Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Ağdam, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.

Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.

Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.

Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.

Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı
 

-Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə - daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.

Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.

Əlbəttə, həyat yerində durmur. Son 22 il ərzində dünyada və ölkəmizdə bir çox hadisələr baş vermişdir. Ancaq strateji xətt Ulu Öndər tərəfindən müəyyən edildi və biz o xətdən bir addım kənara atmadıq. Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür.

Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız.

İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.

Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur.

Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar. O gündən iki il sonra Vətən müharibəsi başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi.

Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.

Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.

Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün nailiyyətlər və gələcək nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq.

Yaşasın Ağdam, yaşasın Azərbaycan!

x x x

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.

X X X

Konsertdən sonra dövlətimizin başçısı və birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə söhbət etdilər.

Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva: Bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə. Var olun hamınız. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Bəyimxanım Cavanşirova-Verdiyeva: Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm, həmişə toy-bayram olsun Qarabağda, Azərbaycanın hər bir guşəsində.

Bəyimxanım Cavanşirova-Verdiyeva: Amin. Xalqa ruh verən Sizsiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Qəhrəmanlarımız da bizimlə bərabərdirlər. Onları alqışlayaq.

Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu: Cənab Prezident, Siz bu millətə sahib çıxdınız. Mən özüm Birinci Qarabağ müharibəsinin qazisiyəm. Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib çıxdınız. Sizinlə fəxr edirik. Allah Sizi qorusun. Allah Sizi var eləsin.

Xalq artisti Ramiz Quliyev: Möhtərəm cənab Prezident, əzizimiz, çox gözəl xanım, canımız, ciyərimiz. Siz bizə gözəl bir gün bəxş etdiniz. Cənab Prezident, gözəl bir gündür. Ulu Öndərin 102-ci ildönümü günüdür, ruhu şad olsun. Yüz illər ötsə də Ulu Öndərin xatirəsi yaşayacaq. Necə ki, Qarabağı bu cür düzəltdiniz, yüz illər gəlib gedəcək, dünyanın bütün ölkələri Sizdən nümunə götürəcək, bu gün də götürür. Muğam da var, xalqımız da var, Siz də varsınız. Sizi bağrıma basıram. Çox sağ olun, var olun.

Prezident İlham Əliyev: Sağ olun.

Qazi Qəhrəman Hüseynov: Cənab Prezident, ömrümün bu çağında Allaha yalvarmışam ki, Sizinlə görüşə bilim. Bir dəqiqə Sizinlə görüşərdim.

Prezident İlham Əliyev: Gəl, gəl görüşək.

Qazi Qəhrəman Hüseynov: Şükür İlahi. Mehriban xanım, xoş gördük. Gecələr Allaha yalvarırdım, ay Allah, Prezidentimlə görüşüm.

Ağır gündə zireh geyən,
Düşmənlərin qəddin əyən,
El yığılıb alqışlayan
Rəhbərimə salam olsun!
 
Zəfərlərə meydan quran,
Keşiyində məğrur duran,
Yağı başa yumruq vuran
Rəhbərimə salam olsun!
 
Heydər baba dərsin alan,
Yağıları lərzəyə salan,
Qalib yazıb, qalib olan
Rəhbərimə salam olsun!
 
Əməlləri işıq saçan,
Səmasında qartal uçan,
Turanlara yollar açan
Rəhbərimə salam olsun!
 
Qəhrəmanlar vüqarından,
Ağdamlılar baharından,
Şəhidlərin diyarından
Rəhbərimə salam olsun!
 

Prezident İlham Əliyev: Çox sağ olun.

Sevinc Alızadə: Cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm. Mən şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıyam, həm də “Zəfər” təşkilatının sədriyəm.

Prezident İlham Əliyev: Tanıyıram. Allah rəhmət eləsin.

Sevinc Alızadə: Mehriban xanım həmişə bizə dəstək olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB-3  VİDEO

İran hava məkanının bağlı qalma müddəti uzadılıb

Britaniya XİN İrana və İsrailə müraciət edib

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Suriya və İraq hava məkanlarını yenidən bağlayıb

Bələdiyyə sədri: Azərbaycan məhəlləsi Kahramanmaraşın görkəmini dəyişdi

İordaniya yenidən hava məkanını bağlayıb

Müşavir: İraq təcavüz meydanı olmaq istəmir

Türkiyə və ABŞ prezidentləri İsrail-İran gərginliyini müzakirə ediblər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib

Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Almaniyada ümumi hərbi xidmətin bərpası ilə bağlı hazırlıqlara başlanması təklif olunur

Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər

Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar

Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Vaqif Bayatlı Odərin dörd kitabının təqdimatı keçirilib

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün maarifləndirici vəsait hazırlanıb

Qərbi Balkan ölkələri Yaxın Şərqdə artan gərginlikdən narahatdır

Ordubad üzrə ən yüksək bal toplayan abituriyent: Məqsədim hüquqşünas olmaqdır, bu yolda inamla addımlayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar

Qazaxıstanda TBNM-ə çıxışı olan “Mərkəz-Qərb” dəhlizinin tikintisinə başlanılıb

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri seçilib

“İnnab ağacı” premyerasını Sankt-Peterburq səhnəsində etdi

“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Bakının 550 küçəsi yuyulub

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Azərbaycan diasporunun Hallein şəhərində mühüm görüşü baş tutub

Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

İmişlidə güllələnmə hadisəsi olub VİDEO

İmişlidə güllələnmə hadisəsi olub VİDEO

NDU ilə AMEA arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb

Şirvan şəhərində keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

Gürcüstanda azərbaycandilli məktəblərin şagirdləri arasında olimpiada təşkil olunub

Elxan Nəcəfov: Gələn tədris ili üçün əsas strategiyamız şagird nailiyyətlərinin inkişafı ilə bağlı olacaq VİDEO

Elxan Nəcəfov: Gələn tədris ili üçün əsas strategiyamız şagird nailiyyətlərinin inkişafı ilə bağlı olacaq VİDEO

Naxçıvanda bir qrup yeniyetmə paralimpiyaçı və məşqçi ilə görüş olub

Qaradağ rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Almaniya Avropa İttifaqının korrupsiyaya qarşı sərtləşdirilmiş mübarizə tədbirlərinə ehtiyatla yanaşır

Nizami Gəncəvi əsərlərinin əlyazmaları və onların tərcümə məsələləri - elmi sessiya

Qazaxıstanda “Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir

Fərqli inkişaf xüsusiyyəti olan balaca rəssamın sərgisi - “Qəlbin səsi”

Yardımlıda 1,5 ton xaş-xaş kolu məhv edilib

Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə bu il 108 nəfər məzun olub

Fövqəladə Hallar Nazirliyinin strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Paytaxt məktəblərində “Son zəng”

Milli Qurtuluş Günü - Azərbaycanın xilası, sabitliyi və gələcəyə doğru dönüş nöqtəsi ŞƏRH

AZAL bir sıra aviareysləri ləğv edib

Binə qəsəbəsində narkotacir saxlanılıb

Odessa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti keçirilib

BDU-da diferensial həndəsənin aktual problemləri tədqiq edilir

Qərb bölgəsinin “Son zəng” tədbirləri bayram əhvali-ruhiyyəsində keçirilib

Şamaxı şəhər 2 nömrəli məktəbdə “Son zəng” çalınıb

Milli Kitabxanada “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib

Nəsimi rayonunda əməliyyat-ekstazi həbləri toz formasında satan şəxslər saxlanıldı VİDEO

Nəsimi rayonunda əməliyyat-ekstazi həbləri toz formasında satan şəxslər saxlanıldı VİDEO

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər

Elm və təhsil naziri Hacıqabulda “Son zəng” tədbirlərində iştirak edib

Mil-Muğan regionunda 4594 şagird məzun olub

Gürcüstanın xarici ticarət dövriyyəsi 13,3 faiz artıb

Hikmət Hacıyev: Ermənistan ilk mühüm addımı Zəngəzur dəhlizi istiqamətində atmalıdır

Cəbrayılda 32 ildən sonra ilk “Son zəng” çalınıb

Şuşada keçiriləcək beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndi və Xocalıda “Son zəng” tədbirləri VİDEO

Xankəndi və Xocalıda “Son zəng” tədbirləri VİDEO

Uşaqlığın son zəngi...

Ölkə ərazisində qeydiyyatda olan tarix mədəniyyət abidələrinin vahid pasportu olacaq

“Gənc istedadlar” liseyində “Son zəng” keçirilib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb

Hikmət Hacıyev: Avropa İttifaqının nə istədiyi aydın deyil

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb

Rusiyanın Xalq artisti İrandan təxliyəsinə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib VİDEO

Rusiyanın Xalq artisti İrandan təxliyəsinə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib VİDEO

Azərbaycan xalqı Ulu Öndərin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi ŞƏRH

Hikmət Hacıyev: Orta Dəhliz mövcuddur, işlək vəziyyətdədir və kimsə gəlib onu yenidən qurmalı deyil

Respublika Qan Bankında Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc edilib

Qəbələnin hotel və mehmanxanaları beş ayda 20 mindən çox əcnəbi turistə xidmət göstərib

Azərbaycan Qış İdmanı Növləri Federasiyası Beynəlxalq Xizək və Snoubord Federasiyasına üzv qəbul edilib

DİN kiberdələduzluqla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

İyulun 13-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəbləri üzrə 3992 şagird məzun olub VİDEO

Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəbləri üzrə 3992 şagird məzun olub VİDEO

İlin beş ayında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib

Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır

Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Hikmət Hacıyev: Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir