Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.

Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm.

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.

Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür.

Bu gün, eyni zamanda, Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.

Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar. Vaxt məhdudluğunu nəzərə alaraq digər məsələləri biz geniş formatda bu gün müzakirə edəcəyik. Bir şeyi də deyə bilərəm ki, Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Sizin hökumətinizə fəaliyyətində yeni uğurlar arzulayırıq. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış etdi.

Baş nazir İrakli Kobaxidzenin
bəyanatı

-Cənab Prezident, təşəkkür edirəm. Çox səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, bizim partiyamızın qələbəsi ilə bağlı təbriklərə görə də təşəkkür edirəm. Bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur.

Bildiyiniz kimi, bu gün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi. İclas olduqca səmərəli oldu və mən azərbaycanlı həmkarlarıma iclasın yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edirəm. Onu da deyə bilərəm ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır.

Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm.

Bizim təkbətək görüşümüzdə ikitərəfli münasibətlərimizin maraqlı müzakirəsi oldu. Biz regionda cərəyan edən prosesləri və qlobal hadisələri müzakirə etdik. Əlbəttə, bütün bu proseslərin bizim ölkələrə təsiri var, bu, bizim siyasi mövqeyimizə də təsir edir. Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq.

Eyni zamanda, bizim münasibətlərin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.

Cənab Prezident, Siz bağlantı layihələrini qeyd etdiniz. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq.

İqtisadi-ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.

Mən mühüm dəstəyə və tərəfdaşlığa görə azərbaycanlı dostlara və həmkarlara, şəxsən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz cənab İlham Əliyevin cari ildə Gürcüstana səfərini gözləyirik və ümid edirəm ki, bu il biz həmin şərəfə nail olacağıq.

Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

İrakli Zarkua: İsveç və Danimarka marjinal qrupları maliyyələşdirən adi ölkələrdir

Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib

ADY və FHN növbəti birgə təlim keçirib

“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib

DİM sürücülər üçün növbəti imtahan keçirəcək

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Millinin baş məşqçisi: İnkişaf Kubokunda məqsədimiz maksimum dərəcədə uğurlu çıxış etməkdir

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 20 milyard avro ayrılacağını açıqlayıb

Maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub

Naxçıvan idmançıları ötən il ölkə və beynəlxalq səviyyəli yarışlarda 201 medal qazanıblar

İtaliyada 75-ci “Sanremo” musiqi festivalı başlayır

® “AccessBank” tender elan edir

Zahid Xəlil: Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Qanunsuz zəbt edilmiş ərazilərdə hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN

Qazaxıstanda atom energetikası, İT və PUA konstruksiyası üzrə mütəxəssislər hazırlanacaq

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında ƏSASNAMƏ

Avropa çempionatı: Azərbaycan badminton millisinin qrup oyunlarının təqvimi açıqlanıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın yeniyetmə taekvondoçusu Türkiyədəki turnirdə gümüş medal qazanıb

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ÜST uşaqlarda onkoloji xəstəliklərin yeni ödənişsiz müalicə proqramına start verir

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Parisdə əlillər etiraz nümayişi keçiriblər

Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində

® “Google” əməkdaşı məktəblilərimizə master-klas keçib

“Best Beef” əmtəə nişanlı sosis məhsulu və kolbasanın tərkibində etiketində bəyan edilməyən donuz əti DNT-si aşkarlanıb

DYP: Meteohəssas insanlarda narahatlıq sürücülük qabiliyyətinə təsir göstərir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilməyi hədəfləyir

Pyerluici Kollina penalti zərbəsi ilə bağlı maraqlı təklif irəli sürüb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

İİTKM: Azərbaycanın iqtisadi artım tempi investisiyaların cəlb edilməsinə imkanlar yaradır

Ermənistan hakimiyyəti revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır - ŞƏRH

Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər

® Azərbaycan Cüdo Federasiyası yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Zamanla Qarabağ mətbəxinin fərqli xüsusiyyətləri formalaşıb

