Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib  YENİLƏNİB 2 VİDEO

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Əziz dostlar, bu gün biz ilin idman yekunlarını müzakirə edəcəyik. Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.

İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.

Bu Oyunları biz izləmişik və əfsuslar olsun yenə də qeyd etməli oluruq ki, hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir. Buna baxmayaraq, bu böyük nailiyyət, - mən bunu qələbə hesab edirəm, - bir daha Azərbaycan idmanının gücünü təsdiqləyir və göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır.

Gənc idmançıların hazırlanması əlbəttə ki, mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.

Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilmişdir, mən bunu çox yüksək qiymətləndirirəm. Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur. Əlbəttə ki, idmana dövlət dəstəyi - bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq.

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Bəzi ölkələrdə sayılmır. Amma mən hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.

Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.

İdmanın kütləviliyinə gəldikdə isə hesab edirəm ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin. Ona görə açıq havada, - nəzərə alsaq ki, Azərbaycanın əksər yerlərində hava şəraiti il boyunca müsbətdir, - bunun çox böyük təsiri olacaq, həm insanların sağlamlığı üçün, həm də bütövlükdə idmanın inkişafı üçün. Ona görə hesab edirəm ki, buna böyük ehtiyac vardır.

Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.

Onu da bildirməliyəm ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.

Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq.

Bütün bunları qeyd edərək bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.

Mən əldə edilmiş bütün uğurlar münasibətilə idmançıları, onların məşqçilərini, idman ictimaiyyətini bir daha təbrik etmək istəyirəm. Adətən idman yekunları ilə bağlı görüşlərimiz ilin sonunda baş verirdi, lakin keçən ilin sonunda bir çox tədbirlər olduğu üçün belə imkan olmadı. Ancaq hesab etdim ki, biz bu ənənəni bərpa etməliyik. COVID dövründə belə imkan olmamışdır. Ancaq ənənələr Azərbaycan xalqının dünyagörüşünün ayrılmaz bir tərkib hissəsidir. Ona görə biz bu ənənəni bərpa etmişik.

Yeni uğurlar, yeni qələbələr, Azərbaycan dövləti hər zaman sizin yanınızda olacaq. Sizin uğurlarınıza bütün xalqımız sevinir, bütün uğurlar yüksək səviyyədə qiymətləndirilir və qiymətləndiriləcəkdir.

Bir daha sizə yeni qələbələr, yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu.

Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderlərini təqdim etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

VİDEO

Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib  YENİLƏNİB 2 VİDEO

Ankarada TDT-yə üzv ölkələrin ürək-damar cərrahiyyəsi üzrə birgə təlimləri keçirilir

YAP Mərkəzi Aparatında birgə mətbuat konfransı keçirilib

YAP və AK Partinin nümayəndələri arasında görüş olub

Ümummilli Liderin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət

V.Putin: Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır

Litvalı jurnalist azərbaycanlıların sonuncu deportasiyasına aid fotoşəkillərlə tanış olub

Özbəkistan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə sədr təyin olunub

Qərbi Azərbaycan İcmasında beynəlxalq konfransın iştirakçıları ilə görüşlər olub

COP-28 çərçivəsində SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib

Ağdaş rayon sakini qanunsuz saxladığı odlu silahları polisə təhvil verib

Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətinə töhfələri yüksək qiymətləndirilir

Türkiyə ilə Ukrayna arasında siyasi məsləhətləşmələr aparılacaq

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə görüşüb

BDU-da Xalq artisti Cahangir Novruzovla görüş

Payız semestrində 6657 tələbə təhsil krediti alıb

“Parlaq gələcəyim” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib

Qəhvənin türk mədəniyyətində rolu – qonaqpərvərliyin əvəzsiz elementi

Azərbaycanın müdafiə naziri "EDEX 2023" sərgisində müxtəlif ölkələrin şirkətlərinin məhsulları ilə tanış olub

Psixoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib

“Gəl, Yarat!” yaradıcılıq üzrə marafonun qalibləri müəyyənləşib

® Tam istədiyiniz ulduz, Tam DigiCard-la!

