Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib VİDEO

Lənkəran, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.

AZƏRTAC xəbər verir ki, son illərdə cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Lənkəran hələ qədimdən çəltikçiliyi ilə məşhurdur. Ətirli Lənkəran düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Akulə” və digər çəltik növündən olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. İndi ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyi Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.

Dövlətimizin başçısına məlumat verildi ki, bu il “Cənub-Aqro” MMC tərəfindən ümumilikdə 100 hektar sahədə çəltik əkilib ki, bunun da 35 hektarı Girdəni, 65 hektarı isə Siyavar kəndləri ərazisindədir. Gələn il isə müəssisə tərəfindən əlavə 127 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidentinə çəltik əkininin aparıldığı son texnologiya barədə də məlumat verildi. Bildirildi ki, hazırda “Cənub-Aqro” MMC-nin sahələrindəki çəltik əkinində ən müasir texnoloji üsullardan və avadanlıqdan istifadə olunur. Əvvəllər əl əməyindən istifadə edilərək gündə 0,5 hektara yaxın sahədə çəltik əkilirdisə, hazırda yeni texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün iqtisadi baxımdan səmərəlidir.

Qeyd edildi ki, rayonda çəltikçilik əsasən Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir. Bu da çəltikçiliyin gəlirli sahə olması ilə bağlıdır. Belə ki, hər hektardan 50-60 sentner məhsul götürülür və maya dəyərindən 10-15 dəfə bahasına satılır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat da böyükdür. Yerli düyüyə tələbatın artması, qiymətlərin digər kənd təsərrüfatı məhsullarına nisbətən yüksək olması, eləcə də dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi bu sahənin Lənkəranda yenidən dirçəlməsinə səbəb olub. Çəltik əkini əsasən istifadəsiz qalan bələdiyyə və əhaliyə dövlət tərəfindən verilən pay torpaqlarında aparılır. Hazırda Lənkəranda 526,5 hektarda çəltik əkilib. Fermerlər tərəfindən çəltik əkini və yığımı, həmçinin becərmə və gübrə səpmək üçün xaricdə istehsal olunan yeni texnikalar gətirilib.

Sonra çəltik sahəsində ilk biçin həyata keçirildi.

Diqqətə çatdırıldı ki, Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə 1 hektar ərazidə tikilib.

Dövlətimizin başçısı “Cənub-Aqro” MMC-nin çəltik zavodunun açılışında iştirak etdi.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Məlumat verildi ki, zavodun tikintisinə 2016-cı ilin noyabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb.

Prezident İlham Əliyev müəssisədə istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, zavodun aylıq emal gücü 300 ton və düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarda tələbata uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixracı üçün sənədləşmə işləri davam etdirilir. Gələcəkdə müəssisənin ərazisində hazır məhsul anbarı, satış mərkəzi və əlavə istehsal sahəsinin yaradılması planlaşdırılır.

Qeyd olundu ki, çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü dünya əhalisinin beşdə ikisini qidalandırır. Respublikamız çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Birinci Lənkəran-Masallı, ikinci Şəki-Zaqatala, üçüncü isə Quba-Xaçmaz zonalarıdır.

Zavodda yaradılan şərait bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin sosial-iqtisadi tərəqqisində, xüsusən də aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ötən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilib və görülən məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib VİDEO

Azərbaycan Mərakeşdə 28-ci beynəlxalq “Fəs Sufi Musiqisi Festivalı”nda təmsil olunur

İsmayıl Qarayevin ev-muzeyində “Bir toxunuş, min dəyər” adlı tədbir keçirilib

Bu gün Bakının 551 küçəsi yuyulub

Alıcısı çox, gəliri yüksək olan “Naxçıvan göyçəsi” - Babək rayonunun Zeynəddin kəndindən REPORTAJ

Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub

AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilir

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3  VİDEO

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3 VİDEO

“Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib

AÜDCC “Bakı Ürək Günləri” çərçivəsində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir

Əhliman Əmiraslanov: Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olunub

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Çin kommersiya raketi ilə orbitə 6 peyk çıxarıb VİDEO

Bu gün Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur

Xəbərdarlıq: Gələn həftənin ilk günlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib

DGK: Başqalarına məxsus kommersiya təyinatlı malların şəxsi əşya adı altında gömrük sərhədindən keçirilməsi yolverilməzdir

Türkiyə Azərbaycanla üç hökumətlərarası sazişi təsdiqləyib

Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4800-dən çox şagird iştirak edib

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Bakı Musiqi Akademiyasında “Müasir musiqi sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şuşada “Əyan məclisi” adlı sərgi açılacaq

Hüqo Guevara: ABŞ-da 8 mindən çox azərbaycanlı tələbə təhsil alıb

Paytaxtda IV sinif üzrə 3 min 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib

Türkiyəli ekspert: İrəvanın mövqeyi Ankara ilə münasibətlərin normallaşmasından uzaqdır

MATE-nin nümayəndə heyəti ADAU-da olub

Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır VİDEO

Səhiyyə nazirinin müavini: Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır VİDEO

Dünyada ilk dəfə bir körpəyə fərdiləşdirilmiş gen terapiyası tətbiq edilib

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib YENİLƏNİB VİDEO

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib YENİLƏNİB VİDEO

Anar İsrafilov: İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb VİDEO

Anar İsrafilov: İcbari tibbi sığortanın tətbiqi və kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb VİDEO

İstanbulda Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Aqrar Sığorta Fondunun rəhbərliyi təbiət hadisələrindən zərər dəymiş təsərrüfatlarda olub

Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar VİDEO

Sosial şəbəkələrdə məşhurlaşan qarmon ifaçısı: Toylara, el şənliklərinə də çağırırlar VİDEO

Xorvatiyada “Taxt-tac oyunları” filminin çəkiliş meydanları Trampın rüsumlarına görə təhlükə ilə üzləşib

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır

Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir VİDEO

Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev: Atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir

“Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı haqqında ƏSASNAMƏ

Dövlət qulluqçularının reyestrinin aparılması QAYDASI

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar

Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mayın 17-si Ümumdünya Halal Standartları Günüdür

Bu ilin dörd ayında DSMF-nin xərcləri 2 milyard 501 milyon manat təşkil edib

“Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına

Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir

“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır

Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Sabah Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilir

“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

DİN: Ötən gün ayrı-ayrı vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Tramp administrasiyası autizmlə bağlı tədqiqatların maliyyələşdirilməsini azaldıb

“Rafiqin işığı hələ də bizi ruhlandırır...” - musiqiçilər bəstəkar Rafiq Babayev haqqında

Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisinin açılışı olub

Ukraynada sərnişin avtobusuna hava zərbəsi endirilib, 9 nəfər həlak olub

Bu gün görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

Əbu-Dabi ABŞ-dan ən qabaqcıl süni intellekt çiplərini alacaq

Gənc musiqiçilər Kamera və orqan musiqisi zalında çıxış ediblər

BDU-da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçrilib

Rusiya və Ukrayna əsirlərin “1000-ə 1000” formatında genişmiqyaslı mübadiləsini həyata keçirəcək

Bakıda Rafiq Babayevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib

BMT Asiya ölkələrini iqlim təhdidlərinə hazırlığı sürətləndirməyə çağırır

Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə fotoqrafın imzası” adlı sərgi keçirilib

Əməkdar artist Fərid İbrahimov: Vindzorda canlı orkestrin müşayiəti ilə Azərbaycan mədəniyyətini təqdim etmək böyük qürurdur VİDEO

Əməkdar artist Fərid İbrahimov: Vindzorda canlı orkestrin müşayiəti ilə Azərbaycan mədəniyyətini təqdim etmək böyük qürurdur VİDEO

Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsindən ötən bir həftə ərzində 739 nəfər sərhəddən geri qaytarılıb

Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi ölkədə toplanacaq

Afyonkarahisarda Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

Ağdaşda yol qəzası olub, ölən və yaralananlar var

Bakıda “Azerbaijan Fashion Week 2025” başlayır

Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib

Prezident Ərdoğan: Rusiya və Ukrayna arasında dialoq kanalları açıq qalmalıdır

Hakan Fidan: Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün səylərini davam etdirəcək

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib - YENİLƏNİB VİDEO

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilib - YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

Vəkillər Kollegiyası Gəncə Regional Bürosunun tarixi abidə olan inzibati binasının bir hissəsi bərpa edilib

Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

Ağstafada yol qəzası olub, xəsarət alan var

DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı karate üzrə Avropa çempionu olub

Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans

® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

bp ilə əməkdaşlıq çərçivəsində BDU-da yeni mərkəz yaradılıb

TÜRKPA komissiyasının 12-ci iclasında türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

IX “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB