Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib YENİLƏNİB VİDEO

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir:

-Cənab Prezident, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” agentliyinə müsahibə verməyə razı olduğunuza görə Sizə ürəkdən təşəkkür edirəm. 2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladınız. O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?

- Bəli, Siz tamamilə haqlısınız. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir.

Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq.

Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq.

Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərin sayının artması buna əsas sübutdur. Düşünürəm ki, indi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur.

Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq.

- Bununla belə, Rusiya üçün indi müharibə dövrüdür. NATO-da bildirirlər ki, blok yaxın 5-7 il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır. Bunun üçün praktiki hazırlıq gedir. Səfərbərlik sistemi dəyişdirilib, Andrey Belousov bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bu barədə danışıb ki, 10 gün ərzində Rusiya sərhədləri yaxınlığında 100 min, 30 gün ərzində 300 min və 180 gün ərzində isə 800 min NATO əsgəri olmalıdır. NATO 2026-cı ildə Almaniyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır, Putinin NATO bunu etmədikcə Rusiyanın bunu etməyəcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq. Rusiyanın müdafiə naziri Andrey Belousov bazar ertəsi Prezidentin iştirakı ilə Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib ki, Rusiya yaxın onillikdə NATO ilə müharibəyə hazır olmalıdır. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri üçün nə deməkdir?

-Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq.

Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.

Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq.

- Rusiyada bu müharibə Ukrayna ilə müharibə kimi deyil, dünyanın yenidən qurulması uğrunda Ukrayna ərazisində Qərblə sivilizasiya döyüşü kimi qəbul edilir, çünki istənilən sülh müharibənin nəticəsidir və əlbəttə, Azərbaycan bunu çox gözəl bilir. Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?

-Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

-Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırırmı və hansı həcmdə?

-Bəli, amma deməliyəm ki, ən azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb. Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlakçı üçün işləməsidir. Bildiyimə görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz. Amma biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edirəm.

- Nikol Paşinyan KTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırır. Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir?

- Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.

-Amma bir vaxtlar elə görünürdü ki, sülh sazişi tezliklə bağlanacaq. Bəs o, niyə bağlanmır? Sözün əsl mənasında hazır vəziyyətdə dayanmışdılar.

-Bəli. Qərbdə bu iki proses nə üçünsə bir-birindən ayrıdır. Baxmayaraq, biz hesab edirik ki, bu iki proses birləşdirilməlidir. Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu halda...

-Əgər dəqiqləşdirsək, hansı maddələrdir?

-Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...

-Məhz müşahidəçilərin…

- Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.

Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq. Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq.

-Qarabağda nə qədərsə erməni qalıbmı? İndi orada vəziyyət necədir?

-Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır. Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni, hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı. Belə olan halda orada vəziyyət dəyişdi, orada qalanlar, - onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib. Məsələ məhz bundan ibarətdir. Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

-Artıq Ermənistana?

-Artıq Ermənistana. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir.

-Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edirmi? Bu barədə danışardınız.

-Bəli, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. O, bu yaxınlarda bizi ziyarət etdi, həmçinin bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu. Beləliklə, biz bu cür diqqətə görə çox minnətdarıq. Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma deyərdim ki, onların sayı çox deyil. Zənnimcə, onların sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir və bu, ilk növbədə, indi infrastruktur layihələrini, yolları, dəmiryol tunellərini, körpüləri əhatə edir, yəni bu sahədə yaxşı təcrübəsi olan çoxlu sayda Rusiya şirkəti var. Buna görə biz...

-Siz bunu alqışlayardınızmı?

-Bəli, sözsüz. Biz bunu alqışlayardıq və alqışlayırıq. Həm də kömək göstərilməsi planında, Həştərxan vilayətinin etdiyi kimi, sadəcə layihələrdə iştirak etmək baxımından. İnvestisiya layihələri var. Yeri gəlmişkən, ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda Tatarıstanın rəhbəri və mənim tərəfimdən açılmış “KamAZ” xidmət mərkəzidir. Yeri gəlmişkən, bu gün mənim də Tatarıstan rəhbəri ilə görüşüm olacaq. Tatarıstan nümayəndə heyəti Bakıdadır. Yəni, bu, ilk investisiya, daha dəqiq desək, xarici investisiyalar üzrə birinci layihənin, həmçinin Rusiyaya məxsus olmasıdır. Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq.

