Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB VİDEO

Şuşa, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına ev-muzeyində yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu.

Bildirildi ki, Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılıb. Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edib. Ərazidə mövcud divar daşlarının sökülərək ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilib.

Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Mədəniyyət ocağının birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, məlumat və digər müxtəlif eksponatlar yer alıb. Bu mərtəbədəki ikinci otaqda Ü.Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsili, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və məqalələri nümayiş olunur. Burada divarboyu “Sənsiz” romansından notların əks olunduğu fraqment də yer alıb.

İkinci mərtəbədə bəstəkarın tamaşaya qoyulan əsərlərinin ilk premyeralarının afişa və proqramları, eləcə də tələbələrini, səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada divarboyu “Koroğlu” operasından notların əks olunduğu fraqment yer alıb.

Ev-muzeyində Üzeyir Hacıbəylinin səhnələşdirilən əsərlərindəki obrazlar üçün çəkilən eskizlər, əsərlərinin proqram və afişalarının kollajından ibarət divar da dizayn edilib. Həmin bölmədə bəstəkarın həyatı, fəaliyyəti, onun əsərləri əsasında lentə alınan filmlərdən kadrlar nümayiş olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB VİDEO

“Qarabağ”ın hücumçusu U-21 millisinə dəvət alıb

Dünya birjalarında neft ucuzlaşıb

Britaniya Baş nazirinin aparat rəhbəri istefa verib

Bir gündə Britaniyaya 973 miqrant qayıqla keçib

DİN: Son iki gündə 57 cinayətin üstü açılıb

Çinin Honkonq Kore Akademiyasının nümayəndələri Ulu Öndərin məzarını ziyarət ediblər

Kuba BRICS ilə tərəfdaş statusu almaq üçün müraciət edib

Bu gündən “Nobel həftəsi” başlayır

Husilər ötən ilin noyabrından bəri 190-dan çox gəmiyə hücum ediblər

Diplomatımız Azərbaycana qarşı qərəzli iddialara cavab verib

Media: Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir

BMT Cənubi Avropada səhra təhlükəsi barədə xəbərdarlıq edib

ÜST: Afrikada meymunçiçəyi virusuna 35 mindən çox şəxs yoluxub

“Forbes”: Sinqapurun Baş naziri dünyada ən çox maaş alan ölkə lideridir

Alimlər Atlantik okeanının dibində nəhəng asteroid krateri aşkarlayıblar

Pakistan hava limanı yaxınlığında partlayış baş verib

La Liqa: “Atletiko Madrid” səfərdə xal itirib

Niderland Ukraynaya F-16 qırıcılarının ilk partiyasını verdiyini açıqlayıb

Qazaxıstanda AES referendumu: Exit-pollar əhalinin dəstəyini göstərir

İlon Mask: Kamala Harris qalib gələrsə, ABŞ-ın sonu olacaq

Erhan Ufak: Qarabağ savaşından bəhs edən filmin çəkilməsi nəzərdə tutulub

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

Rövşən Abdullaoğlu: Biz istər müsbət, istərsə də mənfi tərəflərimizi bir kitaba borcluyuq

Superliqa: “Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib

Premyer Liqa: “Çelsi” heç-heçə edib, “Tottenhem” məğlub olub

Misli Premyer Liqası: “Qarabağ” turun son oyununda “Sumqayıt”ı məğlub edib

MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Qazaxıstanda AES ilə bağlı referendumda ilkin iştirak göstəriciləri açıqlanıb

“Kür” və “Azəryol” komandaları avrokuboklarla vidalaşıb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib

İtaliyada “Boeing” üçün hissələr istehsal edən iki şirkətdə araşdırmalar aparılıb

Əməkdar rəssam Rza Avşarın yaradıcılıq sərgisi açılıb

Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib

Taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

Belqradda keçiriləcək “Expo 2027” sərgisinin loqosu olan təyyarə təqdim edilib

Tarik Slaiki: Azərbaycanda olmaq bizim üçün böyük və xüsusi məna daşıyır

Kür çayında batan Kəlbəcər sakininin meyiti tapılıb

Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq

X Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirilib

Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib

Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub

Avropa Kuboku: “Qarabağ” növbəti mərhələyə yüksəlib

Məsqət Beynəlxalq Kitab Sərgisinin rəhbəri AZƏRTAC-ın stendini ziyarət edib

Göyçayda şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirilib

Aktotı Raimkulova: Türk müəlliflərinin əsərlərinin başqa dillərə tərcüməsi mühüm təbliğat vasitələrindən biridir