Azərbaycanlı futbolçu Ukrayna millisində oynamaq istəyir

Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

BDU-nun “SABAH” qruplarında ingilis dilinin tədrisi təkmilləşdirilir

Dual peşə təhsili proqramı çərçivəsində tələbələrin praktiki məşğələlərinə start verilib

MN: Erməni tərəfinin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik

Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib

Qəbələdə polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb edilib

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bəzi normativ hüquqi aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı

Peşələr Festivalında 70 minə yaxın şəxs iştirak edib YENİLƏNİB

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasının və müddətinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı

ABŞ mətbuatı ermənilərin antisemitizmindən bəhs edib

Tahir Budaqov: Vətən müharibəsindən sonra partiyamız qarşısında yeni çağırışlar durur

“Türkiyədə kitabxana və arxiv xidmətləri” – BDU-da ustad dərsi

Zəngilanın Ağalı kəndində yaşıllaşdırma işlərində Dendrologiya İnstitutunda becərilən bitkilərdən istifadə olunub

Türklərin Qəzzadan təxliyəsi davam edir

Energetika naziri ilə ABŞ Dövlət katibinin köməkçisinin görüşü olub

Noyabrın 27-dən dekabrın 3-nədək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Qalxanabənzər vəzi hormonlarının çoxluğu demensiyaya səbəb ola bilər

İsrailin Qəzza zolağının şimalındakı əməliyyatı sona çatmağa yaxındır

Avropa Komissiyası Ukraynanın Aİ-yə üzv olması barədə danışıqların başlanması üzrə şərtləri yerinə yetirib

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 20 yoluxma faktı qeydə alınıb

İran Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir

Hafiz Səfixanov: Azərbaycan mina probleminin öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib

Zafer Sırakaya: Türkiyə gələcək illərdə də Azərbaycanın yanında olmağa davam edəcək

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Beynəlxalq elmi konfrans keçirilib

AK Parti Sədrinin müavini: Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur

ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub

Bakıda FIA həftəsi başladı VİDEO

Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Saytlarda aparılan monitorinqin nəticələri ilə bağlı hesabat təqdim edilib

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyul tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UEFA prezidenti: Dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi

Buxarestdəki Klassik Avtomobillər Muzeyi onilliyini qeyd edir

Baş katib: Azərbaycan regiona 18 milyondan çox turist cəlb etmək potensialına malikdir

Qaxda qızılcaya yoluxan azyaşlılar həkim nəzarətindədir - REPORTAJ VİDEO

Naxçıvanda seminar - “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”

Rəsədxana əməkdaşları Qazaxıstanda keçirilən qış məktəbində iştirak ediblər

Bakıda və Sumqayıtda toz hissəcikləri normadan yüksək olub

Qərbi Azərbaycan kəndləri - Sarvanlar

İstedadlı şagirdlər imtahan veriblər

“Apple” və “Paramount” öz yayım xidmətlərinin birləşdirilməsini müzakirə ediblər

QMİ-nin sədri Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb

Flamand rəssamının tablosu auksionda 883 min dollara satıla bilər

Müdafiə naziri Misirdə səfərdədir

Orxan Fikrətoğlunun hekayəsi İspaniya portalında dərc olunub

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri də “beşinci kolon”ları maliyyələşdirməkdir ŞƏRH

Noyabrda toksiki zəhərlənmə ilə əlaqədar 107 müraciət olub

Paytaxtda bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

“Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin TİƏ prosesinin gələn ilin sonuna yekunlaşdırılması nəzərdə tutulur

AQTA: Ölkəmizə məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparılıb

Bakıda Rus gəncləri festivalına start verilib

Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirib

Bakıda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib

Həkim: Qızılcaya yoluxan tovuzlu bacı-qardaş evə buraxılıb VİDEO

Ermənistanın özünə yeni himayədarlar axtarması regiona sülh gətirməyəcək – RƏY

Dünyada silah satışından əldə edilən gəlir 3,5 faiz azalıb

Britaniyanın müdafiə büdcəsində 21,4 milyard dollar kəsir aşkarlanıb

Külli miqdarda qaçaqmalın ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Ekspertlər: İqlim qərarları sayəsində neft-qaz hasilatı azalmayacaq

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub

Azərbaycan səfirliyi Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

Karate üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan qlobal istiləşməyə qarşı mübarizədə öhdəliklərinə sadiqdir ŞƏRH

Azərbaycan Dünya Taekvondosunun qala gecəsində təmsil olunub

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

“Time” jurnalı 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını tərtib edib

® "Baku Steel Company" QSC ekoloji layihələrini davam etdirir

Füzuli rayon sakini tapdığı avtomat silahı polisə təhvil verib

Ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Fərid Qayıbov Avropa Gimnastikasının konqresində xüsusi medal və mükafata layiq görülüb

Türk Dövlətlərinin Atletika Dərnəyi yaradılacaq

Payız əkin mövsümü başlayandan indiyədək 785 mindən çox ağac əkilib

Azərbaycanın həndbol millisi Avropa çempionatının hazırlığına başlayıb

Azərbaycanın voleybol hakimi beynəlxalq turnirə təyinat alıb