Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub [YENİLƏNİB] VİDEO

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.

Dövlətimizin başçısına keçmiş “Sovetski” ərazisində indiyədək Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirəcəyi yenidənqurma və abadlıq tədbirləri barədə məlumat verildi.

Bildirildi ki, bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin icrası ilə bağlı məlumat verdi. Bildirildi ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə, 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunublar. Yaşayış sahəsi ilə təmin edilənlər əsasən 12-16 kvadratmetr sahədə, olduqca ağır kommunal şəraitdə yaşayan ailələr olub. Keçmiş “Sovetski” ərazisində satın alınan obyektlərdən 249-nun isə söküntüsü “Azəravtoyol” ASC tərəfindən davam edir. Burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev küçələrində, Füzuli küçəsinin davamında və Nəriman Nərimanov küçəsində həyata keçiriləcək. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək, həm də enli piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Prezident İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoydu.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq, burada 3 hərəkət zolağı olmaqla, yolun eni 12 metr təşkil edəcək. Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin eni əvvəllər 5-6 metr olub. Yeni layihəyə uyğun olaraq, küçə 19 metrə qədər genişləndiriləcək. Mirzəağa Əliyev və Füzuli küçələrinin əvvəlki hərəkət hissəsinin eni də 4-5 metr olub. Burada da yenidənqurma işləri çərçivəsində yolun eni 19 metrə çatdırılacaq. Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin iki min metrdən artıq hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun hərəkət hissəsinin eninin 17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur.

Yollarda, həmçinin yeni müasir işıqlandırma sistemi qurulacaq. Bu isə günün qaranlıq vaxtında nəqliyyatın və piyadaların hərəkətinin təhlükəsiz təşkilində mühüm rol oynayacaq. Burada müasir avtobus dayanacaqlarının qurulması da nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının müasirləşdirilməsi istiqamətində son illərdə mühüm layihələr həyata keçirilib. Bu layihələrə paytaxtın rəmzinə çevrilən yeni memarlıq abidələrini, çoxmərtəbəli müasir yaşayış binalarını və digər orijinal tikililəri misal göstərmək olar. Bakıda şəhərin inkişaf sürətinə və müasir görkəminə uyğun gəlməyən binaların sökülməsi ilə bağlı mühüm layihələr icra edilib. Bu layihələrin strateji əhəmiyyəti baxımından ən mühümü isə keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi oldu. Bu yaşayış massivi uzun illər bundan əvvəl salınıb və istismar müddətini artıq tam başa vurub. Küçələri ensiz, binaları köhnə və mənzilləri dar olan “Sovetski” son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşü, müasir memarlığı ilə uzlaşmırdı.

Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin baş planının icrasının təmin edilməsi, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisindəki yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi prosesinə başlanıldı. Onu da xatırladaq ki, dar mənzillərdə yaşayan “Sovetski” sakinlərinin məişət problemləri getdikcə artırdı. Sakinlər burada yayda istidən, havasızlıqdan, qışda isə soyuq və nəmişlikdən əziyyət çəkirdilər. Bir sözlə, “Sovetski” məhəlləsinin tez bir vaxtda sökülməsi zamanın tələbinə çevrildi. Bu tələbin yerinə yetirilməsi özündə bir neçə məsələni ehtiva edirdi. Onların arasında ən əsası, “Sovetski”də yaşayanların mənzil məsələsinin həlli idi. “Sovetski”də yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satınalınmadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşıldı. Ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmadı. Dövlətimizin başçısının birbaşa göstərişi ilə Nazirlər Kabinetinin 2015-ci il 9 iyun tarixli Sərəncamına müvafiq olaraq, qeyd edilən ərazidə sahəsi 25 kvadratmetr və daha az olan yaşayış sahələrinin sahibləri Nərimanov rayonunda ikiotaqlı, tam təmirli mənzillərlə təmin olundular. Mənzillərin bölüşdürülməsi tam şəffaf, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirildi. Yeni mənzillərin sahələri sakinlərin “Sovetski” adlanan ərazidəki mövcud mənzillərinin sahələrindən 2-3 dəfə, bəzi hallarda isə 4 dəfə böyükdür. Bu, illərlə çətin şəraitdə yaşayan ailələrə Prezident İlham Əliyev tərəfindən göstərilən növbəti diqqət və qayğının təzahürü oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarımuçuq binalarda yaşayan əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı.

Xatırladaq ki, “Sovetski”nin köçürülməsi hələ Sovetlər İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu irimiqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlətimizin başçısının təşəbbüsü ilə həllini tapdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub [YENİLƏNİB] VİDEO

Hikmət Hacıyev: Dezinformasiya Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib

Şəkidə avtomobil iaşə obyektinə çırpılıb, beş nəfər xəsarət alıb

BDU “Webometrics”də “Şəffaflıq” indikatoru üzrə ölkə birincisidir

Gürcüstan mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

DİN: İtkin düşən Şirvan sakini Bakıda tapılıb

Qvatemalada 6,2 bal gücündə zəlzələ qeydə alınıb

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumda iştirak edib  YENİLƏNİB - 2 VİDEO

Livanın cənubunda silsilə partlayışlar baş verib

Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir

Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Göbələk depressiyadan qurtulmağa kömək edir

Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib

Qırğızıstan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışından yazıb

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb

MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Şanxayda Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəlib

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır

Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun

Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Prezident İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim

Prezident İlham Əliyev: Ümid edirəm ki, seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq

BMT Ümumdünya Şahmat Gününü dayanıqlı inkişaf kontekstində qeyd edib

Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər

Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Türkiyədə növbəti aeroportun açılışı olacaq

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Prezident İlham Əliyev Qlobal Media Forumunda Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb VİDEO

Azərbaycan Prezidenti: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir VİDEO

Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq

Bank kartlarına kiberhücumlar edən şəbəkə üzvləri həbs ediliblər VİDEO

Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib

Fərrux Mahmudov: Qubada basketbol turnirinin keçirilməsi bölgələrdə bu idman növünün inkişafına müsbət təsir edəcək

Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir

Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik

Prezident İlham Əliyev: Region ölkələri ilə sıx əlaqələr bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək

Azərbaycanın basketbol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib

Prezident: Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq

Azərbaycan komandası Stokholmda keçirilən beynəlxalq minifutbol turnirinə qələbə ilə başlayıb

The Guardian”: Azərbaycan qazıntı yanacağı istehsalçılarına qlobal istiləşmə ilə mübarizəyə qoşulmağı təklif edir

Plastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta

Prezident: Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dəyirmi masa keçirilib

Özbəkistan dünya əhəmiyyətli ənənəvi kənd təsərrüfatı sistemlərinə qoşulacaq

Azərbaycan Prezidenti: Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil

“Nature Communications”: Universal vaksin reallığa çevrilə bilər

“Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı keçirilib

Trilyonlara aparan yol: Zəngəzur dəhlizinin qlobal ticarətdə rolu

Prezident İlham Əliyev: Biz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq VİDEO

Dərman bazarı liberallaşdırılır: İdxal şaxələndirilir, qeydiyyat asanlaşdırılır, nəzarət gücləndirilir

Prezident İlham Əliyev: Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik

Ərdoğan: Türkiyə ŞKTC-nin tanınmasına nail olmaq əzmindədir

“ARAF” kuboku uğrunda konkur yarışlarının qalibi bəlli olub

“Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan idmançısına “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak hüququ verilib

İngiltərə Futbol Assosiasiyası yığmanın yeni baş məşqçisi ilə bağlı elan verib

Fövqəladə Hallar Nazirliyi bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib

Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçiriləcək

Türkiyəli futbolçunun qolu Avropa çempionatının ən yaxşısı seçilib

Çində daşqın səbəbindən 30-dan çox sakin itkin düşüb

Azərbaycan Şahmat Federasiyası ilə FIDE arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

YAP Mərkəzi Aparatında Milli Məclisə seçkilərlə əlaqədar müşavirə keçirilib

UNEC qlobal reytinqdə 684 pillə irəlilədi

“Bank kartının məlumatlarını verməyin, risklidir” – DİN çağırış edir

Abşeron rayonunda 100 min manatlıq elektrik əşyalarını oğurlayan iki nəfər saxlanılıb

“Azərreyl”in voleybolçusu: Hədəfimiz Avropa çempionu olmaqdır

Polis özünü general kimi təqdim edən şəxsi dələduzluğa görə saxladı

II Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtına çatıblar

Azərbaycan klubu tanınmış futbolçunun qardaşını transfer edib

Portuqaliya yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşacağıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Arab News”: COP29 ərəfəsində ev sahibi ölkə kimi Azərbaycan yaşıl inkişaf məqsədlərinə nail olmağa çalışır

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış

Çində körpü uçub, 11 nəfər ölüb, 30 nəfər itkin düşüb VİDEO

Qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda

Türkiyə Müdafiə Nazirliyi: Kipr türklərini heç vaxt tək qoymayacağıq

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb

“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən şəxslər təlimlərə cəlb edilib

Türkiyə dünya ictimaiyyətini ŞKTC-ni tanımağa çağırıb

Qurtuluşun başlanğıc günü

Faktiki hava: Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər VİDEO