Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev dedi:

-İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.

Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.

Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır.

Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.

Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.

Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.

Bir daha sizi ürəkdən təbrik etmək və sizə yeni qələbələr, uğurlar arzulamaq istəyirəm.

X X X

Olimpiya çempionu, cüdoçu Hidayət Heydərov çıxış edərək dedi:

-Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “Çox sağ ol” demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm.

Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə.

Prezident İlham Əliyev: Sağ ol.

X X X

Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini dedi.

Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzuladı.

X X X

Sonra Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim etdilər.

Daha sonra dövlətimizin başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib  YENİLƏNİB VİDEO

Xəzər dənizinin problemləri Brüsseldə müzakirə olunub

Formula 1 Azərbaycan Qran-Prisi: Sürət həvəskarları pit zolağı gəzintisində

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar

İstanbulda türkdilli dövlətlərin iqtisadi gücü və ticarət imkanları müzakirə olunub

ABŞ dövlət katibi ilə Ermənistan baş naziri arasında telefon danışığı olub

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 85 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 65 saylı müraciətinə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 sentyabr 2024-cü il tarixli 87 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 68 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq

Lando Norris: Oskar özü üçün mübarizə aparır

Şalva Papuaşvili: Gürcüstana istənilən xarici müdaxilənin qarşısı alınacaq

ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Naxçıvanda bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilib

Türk ekspert: Bu gün Rusiya ilə ABŞ arasındakı mübarizədə “piyada” olan bir Ermənistan var

Dünya Köçəri Oyunlarında növbəti medal

Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib

Azərbaycan ilə Qətər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər müzakirə olunub

Beynəlxalq konfransda Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terroru barədə məlumat verilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib  YENİLƏNİB VİDEO

Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb

“PAŞA Holding”in sosial tərəfdaşlığı ilə 11600-dən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Gəncədə “Nizami günləri”nin açılışı olub

Bakıda mənzilə silahlı basqında və polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs olunub VİDEO

İmtahanlarda yüksək bal toplayaraq tələbə adı qazanan əslən Qərbi azərbaycanlı gənclərlə görüş keçirilib

Beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüş olub

® “Unibank”ın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz

XİN: Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir

AMEA-nın prezidenti kərküklü alimlərlə görüşüb

Bakıda fəaliyyət göstərən marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcək

Frankfurtda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib

COP29: Azərbaycan, BƏƏ və Braziliyanın mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüblər

Mətbuat: Almaniya Türkiyənin strateji məqsədlərinə maneələr törədir

Azərbaycan millisi Türkiyə ilə qolsuz heç-heçə edib

Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası”nın ödənişsiz kurslarından yararlanıb

İlk türkiyəli kosmonavt Türkiyə Kosmik Qüvvələri Komandanlığına təyin edilib

Xətai rayonunda saxlanılan 4 narkokuryerdən 16 kiloqram marixuana aşkarlanıb VİDEO

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

“Qəbələ” nigeriyalı hücumçu ilə müqavilə imzalayıb

“Sonsuz qardaşlıq - III” çoxmillətli təlimi: Xüsusi təyinatlılar praktiki məşqləri yerinə yetirirlər VİDEO

Haaqada pensiya fondları aktivlərinin iqlim layihələrinin maliyyələşdirilməsinə cəlbinin innovativ modelinə dair müzakirələr aparılıb

AQTA sədri Gəncədə vətəndaşları dinləyib

Formula 1: Bakı sürət yarışına hazırdır - REPORTAJ

Bakı da daxil olmaqla, Xəzərin bir neçə limanına Rusiya şirkətinə məxsus gəminin kruiz səfərləri planlaşdırılır

Sinqapurda Papa Fransiskə onun adını daşıyan orxideya təqdim edilib

Azərbaycan ilə Əlcəzair arasında regional və qlobal məsələlər müzakirə olunub

Türkiyə Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Deputatlığa namizədliyi qeydə alınmış Ərzulla Buludlunun müraciəti təmin edilməyib

Azərbaycan bütün dünyada sülh və birgəyaşayışı təşviq edir

33 saylı Xətai birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Natiq Cəfərovun şikayəti təmin edilməyib