Ceyhun Məmmədov: Bu cür sərgilərin keçirilməsi mütaliəyə olan marağın artırılmasına böyük töhfədir

İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biridir VİDEO

Bosniya və Herseqovinada yerli seçkilər keçirilir

Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib

Naxçıvanda növbəti “tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib

Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub

Romada Fələstinə dəstək yürüşü iğtişaşlarla nəticələnib

Yazıçı Elxan Elatlının “Ölümsüz qətl” romanının təqdimatı olub

DİM: Peşə tanınması üzrə imtahanda 149 nəfər uğur qazanıb

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı təşkil edilib

X Bakı Beynəlxalq Kitab Sərgisində “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edir

Qətər Dövlətinin Mədəniyyət Nazirliyinin nümayəndəsi AZƏRTAC-ın stendini ziyarət edib

Kiyevə kütləvi hava hücumu olub və 12 saat davam edib

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

Vətən müharibəsinin xronikası: 6 oktyabr VİDEO

Gəncə teatrı beynəlxalq festivalda təmsil olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

AMEA prezidenti: Honkonq Kore Akademiyası ilə əməkdaşlıq üçün geniş imkanlar var

Naxçıvanda “İqlim dəyişikliklərinin sağlamlığa təsiri” mövzusunda konfrans keçirilib

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir VİDEO

Tokayev: Beynəlxalq konsorsium Qazaxıstanda AES-in tikintisi ilə məşğul ola bilər

Qazaxıstanda referendum keçirilir

Buzovnada ata və oğul üç nəfəri bıçaqlayıb

Qladiatorların qida rasionunda ağac külü də yer alıb

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

La-Manş boğazını keçməyə çalışan dörd miqrant həyatını itirib

İki isveçli Danimarkada terror cinayətlərində şübhəli bilinir

Lənkəranda qəza baş verib, ölən və xəsarət alanlar var

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verirlər

Taksi sürücüləri üçün növbəti imtahan keçirilir

Bu gün 2200-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanı verəcək

İsveç həbsxanalarında ən çox maraq doğuran kitablar məlum olub

Sankt-Peterburqda Azərbaycanın Əməkdar artistinin konserti keçirilib

Seneqal məktəblərində fransız dili yerli dillərlə əvəzlənir

250-dən çox britaniyalı Livandan təxliyə olunub

Givi Mikanadze: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması məsələsini bütün görüşlərdə qabardırıq

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verilməlidir

Bilyana Pantik Pilya: AŞPA monoloq əvəzinə konstruktiv dialoqa üstünlük verməlidir

Qobustan Milli Tarix-Bədii Qoruğu Qazaxıstanın Tanbalı Muzey-Qoruğu ilə birgə seminar keçirib

İnterpolun rəisi: Ölkələr mafiyaya qarşı mübarizədə məğlub olur

Cənubi Koreya ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərcləri 8,3 faiz artıracaq

Avropa Kuboku: "Kür" komandası Yunanıstan təmsilçisinə məğlub olub

Naxçıvanda payızlıq taxıl əkinlərinə başlanılıb

Azərbaycan XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb

Londonda keçirilən etiraz aksiyalarında 15 nəfər saxlanılıb

Misli Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib

XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub

Dünyaşöhrətli alman yazıçısı: Şadam ki, yeni kitabım indi Azərbaycanda təqdim olunur

Azərbaycan xarici işlər nazirinin müavini Ankarada siyasi məsləhətləşmələrdə iştirak edib

Cəbrayılda təməli qoyulan fabrikdə ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək VİDEO

Avropa Kuboku: "Azəryol" Ukrayna klubuna məğlub olub

Bakıda "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" layihəsinə start verilib