: Qazaxıstan ekosistemi bərpa edir

Min seçki məntəqəsində seçki prosesini veb-kameralar vasitəsilə izləmək mümkün olacaq

Praqada “Qanlı Yanvar” filmi göstərilib

AQTA: Quş qripi xəstəliyi ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

UNEC və Dünya Azərbaycanlı Alimlər Birliyi yeni təşəbbüsə imza atdı

XTNS-in “Azərbaycan” pavilyonunda rəsm üzrə ustad dərsi olacaq

Kimyaçı alimin beynəlxalq rəyçi fəaliyyəti sertifikata layiq görülüb

51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək

Azərbaycan muğamı “Əl-Cəzirə” telekanalında

Bakıda “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilib YENİLƏNİB VİDEO

“KOB bazar” satış yarmarkası keçiriləcək

Tanınmış türkiyəli mütəxəssis İran klubu ilə danışıqlar aparır

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb   YENİLƏNİB VİDEO

Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub

Qazaxıstanda qeyri-sabit hava şəraiti səbəbindən mindən çox avtomobil yollarda qalıb

Finlandiyada koronavirusa qarşı peyvənd sınaqdan keçirilir

Azərbaycan atıcıları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Saatlıda çörək emalı müəssisəsində bir sıra nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb YENİLƏNİB VİDEO

Premyer Liqa klubu Sequndadan futbolçu alıb

Xəzər rayonu üzrə bələdiyyə seçkilərində 178 nəfər namizədliyini irəli sürüb

Şimali Makedoniyada azərbaycanli alimə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

Baş konsulluğumuzun təşəbbüsü ilə İstanbulda ağacəkmə aksiyası keçirilib VİDEO

Prezident İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Bratislavada 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri təşkil olunub

Bakı Təşəbbüs Qrupu və “Ka Ubuntu” Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Ötən il Azərbaycanı 2,6 milyondan çox qonaq ziyarət edib

Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib

“Reuters”: “Aramco” rəhbəri neftə olan əlavə tələbata ümid edir

Qazaxıstan millisinin sabiq futbolçusu: İnanıram ki, Stas Pokatilovun “Sabah”a keçidi onun üçün uğurlu olacaq

Komitə sədri: Əmək pensiyasının minimum məbləğinin artımı vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda dəyişiklik edilib