Kir Starmer: Britaniya səhiyyəsi kritik vəziyyətdədir

Energetika naziri Xaçmazda vətəndaşlarla görüşüb

Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Bu ilin 6 ayı ərzində 12 milyard dollarlıq əmtəə ixracı qeydə alınıb

USAID kimi qurumlar regiondakı reallıqları öz məqsədlərinə uyğun olaraq yenidən formalaşdırmaq istəyir - Politoloq

Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirə aparılıb YENİLƏNİB

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun iclası keçirilib

BMU-ya qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri olub

“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb VİDEO

Naxçıvanda I siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub

Daniel Rikkardo: Burada yarışmaq heç də asan deyil

Muxtar respublikada dərsliklərin paylanılmasına başlanılıb

“Yeni nəfəs” layihəsi çərçivəsində 1000 ağac əkilib

Lens Stroll Azərbaycan Qran-Prisi ərəfəsində Bakı trasından danışıb

Britaniya Rusiyanın 10 gəmisinə sanksiya qoyub

Premyer Liqa: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Gürcü professor: Qərbin Ermənistanı silahlandırmaq istəyi regionda sabitliyi pozmağa xidmət edir

® “Facility Management Group” şirkəti şəhid və qazi ailələrinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

Fransada yoxsulluq getdikcə artır - Sorğu

® “InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

® “Bakcell” Formula 1 üzrə Azərbaycan Qran-Prisinin tədbir sponsorudur

Naxçıvanda əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən 4,8 dəfə çox istifadə olunub

Fernando Alonso: Yüksək sürətlə Bakının dar küçələrindən keçmək həyəcanvericidir

“Apofis” asteroidinin Yerlə toqquşma ehtimalı hələ də qalır

Pekində yaşıl enerjinin sosial-iqtisadi tərəqqidə rolu ilə bağlı fikir mübadiləsi aparılıb

Bu il alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə qaytarılan ƏDV-nin həcmi 14 milyon manatı ötüb

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda elmi konfrans keçiriləcək

Çinli pilot: Bakı trasında qızğın mübarizə gedəcək

Beyləqanın pambıq tarlalarında defolyasiya işlərinə başlanılıb

ADAU-EGE ikili diplom proqramının tələbələri üçün Türk dili imtahanları keçirilir

Dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə strateji kommunikasiyalar mövzusunda kurs keçirilib

USAID-in Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox artırması təsadüfi deyil ŞƏRH

Ağ Evin İrəvana dəstək kampaniyası ABŞ-Azərbaycan münasibətlərinə kölgə salır - RƏY

® Endokrinoloq: Şəkərli diabet xəstəsinin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir

Ağdərənin Talış kəndində səyyar tibbi müayinələr təşkil olunub VİDEO

Xocəsəndə yeni uşaq bağçası istifadəyə verilib

Oliver Berman: Azərbaycan Qran-Prisinin karyeramda xüsusi yeri var

“Qırmızı körpü” gömrük postunda 400 avtomobil gözləmədədir

“SOCAR Türkiyə” və Sabancı Universiteti üçüncü “SOCAR Energy School” sertifikat proqramına başlayır

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun III mərhələsinə start verildi

Türkiyəli müəllim: Uşaqlarda Türk dünyası haqqında təsəvvürlərin erkən yaşlarda formalaşması vacibdir

EPF Koalisiyası: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Cənubi Qafqazın ekologiyasını zəhərləyir VİDEO

İri və xırdabuynuzlu heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi dövlət tərəfindən pulsuz həyata keçirilir

AFFA rəsmisi UEFA-dan təyinat alıb

Rusiya XİN: ATƏT DTİHB öz hesabatlarında ona verilən siyasi sifarişi yerinə yetirir

BDU-da “Smart Agro Technology” layihəsinin növbəti təlimi keçirilib

Naxçıvan Azərbaycan Basketbol Liqasında təmsil olunacaq - EKSKLÜZİV

Coğrafiya İnstitutunun şagirdlər üçün hazırladığı atlasın təqdimatı olub

Formula 1 Azərbaycan Qran-Prisi: Trasın xüsusiyyətləri və statistika