Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev polo idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb VİDEO

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Keçən ay Bakıda polo üzrə birinci Avropa çempionatı keçirilmişdir. Bizim milli komandamız bütün rəqiblərə qalib gələrək çempion titulunu qazanmışdır. Bu gözəl hadisə münasibətilə sizi, ilk növbədə idmançıları, məşqçiləri, idman mütəxəssislərini, Atçılıq Federasiyasının nümayəndələrini ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük, gözəl qələbədir.

Avropa çempionatı ilk dəfə keçirilmişdir. Bildiyimə görə, çempionatın keçirilməsinin təşəbbüskarı da Azərbaycan Atçılıq Federasiyası olmuşdur. Çempionat yüksək səviyyədə keçirilmişdir. Yəni, bu da təbidir, çünki Azərbaycanda bütün beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirilir. Əlbəttə ki, bizim komandamız öz gücünü göstərdi. Bu, bizim növbəti idman qələbəmizdir.

Polo idman növü bizim xalqımıza çox yaxındır, bizim çövkən milli idman oyununa çox oxşayır. Əlbəttə ki, bizim idmançılarımızın təcrübəsi də kifayət qədər böyükdür. Ancaq Avropa çempionatı çox mötəbər idman yarışıdır. Bildiyimə görə, bu çempionatda çox güclü komandalar iştirak etmişlər və mübarizə də çox gərgin idi. Siz xalqımızı, azarkeşləri sevindirdiniz. Bir daha demək istəyirəm ki, Azərbaycan öz idman gücünü göstərib.

Bu vaxta qədər biz dəfələrlə bütün mötəbər yarışlarda ləyaqətlə çıxış etmişik. Müxtəlif idman növləri üzrə bizim dünya, Avropa, Olimpiya çempionlarımız var. Bu idman növündə də Azərbaycan tarixə öz adını yazdı. Çünki birinci çempionat Bakıda keçirildi və birinci qalib də Azərbaycan komandası oldu.

Atçılıq idman növünün inkişafına böyük diqqət göstərilir. Son vaxtlar həm Bakıda, həm bölgələrdə bu idman növünə çox böyük maraq var. Şadam ki, çövkən üzrə respublika çempionatları mütəmadi qaydada keçirilir və bu çempionatlarda iştirak edən komandaların sayı artır. Yəni, bu, çox böyük maraq doğuran idman növünə çevrilibdir. Həm böyük tamaşaçı auditoriyası cəlb edir, həm də artıq bizim böyük idman ordumuz var.

Bu idman növü ilə məşğul olan gənclər öz gücünü göstərirlər. Bütün başqa lazım olan şərait də yaradılıb. Son illər ərzində həm Bakıda, həm də bölgələrdə bu sahəyə çox böyük diqqət göstərilir.

Bütövlükdə idman Azərbaycanda prioritet istiqamətdir. Bizim idmançılarımız xalqımızı mötəbər yarışlarda sevindirir. Xüsusilə, birinci Avropa Oyunlarında Azərbaycan milli komandası ikinci yerə layiq görülmüşdür. Bu da hesab edirəm ki, Azərbaycan idmanının təntənəsi idi. Həm təşkilatçılıq məsələləri, həm idmançılar, qonaqlar üçün təşkil edilmiş mədəni proqram ən yüksək səviyyədə həll olunmuşdur. Əlbəttə ki, Azərbaycan vətəndaşları bütün yarışlarda bizim idmançılarımızı çox böyük sevgi, məhəbbətlə dəstəkləmişlər və bu dəstək əminəm ki, bizim idmançılarımıza əlavə güc veribdir.

Bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq tarixi qələbədir. Bu, ölkəmizin, xalqımızın, müstəqil Azərbaycanın qələbəsidir. Bildiyiniz kimi, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Azərbaycan yenə də tarixə öz adını yazacaq ki, birinci ölkədir həm Avropa, həm İslam Oyunları bu ölkədə keçirilir. Yenə də əminəm ki, bu, növbəti idman bayramına çevriləcəkdir. İndi hazırlıq işləri gedir və əminəm ki, İslam Həmrəylik Oyunları Avropa Oyunlarının, yəni, Yay Olimpiya Oyunlarının səviyyəsində keçiriləcəkdir. Çünki biz bu məqsədi qarşıya qoymuşduq, bu məqsədə də nail ola bildik. Gələn il biz yenə də tamaşaçıları sevindirəcəyik, Azərbaycanda gözəl, mötəbər, dünya miqyaslı yarışlar keçiriləcək.

Azərbaycan artıq dünyada idman ölkəsi kimi özünü təqdim edə bilib və idmançılarımız bizi çox sevindirirlər. Bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait - olimpiya-idman kompleksləri, idman meydançaları var. Gənclər idmana çox meyillidirlər. Bu da gəncləri sağlam ruhda və fiziki cəhətdən sağlam şəraitdə böyüdəcəkdir, yaxşı tərbiyə alacaqlar. İdmanla məşğul olanların böyük əksəriyyəti məişətdə də nümunə olur. Biz idmançılarımızla fəxr edə bilərik. İdmanla məşğul olan insan həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam, dəyərli vətəndaş olur. Mən də çox istəyirəm ki, bizim gənclərimiz güclü, fiziki, mənəvi cəhətdən hazırlıqlı, Vətənə bağlı, vətənpərvər olsunlar. Vətənpərvərlik hisslərini idman qədər gücləndirən ikinci amil bəlkə də çətin ki, tapılsın. Yəni, idman bütün cəmiyyəti birləşdirir və əlbəttə ki, qələbə qazanılanda bütün xalq buna sevinir. İdman yarışları o mübarizə, o rəqabət formasıdır ki, burada nəticələr göz qabağındadır. Ölkələrin müxtəlif inkişaf dinamikaları var. Ancaq Olimpiya Oyunlarında, dünya çempionatlarında hər şey açıq-aydın görünür: kim birinci yerdədir, kim ikinci yerdədir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Ona görə, dünya, Avropa çempionatlarının, Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, birinci yerlərdə adətən inkişaf etmiş ölkələr qərarlaşır. Azərbaycan bu ölkələrin arasındadır.

Mən bir daha sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bundan sonra bu titulu saxlamaq asan olmayacaq, çünki sizinlə yarışacaq bütün komandalar bu yarışlara xüsusi bir həvəslə çıxacaqlar. Ona görə, siz çalışmalısınız ki, gələcək yarışlarda da Azərbaycanın idman şöhrətini həmişə uca tutasınız. Bir daha təbrik edirəm.

x x x

Komandanın üzvü Elçin CAMALLI çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, əvvəlcə Azərbaycan atçılığının inkişafına göstərdiyiniz ali diqqət və qayğıya görə bütün çaparlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin diqqət və qayğınızın nəticəsidir ki, artıq Azərbaycanda digər idman növləri ilə yanaşı, atçılığın polo növü üzrə də qızıl medallar əldə edilib. Sizin qəbulunuzda olmaq hər bir vətəndaş kimi bizim üçün də çox böyük qürur və fəxarət hissidir.

Son illər ərzində Azərbaycanda atçılıq idmanının bütün növləri üzrə mühüm işlər görülmüşdür. Yüksək səviyyədə beynəlxalq turnirlər keçirilmişdir. Mükəmməl at cinslərimiz yetişdirilmişdir. Qədim oyunlarımız Sizin sayənizdə daha da inkişaf etmişdir. Azərbaycan milli komandasının üzvü olmaq hər bir idmançı kimi bizim üçün də çox məsuliyyətli işdir. Çünki Sizin idmançılara, idmana olan etimadınızı doğrultmalıyıq.