-Çox xoşdur. Azərbaycana atom elektrik stansiyası lazımdırmı?

-Mən bizim energetika gündəliyini sanki bir az açıqlayardım ki, tamaşaçılara bizim harada olduğumuz və nə etdiyimiz aydın olsun. Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Nəzərə alsaq ki, otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıbdır, onda bizim qaz və qaz-kondensat yataqlarımız haqqında təxminən eynisini demək olar. Yəni, 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək. Yəni, bu, sizin bizə AES-in lazım olması ilə sualınıza cavabın bir hissəsidir. İndi başqa məsələyə keçirəm, zənnimcə, bu, maraqlı olardı. Birincisi, iqtisadiyyatın daha bir sektoru nöqteyi-nəzərindən.

-Bu, bütövlükdə bir sahədir.

-Əlbəttə. Bu sahə potensial kadrlar deməkdir, bu, bizim heç vaxt malik olmadığımız tamamilə yeni kadrlardır. İkincisi, hər halda bu, dünyada mövcud olan tendensiyadır və ondan geri qalmaq istəmirik. Ona görə də artıq mənim tərəfimdən tapşırıq verilib ki, elmi təcrübəli strukturların, elmi məqsədlərlə kiçik reaktorların imkanları öyrənilsin ki, bunun məhz bu nöqteyi-nəzərdən bizə nə verəcəyini görə bilək.

Bunun çox bahalı iş olduğunu, günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirildiyini, dövlətin heç bir sərmayə qoymadığını, sadəcə, belə bir potensiala malik olacağını nəzərə alaraq, əlbəttə, biz bu sahəyə daha çox investisiya layihələrində maraqlı idik. Əgər hər hansı bir ölkədən hansısa şirkət maraq göstərərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Çünki indi, elə bu günlərdə, yaxın vaxtlarda, yəqin ki, həftələrdə və ya bir-iki ayda buradan, Azərbaycandan Qara dənizin dibi ilə enerji kabellərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq. Ona görə də onlara təmiz yaşıl enerji mənbələri lazım olacaq. Yəni, bu, yaxşı aparıcı qüvvə ola bilər. Həmçinin Azərbaycanda elektrik enerjisinin daxili qiymətləri elədir ki, bu sektora investisiyalar və şirkətlər üçün istehlakçılara elektrik enerjisinin satışı kommersiya nöqteyi-nəzərindən tamamilə məqbuldur. Bu baxımdan mən bir növ sizin sualınıza cavab verməyə çalışdım. Bu, “hə” və ya “yox” demək deyil. Bu, daha çox “hə”dir, amma ... Bundan sonra bizim bir növ ev tapşırığımız başlayır.

-Bu yaxınlarda Azərbaycan nəhəng iqlim sammitinə ev sahibliyi etdi. Hansı çətinliklərlə üzləşməli oldunuz və bu sammitin əsas nəticələri nədən ibarətdir?

-Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Mən açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, - o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, - onda bu, normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton neft hasil edən ölkənin, - mən ABŞ-ı nəzərdə tuturam, - bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar.

-Otuz?

-Bəli. Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin qonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edirsə və bizi “petrostate” adlandırırsa, bu ədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”. Bax, bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər.

Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik. Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-da bu, 12, Avropa İttifaqında daha çoxdur...

-Həm də bunu azaldırlar.

-Bəli, azaldırlar.

-Onu dəfələrlə azaldırlar. Bu, ayrıca mövzudur.

