SİYASƏT
Prezident İlham Əliyev: Şuşanın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyənin müştərək şanlı tarixidir

Bakı, 20 oktyabr, AZƏRTAC
Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi və Azərbaycan bayrağı qaldırıldı. Bundan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.
“İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı”, - deyə dövlətimizin başçısı qeyd edib.