Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da iştirak edib VİDEO

Münxen, 6 fevral, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 6-da 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi “dəyirmi masa”sı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “dəyirmi masa”da iştirak edib.

Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger tədbir iştirakçılarını və Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.

Artıq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunan məsələlərin əhatə dairəsinin genişləndiyini, 2013-cü ildən bu siyahıya enerji təhlükəsizliyinin də daxil olduğunu deyən Volfqanq Fredrik İşinger Prezident İlham Əliyevə bu müzakirələrdə iştirakına görə təşəkkür etdi və “dəyirmi masa”nın işinə uğurlar arzuladı.

Sonra tədbirin aparıcısı sözü Azərbaycan Prezidentinə verdi.

Dövlətimizin başçısı “dəyirmi masa”da çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Çox sağ olun. Əvvəlcə səfir İşingerə dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Münxendə yenidən olmaq məndə məmnunluq hissi doğurur. Burada belə bir müzakirənin təşkil olunmasına görə sizə təşəkkür etmək istəyirəm. Çünki enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır.

Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. İndi - “Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də istehsalat sahəsində əsas investisiyaları əldə etmək üçün bizə nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, enerji strategiyamızın lap əvvəlində biz neft şirkətlərindən ibarət beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün investisiyaları cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru kəmərlərini inşa etməyə başladıq. Biz artıq bu dəhlizləri tikmişik. On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir. İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb. Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir. Biz 1996-cı ildən etibarən bp və digər tərəfdaş şirkətlərlə bu yatağın işlənməsi üzərində çalışmışıq. Biz artıq Azərbaycan qazını hasil və onun regional bazarlara çıxışını təmin etmişik. Bizim qonşularımız olan Gürcüstan, Türkiyə, İran və Rusiya Azərbaycan qazını alırlar. 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu - TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan “Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı.

2013-cü ildə Trans-Adriatik - TAP boru kəməri əsas təchizat marşrutu kimi seçilib. 2014-cü il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. İndi hər şey hazırdır və biz artıq Avropanın əsas enerji və infrastruktur layihələrinin icrasına başlamışıq. “Şahdəniz” yatağının işlənməsi, boru kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq. Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək dəmir yolu layihələrinin icrasına nail olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə daha çox əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır.

Aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Bizim təşəbbüsümüzlə bu il fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası keçiriləcək. Biz bu layihədə iştirak edən bütün ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb. Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq.

Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də “Cənub” qaz dəhlizi layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə etdik. Çünki bu ölkə Yunanıstan-Bolqarıstan və ya Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə bilər. Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o deməkdir ki, Nabukko komandasının bir üzvü artıq TAP-ın üzvüdür. Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük miqyaslı layihə olacaq.

Onu söyləmək istəyirəm ki, biz düzgün istiqamətdəyik, işlər qrafik üzrə gedir, tikintiyə artıq başlanıb, borular sifariş olunub, podratçılar seçilib. Biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da iştirak edib VİDEO

BMT-nin eksperti: Müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür

Görmə qabiliyyəti demensiyanı 12 il əvvəldən xəbər verə bilər

Bakı Təşəbbüs Qrupu BMT-də müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib YENİLƏNİB

Rusiya və Azərbaycan qanunvericilik orqanları arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iş planı imzalanıb

Avro-2024: İtaliya millisini məğlub edən İspaniya 1/8 finala yüksəlib

“OneSXM” Assosiasiyasının rəhbəri: Biz artıq Sent-Martinin müstəmləkə olmasını istəmirik

Azərbaycana yay fəsli daxil oldu

Cənubi Koreya Ukraynaya silah tədarükü məsələsini yenidən nəzərdən keçirəcək

Cəbrayılda mina hadisəsi baş verib, xəsarət alan var

Britaniyanın maliyyə naziri partiyasının seçkilərdə qələbə qazanacağına inanmır

Sərgüzəştlər, istirahət və unudulmaz təəssüratlar: Şahdağda yay mövsümü açılıb REPORTAJ

İcraçı direktor: Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq mübarizəsini dəstəkləməyə davam edəcək

Avro-2024: İngiltərə millisi Danimarka komandası ilə bacarmayıb

Güclü külək Tərtər rayonuna da ziyan vurub

BMT-də Yeni Kaledoniyada öldürülən mülki şəxslərin xatirəsi anılıb

Külək Yevlaxda fəsadlar törədib

Belarus Xalq yazıçısı Vasil Bıkovun anadan olmasının 100 ili tamam olur

Milli İncəsənət Muzeyində “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb

Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanı qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb

Mədəniyyət Nazirliyi Çində keçirilən Asiya Mədəni İrs Alyansının 2-ci Baş Assambleyasında uğurla təmsil olunub

Azərbaycandan 129 nəfər Macarıstanın nüfuzlu universitetlərində təqaüdlə təhsil alacaq

Latviyada Azərbaycana həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Erməni səfir ABŞ-ı təhdid edir

Hazırda ölkənin qərb rayonlarında güclü külək əsir - Faktiki hava

Beyləqanda yol qəzası: iki nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Qurama Festivalının açılış mərasimi olub

“Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda konfrans keçiriləcək

Gürcüstanda keçiriləcək parlament seçkilərində bir sıra yeniliklər tətbiq olunacaq