-Mən, sadəcə, rəsmi rəqəmləri göstərirəm. Ona görə də biz bütün diplomatik təcrübəmizi işə saldıq, ilk növbədə, Qoşulmama Hərəkatında sədrlik təcrübəmizi. Hər halda orada 120 ölkə var. İslam Əməkdaşlıq Təşkilatında fəal üzvlük də körpülər qurmağa və nəticə əldə etməyə kömək edir. Bu, asan olmadı. Amma hər halda biz bu konfransı təsadüfən “Bakı dönüşü” adlandırmırıq, çünki Paris Sazişinin 6-cı maddəsini razılaşdırmaq mümkün oldu. O, 2015-ci ildən müzakirə olunurdu. Yəni, təxminən 10 il karbon bazarları məsələsi razılaşdırılmamışdı. Biz burada - Bakıda buna nail olduq və o, artıq fəaliyyət göstərəcək. Bu, ölkələrə kvotaları satmağa və bununla da qlobal emissiyanı arzuolunan həddə saxlamağa cəhd göstərməyə imkan verəcək. Bəzilərinin uğursuz adlandırdıqları ikinci bənd üzrə, - amma mən hesab edirəm ki, bu, uğurdur, - biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik. Bu məbləğ 300 milyard dollardır. Məqsəd trilyon idi. Amma aydın idi ki, trilyonu verməyə hazır deyillər. Lakin onu nəzərə alsaq ki, bundan əvvəlki razılaşdırılmış rəqəm 100 milyard idi, burada isə 300 oldu, bunu uğursuzluq adlandırmağa dilim gəlmir. Başqa məsələlər də var idi. Orada Azərbaycan tərəfindən 14 təşəbbüs irəli sürüldü. Ölkələrin mütləq əksəriyyəti bu təşəbbüslərə qoşuldu, Fransa və Lüksemburq kimi dövlətlər istisna olmaqla. Fransa ilə bağlı məsələ aydındır. Lüksemburqun Fransanın ardınca getməsi yəqin ki, məlumdur. Bax, bu konfransı mən təxminən belə xarakterizə edərdim. Əlbəttə ki, 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı. Həm də bu, boykot cəhdlərinin fonunda oldu. Bu, bir növ ölkənin təqdimatı idi.

- Sözsüz ki, Azərbaycanı bu münasibətlə təbrik etmək olar.

-Sağ olun.

-Siz özünüz Fransanı misal çəkdiniz və Azərbaycana qarşı feyk xəbər hücumlarını. Fransa prezidenti hətta BMT-nin Baş Assambleyasında Azərbaycana qarşı hücumlar etdi. Buna cavab olaraq Siz Fransanın dənizaşırı ərazilərini, onların əsl neokolonializmlə üzləşdiyini xatırlatdınız. Onda artıq məsələyə Cozef Borrel qarışdı və Azərbaycana hücum etdi. Məgər Avropanı tənqid etmək olmaz? Bu, nə məsələdir? Ümumilikdə nə baş verir?

- Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb. Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.

-Qardaşlaşmış?

-Bəli, əlbəttə. Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi. 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər.

Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necəsə bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərindən nüfuz etdiyimiz, fransız kolonializminin iyrənc simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladıqları, - həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, - vaxtda, əslində, biz görürük ki, uzun illər ərzində dünya ictimaiyyətindən nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəmirdi. Heç kim başının ağrımasını istəmirdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fazasına daxil olduqda əvvəlcə bizə mesajlar gəlirdi ki, “unutmayın, biz böyük ölkəyik”.

- Bəs nəyi gizlədirdilər? Siz xatırlatdınız ki, nəyisə gizlədirdilər. Bu, nədən ibarətdir?

- Necə yəni nəyi? Təbii ehtiyatların amansız istismarını.

-Siz Yeni Kaledoniyanı nəzərdə tutursunuz?

-Təkcə onu deyil. Zənnimcə, orada Yeni Kaledoniya kimi 13, yaxud 15 ölkə var. Elə bu yaxınlarda onların birində - Mayot adasında sunami baş verdi. Dünən “Euronews” xəbər verirdi: Mayot adası əhalisinin 75 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Evlərin 30 və ya 40 faizi yararsızdır. Bu ərazi hüquqi olaraq Fransaya məxsusdur. Hərçənd bu, Qəmər Adalarının bir hissəsidir. Bu, Qəmər dövlətinin adalarından biridir. Fransa onu qanunsuz olaraq saxlayır və hansı hüquqi əsasla?

Onlar Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirdilər, 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər. Həm də xalq etirazlarının liderlərini Fransaya apardılar, həbsxanalarda saxlayırlar. Yəni, bu, Makronun diktaturasıdır. Bu, Makron rejimidir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismində öz “zəncirli köpəkləri”ni üzərimə salırlar. Yəni, biz yenidən, - mən Azərbaycan ictimaiyyətini nəzərdə tuturam, - bu məsələni cavab qismində gündəlikdə saxlamağa başlayandan sonra indi vəziyyət daha ciddi olub. Təbii ki, biz hüquqları olmayan bu xalqlara ürəkağrısı ilə yanaşırıq. Avropanın mərkəzində - Korsikada onlar Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları “günah keçisi” edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın? Əvvəllər sovet dövründə deyildiyi kimi, “özünütənqiddən başlamaq lazımdır”. Baxın, “Moody`s” Fransanın reytinqini aydan-aya aşağı salır. Artıq “Triple-A”ya çatıb, orada kiçik “A” mövcuddur. Çox kiçik, güclə görünən.

-Orada xarici borc həddən artıq yüksəkdir.

-Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar.

-Hazırda Gürcüstanda baş verənləri Siz necə qiymətləndirərdiniz?

- Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin.

Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir.

-Bu, Azərbaycanın milli maraqlarına uyğundurmu?

-Bəli, təbii ki. İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil.

-O, Rusiyada qadağan olunub.

-Bizdə hələ qadağan edilməyib, amma zənnimcə, Tramp onu qadağan edə bilər.

-Rusiyada onu özümüz qadağan etdik.

-Siz qadağan etdiniz və doğru iş gördünüz. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün.

Beləliklə, Gürcüstan məsələsinə qayıdarkən deməliyəm ki, o, göründüyündən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür. Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq.

Yeri gəlmişkən, Borrel haqqında danışdıq, mən ona məhəl qoymadım. Bunun ardınca ona hələ bir-iki siqnal göndərmək istəyirəm. Hərçənd mən COP-da çıxışlarımın birində bu barədə danışmışam, hətta Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib.

Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib.

-Azərbaycan Qafqazın ən rusdilli ölkəsi sayılır. Puşkin adına Rus Dili İnstitutunun tədqiqatları da bunu təsdiq edir. Rus dili sizin üçün xüsusi qayğı predmetidir. Siz buna necə nail olursunuz və bu, Azərbaycana nə verir?

- Çox asan. Çünki ona ictimaiyyət tərəfindən tələbat var və heç vaxt hər hansı məhdudiyyət olmayıb. Hər halda mənim atamın dövründə və mənim dövrümdə olmayıb və olmayacaq. Əksinə, biz hər vəchlə çalışırıq ki, insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var, o, yaşayır, necə deyərlər, özünü yaxşı hiss edir. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir. Dili yaxşı bilmək sənə həm ədəbiyyata, həm də hər hansı elmi əsərlərə tam nüfuz etmək imkanı verir. Axı, bizim alimlərimiz, məsələn, bir çox informasiyanı Rusiya mənbələrindən alırlar. Bu, insanlarımıza təkcə rusiyalı dostları və həmkarları ilə deyil, həm də digər MDB ölkələrində olanlarla ünsiyyət qurmağa imkan verir. Yəni, bu ünsiyyət rus dili vasitəsilə aparılır. Bizdə bütün MDB ölkələri ilə, mən prezidentlərlə rus dilində danışırıq. Komandalarımız rus dilində ünsiyyət qurur. Biz görüşlər zamanı rusca danışırıq. Yəni, rus dili bunları verir. Əlbəttə ki, bu, Azərbaycanda rus icması üçün daha bir rahatlıq amilidir. Bu, ölkələrimiz arasında müsbət dövlətlərarası münasibətlərin amillərindən biridir. Bu onu göstərir ki, yenə danışdığımıza qayıdaraq demək istəyirəm: rus dilinə bu cür münasibət Azərbaycan dilinə, bizim kimliyimizə, mədəniyyətimizə heç bir zərər vermir. Qətiyyən. Əksinə, bu, dost ab-havası yaradır. Təsadüfi deyil ki, biz təkcə bu sahədə deyil, həm də dinlərarası qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənirik. Bakının Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır. Zənnimcə, bizim siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasi motivlər üzrə sıxışdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.