Türkiyənin naziri: Türkmənistan qazının ölkəyə tədarükü martın 1-dən başlayacaq

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb

BMU-da Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

Səfir: Britaniya Trampın mandatına hörmət etməlidir

Qəbələdə çaydan qadın meyiti tapılıb

İstanbulda saxta xərçəng dərmanı istehsal edən qrup zərərsizləşdirilib

Avropada qazın qiyməti son iki ilin maksimumuna çatıb

Maskın başçılıq etdiyi konsorsium “Open AI” üzərində nəzarətə görə 97 milyard dollar təklif edib

“Batareyaları təhvil ver, təbiəti qoru”: 100 kiloqram işlənmiş batareya toplandı

Qarabağın toy adətləri: Zamanın süzgəcindən keçən ənənələr

“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb

Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb

Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir

Aİ ölkələrində qazın bahalaşması yay aylarında 3 milyard avro zərərlə nəticələnə bilər

Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir

“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub

Fransızların 60 faizi maaşlarından narazıdır - SORĞU

Dələduzluq edənlər saxlanılıblar

Bakıdan başlanan uğur hekayəsi: Esmira Məmmədovanın unikal sənəti

Dünyada vəbaya yoluxma halları kəskin artıb

İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub

Vinisius Junior mövsümün sonunda “Real Madrid”i tərk edə bilər

“Qobu” ES-də 6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Çinin elektromobil nəhəngindən sürücülərə əlverişli təklif

BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciət qəbulu başlayıb

Qarabağ Universiteti tələbələrinin imtahan təəssüratları

Santorini adasında 12 800 yeraltı təkan qeydə alınıb

FIFA agenti: Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış addımdır

Rəqəmsal İnkişaf Konsepsiyasının müddəalarının icrası çərçivəsində müzakirə aparılıb

“Elm” nəşriyyatının 100 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Lənkəranda avtomobil kanala aşıb

“Azerbaijan Journal of Physiology” jurnalı beynəlxalq indekslənmə bazasına daxil edilib

Elmdə qadın və qızların rolu müzakirə olunub

PKK tərəfindən İstanbul bələdiyyələrinə sızdırılan on şübhəli şəxs saxlanılıb

“Qarabağ geyimləri xalqımızın kimliyini və estetik dünyagörüşünü yaşadan dəyərli irsdir” - MÜSAHİBƏ

Sabah hava əsasən yağmursuz keçəcək

AMB “Tiko Azərbaycan”a lisenziya verib

Bugünkü hərracda tələb 56,8 milyon dollar təşkil edib

AZSTAND SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”ni sertifikatlaşdırıb

“Kapitan Şahid Həbibullayev” kitabı nəşr olunub

Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar VİDEO

Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın tədbirlər planı hazırlanır

Masallıda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Tibbi tullantıların idarə olunması sahəsində məlumatlılıq artırılır

Alimlər Vezuvi vulkanında karbonlaşmış perqament yazılarını AI vasitəsilə deşifrə ediblər

Naxçıvan Dövlət Milli Dram Teatrı Bakı səhnəsində çıxış edib

Türkiyə Prezidentinin fevralın 12-dən Pakistana ikigünlük səfəri başlayacaq

Şəmkir rayonunda tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

Frank De Bleker “Sabah” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodları şərh edib

Karlo Ançelotti hələ də Braziliya millisinin baş məşqçisi postuna əsas namizəd hesab olunur

USAID-in Azərbaycandakı fəaliyyəti ölkəmizin uğurlarına kölgə salmağa hədəflənmişdi - ŞƏRH

Şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi elan edilir

Polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb VİDEO

Tədqiqatçılar: Kosmik tullantıların Yerin atmosferinə düşməsi riski mülki aviasiyaya təhlükə yarada bilər

Fevralın 28-də ilin ikinci planetlərin böyük paradı müşahidə olunacaq

AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə edilib