Ölkəmizdə Avropa çempionatı keçirildi və biz bu çempionatda qalib olduq. Bu qələbəmizi Sizə və qüdrətli Azərbaycan xalqına həsr edirik. Çox sağ olun.

x x x

Qazanılan uğurda komanda üçün yaradılmış şəraitin mühüm rol oynadığını qeyd edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin QULİYEV dedi:

-Möhtərəm cənab Prezident, icazə verin, bir daha göstərdiyiniz bu ali diqqətə, qayğıya görə Sizə Azərbaycanın bütün atçılıq idmansevərləri adından dərin minnətdarlığımızı, hörmət və ehtiramımızı bildirim.

Sözsüz, göstərdiyiniz bu dəstəyin nəticəsidir ki, Azərbaycan idmançıları dünya meydanlarında, beynəlxalq yarışlarda ardıcıl olaraq yüksək nəticələr əldə edirlər. Əgər əvvəllər idmançılarımız yalnız Azərbaycan üçün ənənəvi idman növlərində nəticələr əldə edirdilərsə, bu gün artıq bu idman növləri şaxələnməkdədir və digər idman növləri üzrə də Azərbaycan idmançıları yüksək nəticələr əldə edirlər.

Azərbaycanın polo üzrə yığma komandasının Avropa çempionatında əldə etdiyi nəticə də məhz belə qələbələrdəndir. Mən çox şadam ki, biz bu qələbəni, bu yüksək nəticəni əldə etdik. İdmançımızın iftixar hissi ilə dediyi kimi, bu qələbəni Sizin rəhbərliyiniz altında qüdrətli Azərbaycana həsr etdik. Bir daha dərin minnətdarlığımızı bildiririk, cənab Prezident. Göstərdiyiniz bütün diqqətə, qayğıya görə çox sağ olun.

x x x

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olundu.

x x x

Prezident İlham Əliyev əldə olunmuş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd etdi.

Polo üzrə milli komandamızın məşqçisi Silvester QARROS Azərbaycana gəldiyi gündən Bakıda gördüklərindən məmnunluğunu ifadə etdi. O, ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışdı.

Bakıda keçirilən birinci Avropa Oyunlarına toxunan Silvester Qarros bu Oyunların möhtəşəm idman bayramı kimi təkcə Avropanın deyil, bütün dünyanın idman tarixinə ən yaddaqalan hadisə kimi düşdüyünü vurğuladı. O, polonun Azərbaycanın milli çövkən oyununa çox oxşar olduğunu və idmanın bu növünün inkişafı üçün yaradılan şəraiti və potensialı heç bir başqa ölkədə müşahidə etmədiyini bildirdi və bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev polo idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb VİDEO

Daşkənddə keçirilən konqresin iştirakçıları Muncuqlutəpə nekropolisinin metal əşyaları barədə məlumatlandırılıb

Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 44 faizə düşüb

AÇG-nin “Mərkəzi Azəri” platformasından 1,1 milyard barel neft hasil olunub

İssık-Kulda qış festivalı keçirilib

Rusiya qazının “Türk axını” ilə Avropaya nəqlinin həcmi rekord səviyyəyə çatıb

Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 109,6 faiz icra edilib

Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisi işə başlayıb

Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslər saxlanılıb

Sumqayıtda ümumi məhsul buraxılışı 1,1 faiz artıb

Əlilliyi olan şəxslər 11,3 min reabilitasiya vasitəsi ilə təmin edilib

Prezident İlham Əliyev: Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk

Qambiya Respublikasının Prezidenti Zati-aliləri cənab Adama Barrouya

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BANM-də “Hult Prize On Campus” mərhələsi keçirilib

Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirəcək

Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq müdafiə sərgisi keçirilir

Azərbaycan neftinin qiyməti artıb

Arxeoloqlar elmə məlum olmayan heyvan növünün qalıqlarını tapıblar

DİN: Ötən gün 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

“The Caspian House”- Xəzər Evi təqdim olunub

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Hamiləlik ağırlaşmasının müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

® "Baku Steel Company" QSC Azərbaycanın 50 ən iri vergi ödəyicisindən biri olaraq ixracın inkişafına görə mükafatla təltif edilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Quş qripi xəstəliyinə qarşı növbəti monitorinq keçiriləcək

Ekvadorda torpaq sürüşməsi nəticəsində bir ailənin dörd üzvü həlak olub

Mənim də həyatım sözdü, şeirdi...

İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib

Ötən gün ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub

Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar

Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 31 nəfər ölüb

Türkiyəli general: Qarabağ Zəfəri haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu

Ağcabədinin Şərəfxanlı kəndində qanunsuz tikili sökülüb

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının 4 turbini quraşdırılıb

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Yüz tələbəyə adlı təqaüd verilib

Folklorşünas alim: Yalançı çərşənbə doğruçu çərşənbələrə zəmin hazırlayır

Qazaxıstanda mədəndə çökmə nəticəsində həlak olan yeddi mədənçinin cəsədi tapılıb

Hava çirkliliyini yanacağa çevirən cihaz hazırlanıb

“Diplomatic World Sweden” saytında "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş məqalə dərc olunub

Olaf Şolts və Fridrix Merts eyni hökumətdə yer almaq istəmirlər

Görmə illüziyalarının neyrobioloji əsasları məlum olub

Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək

Qazaxıstanda şaxtanın çökməsi ilə bağlı xüsusi komissiya yaradılıb

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Azərbaycana səfərə gəlib

Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb

“HaberGlobal” telekanalı: Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar

Avrozonanın xarici ticarət balansında profisit yaranıb

ABŞ-ın Kentukki ştatında fırtınadan ölənlərin sayı 11-ə çatıb

"Qalatasaray" derbi qabağı çətin qələbə qazanıb

Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb

Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

OANA-nın növbəti Baş Assambleyasının keçiriləcəyi yer və tarix məlum olub

Misli Premyer Liqası: “Səbail” - “Sabah” oyununda qapılara qol vurulmayıb

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

BDU ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti əməkdaşlıq edəcək

Rusiya və ABŞ nümayəndələri əməkdaşlıq, Ukraynada vəziyyət və prezidentlərin görüşü məsələlərini müzakirə edəcəklər

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

Almaniya şəhərləri artan xərclər və zəif iqtisadiyyat səbəbindən çətinliklərlə üzləşib ARAŞDIRMA

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib VİDEO

Ukrayna Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib

Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub

47 dövlət qurumu nəticəəsaslı büdcə mexanizminin tətbiqi potensialının gücləndirilməsi təlimlərinə cəlb edilib

Ötən il Azərbaycanda 50 minə yaxın cütlük nikaha daxil olub

Qazaxıstan və Macarıstan “Dostluq” boru kəməri ilə neftin sınaq nəqlinə dair razılığa gəlib

AMEA-da Qazaxıstan parlamentinin deputatları ilə görüş olub

Ötən il Azərbaycanda 100 mindən çox körpə doğulub

ADPU-da magistrantların təcrübə prosesinə start verilib

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

İranın vitse-prezidenti: Xəzər regionu Asiya və Avropa dövlətləri üçün mühüm əhəmiyyət daşıyır

Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

Bu ilin yanvar ayında yük və sərnişindaşımaların həcmi artıb

® “Azercell” qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək olub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-lə tanış olublar

Şair-qəzəlxan Əliağa Vahidin 130 illiyi qeyd olunub

Ədəbiyyat Muzeyində Beynəlxalq Ana Dili Gününə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Premyer Liqa: “Kəpəz” – “Şamaxı” matçında heç-heçə qeydə alınıb

ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Xocavənd sakini: Qaradağlı faciəsi qurbanlarının qisası alınıb

Probasiya məmurları üçün silsilə təlimlərə başlanılıb

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib

Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər

Paytaxtın dörd rayonunda təbiətə 131 min manatdan çox ziyan vurulub

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görülüb

UNEC ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında memorandum imzalanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AMEA-da sinqapurlu alimlərlə görüş olub

Məktəb psixoloqları da sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır - ekspert