-Siz, həmçinin demişdiniz ki, Rusiyada məqsədli təxribatçı fəaliyyətə yönəlmiş emiqrant yuvasına Azərbaycanda imkan verməyəcəksiniz. Bu, belə də oldu. Bunun üçün səylər tələb olundu?

- Xeyr, mənim deməyim kifayət idi. Mənə qulaq asdılar və qonşuluqdakı başqa bir istiqaməti seçdilər.

-İlham Heydəroğlu, qarşıdan gələn ildə rusiyalılara qısaca nə arzu edərdiniz?

- İlk ağlıma gələn, əlbəttə, sülhdür, 2025-ci ildə müharibə başa çatsın, insanlar evlərinə qayıtsınlar və sülh şəraitində yaşasınlar. Əlbəttə, bir-birini başa düşməyi öyrənsinlər. Təbii ki, Rusiyaya qarşı belə sanksiya siyasətini nəzərə alaraq, rəhbərliyə öz gücünə, qətiyyətinə inam arzulayıram, Prezidentin komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi diləyirəm. Çünki aydındır ki, bütün bunlar fəsadsız ötüşməyəcək. Rusiya cəmiyyəti hər hansı bir cəmiyyət kimi ağır dövrdə birləşir və biz Rusiyada bu konsolidasiyanı görürük. Arzu edirəm ki, belə də davam etsin.

Suallardan birinə cavab verərkən artıq qismən toxunduğum daha bir məqamı qeyd etmək istərdim: ölkələrimizi, xalqlarımızı və rəhbərliklərimizi daha çox birləşdirən nədir? Bu, öz milli köklərinə və ənənəvi dəyərlərinə sadiqlikdir. Bu gün bu, demək olar ki, bəzi regionlarda çox nadir haldır. Gah xarici idarəçilik, gah tam mənəvi deqradasiya, yaxud onların biri digəri ilə birlikdə. Yəni, bu, bizi sərfəli şəkildə fərqləndirir. Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu biz edəcəyik. Mütləq. Yoxsa biz azlıqda qalacağıq. Biz isə azlıqda qala bilmərik.

Əlbəttə, Yeni ildə bütün rusiyalılara xoşbəxtlik, əmin-amanlıq arzulayıram.

-İlham Heydəroğlu, bu ətraflı müsahibə üçün çox sağ olun.

-Siz də sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib  YENİLƏNİB VİDEO

Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib

Əziz Səncərin elmi kəşfləri müasir biologiyanın və tibbin inkişafında mühüm rol oynayır

Aİ Ukraynanın “Patriot” sistemləri üçün zəruri məhsullar almasına imkan yaradıb

Ağdamda görkəmli alim, akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO

Gürcüstanlı din xadimi: Şuşaya səfər mənə zəngin təəssürat bəxş etdi

Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir VİDEO

Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir VİDEO

“Bəşəriyyət üçün ekzistensial risk”: BMT qabaqcıl süni intellektlə bağlı xəbərdarlıq edib

Tubuxanım Qasımzadə: “AMEA-nın Əziz Səncər döş nişanı” ilə təltif olunmağım mənim üçün böyük şərəfdir

Mingəçevirdə Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi başlayıb

Tehranda metro stansiyalarının sığınacaq kimi hazırlanması nəzərdə tutulur

Balaxanıda obyektdə baş verən yanğın tam söndürülüb YENİLƏNİB VİDEO

Balaxanıda obyektdə baş verən yanğın tam söndürülüb YENİLƏNİB VİDEO

Fransa iqtisadiyyatı: OFCE 2026-2027-ci illər üçün narahatedici mənzərə açıqlayıb

Fuad Muradov: Azərbaycanın diaspor sahəsindəki müstəqil siyasəti öz bəhrəsini verir

Xocalıda yaradılan yeni iş yerlərində təhlükəsiz əmək şəraiti diqqət mərkəzindədir REPORTAJ VİDEO

Xocalıda yaradılan yeni iş yerlərində təhlükəsiz əmək şəraiti diqqət mərkəzindədir REPORTAJ VİDEO

Sudanda PUA hücumu nəticəsində 13 nəfər ölüb

Akademik: Əziz Səncər elmi əməkdaşlığa xüsusi diqqət göstərir

Zelenski və Tramp arasında görüşə dair razılıq əldə edilib

Cihangir İşbilir: Əziz Səncər Türk dünyasının qürur mənbəyidir

Britaniya hava limanlarında texniki nasazlıq: Yüzlərlə reys gecikir

Rumıniyada PUA təhlükəsi elan edilib, F-18 qırıcıları havaya qaldırılıb

Bu saata olan əsas xəbərlər

İsrail Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlayacağını açıqlayıb

Elgün Səmədov: Əziz Səncərin uğuru fundamental elmin müasir təbabətə necə çevrilə biləcəyinin nümunəsidir

İraqlı din xadimi: Şuşada məscidlərin gözəl şəkildə bərpa edildiyini gördük VİDEO

İraqlı din xadimi: Şuşada məscidlərin gözəl şəkildə bərpa edildiyini gördük VİDEO

Musa Quliyev: Əziz Səncərin elmi irsi Türk dünyasının gənc alimləri üçün örnəkdir

Akademik İradə Hüseynova: Əziz Səncərin həyat yolu elmə sədaqətin və zəhmətin nümunəsidir

Böyük Britaniya İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə sanksiyalar tətbiq edir

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

AHİK rəsmisi: Yeni iş yerlərində təhlükəsiz əmək vacibdir VİDEO

AHİK rəsmisi: Yeni iş yerlərində təhlükəsiz əmək vacibdir VİDEO

Əziz Səncər: Türk dünyasının qarşısında yeni vəzifələr dayanır

Rizvan Təhməzov: Xocalı filialında işçi sayının 200 nəfərə çatdırılması planlaşdırılır VİDEO

Rizvan Təhməzov: Xocalı filialında işçi sayının 200 nəfərə çatdırılması planlaşdırılır VİDEO

Teatr solisti: İnsanların qəlbinə yalnız incəsənət vasitəsilə yol tapmaq olar

Novator-memar: Şəhidin adını daşa yazmaq xatirəni əbədiləşdirmək deyil, tarixi irsi zədələməkdir

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB VİDEO

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB VİDEO

İstehsalat rəhbəri: Əsas məqsədlərdən biri Qarabağa köçən sakinlərin işlə təmin olunmasıdır VİDEO

İstehsalat rəhbəri: Əsas məqsədlərdən biri Qarabağa köçən sakinlərin işlə təmin olunmasıdır VİDEO

Dosent Elşən Bağırzadə: Professor Əziz Səncər Türk dünyasında elmin təşviqinə xüsusi önəm verir

Mürsəl Rüstəmov: Qarabağda sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir VİDEO

Mürsəl Rüstəmov: Qarabağda sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” 2008-ci il 13 iyun tarixli 136 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2017-ci il 14 noyabr tarixli 490 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında” 2020-ci il 8 avqust tarixli 286 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 350-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində şəhərlərin iqlim fəaliyyətində rolu müzakirə olunub

