Prezident İlham Əliyev: Heydər Əliyev və Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsinin əsasını qoyublar

Bakı, 25 may, AZƏRTAC
Heydər Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoyublar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.
Rusiyalı həmkarına müraciət edən dövlətimizin başçısı deyib: “Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk”. Ötən ilin əvvəlində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [19:19]
Xüsusi qabiliyyət imtahanlarına start verilir
- 13.06.2025 [18:51]
“At gücləri” bir arada - klassik avtomobil yürüşü və çövkən yarışı olacaq
- 13.06.2025 [17:48]
Azərbaycan tərəfi İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir
- 13.06.2025 [17:21]
Laçın şəhərinin Baş planı təsdiqlənib
- 13.06.2025 [17:00]