Budapeştdə bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib VİDEO

Aprel-may aylarında müxtəlif avadanlıqlara xüsusi icazə verilməsi üçün 10 mindən çox müraciət edilib

İnformatika və coğrafiya fənləri üzrə iyunun 9-da keçirilmiş əlavə imtahanın nəticələri açıqlanıb

Bu il Türkiyədə elektromobil satışı 2,5 dəfədən çox artıb

Aqrar Xidmətlər Agentliyinin sədri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib

Boris Conson yeni kitabının işıq üzü görəcəyi tarixi açıqlayıb

Malayziyada təqaüdlə təhsil almaq imkanı

Misirli ekspert: Azərbaycan Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək - MÜSAHİBƏ

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Serbiya şirkətinin məhsulları ilə tanış olub

Milli Məclisdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda ictimai dinləmə keçirilib

Qazaxıstan və Çin Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafını genişləndirir

Fransa Bakı Təşəbbüs Qrupunun BMT-də keçiriləcək tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmayıb VİDEO

Xaçmazın Palçıqoba kəndində yeni məktəb binası inşa olunub

Azərbaycanın yunan-Roma güləşçiləri BRICS Oyunlarını 6 medalla başa vurublar

Sabah Abşeron çimərliklərində dəniz suyunun temperaturu nə qədər olacaq?

Avro-2024: Sloveniya millisi son dəqiqədə qələbəni əldən verib

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günü yekunlaşıb

Aİ 14-cü sanksiyalar paketi çərçivəsində 69 nəfəri qara siyahıya salacaq

Şotlandiyanın Cənubi Ayrşir inzibati ərazi vahidindən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Odessa merinin müavini: Müharibə başlayan kimi Azərbaycan dərhal öz yardımını etdi VİDEO

Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var VİDEO

“SABAH” qrupları layihəsinin magistratura səviyyəsində müəllimlərin işə qəbulu aparılır

Hande Harmancı: Bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu COP29 zamanı birgə tədbirlərin keçirilməsini təklif edib

Xidmət rəisi: Qeyri-sabit hava şəraitinin davam edəcəyi ehtimalı var

Abşeron gənclərinə narkomaniyanın zərərləri haqqında məlumat verilib

İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılovun xatirəsi anılıb

Kirayə mexanizmi ilə 400-ə yaxın yeni mənzil satışa çıxarılıb

Lüksemburqun Böyük Hersoqu Anridən

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Şirkətlərdə ESG prinsiplərinin tətbiqi yaşıl iqtisadiyyata transformasiya üçün töhfə verir

Azərbaycan və Belarusun fövqəladə hallar nazirləri əməkdaşlıq Sazişi imzalayıblar VİDEO

“Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bayram günlərində 47 mindən çox sərnişin daşınıb

NATO-nun bütün ölkələri Mark Ruttenin baş katib vəzifəsinə namizədliyi ilə razılaşıb

® “Unibank KB” “iPhone” alınması ilə bağlı kotirovka elan edir

MEK Özbəkistanın Ürgənc Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

UNEC 94 yaşını qeyd edib

ADA Məktəbində “Məzun günü”

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb

ADA Universiteti Milan Politexnik Universiteti ilə birgə Şəkidə təlim proqramı həyata keçirib

Küləkli hava şəraiti ilə bağlı “sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Coğrafiya İnstitutunun alimləri Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı tədqiqat aparıblar

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Hindistanda istilər fonunda elektrik enerjisi təchizatında uzunmüddətli fasilələr yarana bilər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

ABC nəşri: Makron ölkənin başlıca problemidir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri”ndə və 2004-cü il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

YAP nümayəndələri Rusiyanın Vladivostok şəhərində keçirilən beynəlxalq forumda iştirak ediblər

Bakıda “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi” mövzusunda müzakirələr aparılıb

Azərbaycan pauerliftinqçisi yeddiqat Avropa çempionu olub

Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib

YAP-ın İdarə Heyətinin növbəti iclası keçirilib

Dövlət Xidməti: 190 min manatlıq vəsait istehlakçılara qaytarılıb

“Yaşıl dünya, təmiz səma” - dəyirmi masa

Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

Azərbaycanın daha 2 güləşçisi BRICS Oyunlarında medal qazanıb

Vladimir Norov: Yoxsulluğun aradan qaldırılması üçün İslam sosial maliyyəsinin potensialı çox böyükdür

Koreyada BMU-İNHA ikili diplom proqramı tələbələrinin “Məzun günü” qeyd olunub

Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək

VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib

Azərbaycan ilə İtaliya arasında hərbi-texniki sahələrdə əməkdaşlıq, həmçinin birgə layihələr müzakirə edilib

“İnsan hüquqları aylığı”na həsr edilmiş dəyirmi masa keçirilib

Küveytdə ifrat istilər səbəbindən elektrik enerjisi fasilələrlə verilir

Yalçın Rəfiyev: İqlim dəyişikliklərinə qarşı vəsait artıq mövcuddur, lakin onu bazarlara çatdırmaq mexanizmi yoxdur

İki Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya olunub

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı 31 min 225 sorğu yerləşdirilib

Deputat: Yaxın qohum evliliyi ilə əlaqədar ciddi cəza tədbirlərinin görülməsi mütləqdir