“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 352-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cüdo üzrə Avropa çempionu Bakıda azarkeşlərlə görüşüb

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kinoşünas: Klassik filmlərimiz milli-mənəvi sərvət kimi qorunmalıdır

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 356-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Əziz Səncər: Türk dünyasının gələcəyi elm və texnologiyadan keçir

Azərbaycan-Türkiyə parlamentləri arasında iqlim və energetika sahəsində əməkdaşlıq diqqət mərkəzində olub

Gədəbəydə vətəndaşların müraciətləri dinləniləcək

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Sudanda səhiyyə sisteminin çökmək təhlükəsi ilə üzləşdiyi açıqlanıb

Yağışlı Bakıdan FOTOLAR

Tbilisidə Orta Dəhliz və regional əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və “Huawei Technology” arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib

Ekspert: Payız mövsümü turizm sektoru üçün həm keçid, həm də strateji planlaşdırma dövrüdür

Almaniyada elektrik şəbəkəsinə qarşı təxribatlar törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan və Gürcüstan arasında nəqliyyat-logistika infrastrukturu üzrə əməkdaşlıq genişləndirilir

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

UNEC-in dosenti: Professor Əziz Səncər Türk dünyası ölkələrinin gənclərinə dəstək göstərir

Andriy Maksimoviç: Azərbaycan Orta Dəhliz üzərində əvəzolunmaz qovşaqlardandır

ASF: Aqrar sığorta ödənişlərinin 86 faizindən çoxu təbii fəlakət riskləri ilə bağlı olub

İsa Həbibbəyli: Əziz Səncər Türk dünyasının və dünya elminin fəxri olan görkəmli alimdir

Ekspert: Yeni subsidiya mexanizmləri istehsal və emal sənayesi arasında əlaqələri gücləndirəcək

® “Expressbank” Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

Dmitro Şlapaçenko: Azərbaycanın milli koordinator təcrübəsi digər ölkələr üçün faydalı ola bilər

Politoloq: Şuşanın dağı-daşı canlı tarixidir

Dmitro Şlapaçenko: İqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq vacibdir

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

® “PAŞA Real Estate” Formula 1 “Qatar Airways Azerbaijan Grand Prix 2026”nın tərəfdaşı oldu VİDEO

® “PAŞA Real Estate” Formula 1 “Qatar Airways Azerbaijan Grand Prix 2026”nın tərəfdaşı oldu VİDEO

Gələn ilin birinci yarısında Azərbaycan-Əlcəzair Birgə Komissiyasının ilk iclası keçiriləcək

Naxçıvanda məhsul istehsalında 22 faiz artım qeydə alınıb VİDEO

Naxçıvanda məhsul istehsalında 22 faiz artım qeydə alınıb VİDEO

Şəhidlərin adının əbədiləşdirilməsi peşəkar estetik yanaşma və hüquqi məsuliyyət tələb edir RƏY

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

"Neftçi" heyətini kanadalı basketbolçu ilə gücləndirib

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb VİDEO

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb VİDEO

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“...Südsüz qaldıq”: Səməd Vurğunun oğlunun yaddaşında qalan xeyirxahlıq hekayəsi

Fuad Muradov: Azərbaycan diasporla iş sahəsində İƏT ölkələri ilə sıx əməkdaşlığın tərəfdarıdır

Asiya İnkişaf Bankı Xəzər, Qara dəniz və CAREC regionunda limanlara gələcək investisiyaları dəstəkləyəcək

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

Yardımlıda rəqəmsal mühitdə narkotik risklərinə qarşı maarifləndirmə aksiyası təşkil olunub

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

AFFA gənclər liqalarında oyun formatları müzakirə olunub

Qazaxıstanda latın qrafikasına keçidin müddəti hələ müəyyən edilməyib

Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində yeni tədris ili başlayıb

BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO