Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib YENİLƏNİB 2 VİDEO

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP-Azərbaycan” şirkətinin prezidenti Qəri Counz, “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Bakı gəmiqayırma zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bu layihələrə 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən doku, 50 ton dartıcı qüvvəyə malik olan “SOCAR 1” yedək gəmisini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı gəmiqayırma zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan “İsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.

Dövlətimizin başçısına “Xankəndi” sualtı tikinti gəmisi haqqında videoməlumat da təqdim olundu.

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanıb. “Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

Prezident İlham Əliyevə “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə bağlı da məlumat verildi. Qeyd edək ki, artıq layihə üzrə işlərin 96 faizdən çox hissəsi tamamlanıb. Fəaliyyət dövründə Azərbaycanda 24 min yeni iş yeri açılıb. “Şahdəniz mərhələ 2” üzrə işlənilmə planına bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu ilə qazılan ən az 26 sualtı quyu, suyun 500 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda boru kəmərləri və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. “Şahdəniz mərhələ 2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Buna görə ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni, ildə 10 milyard kubmetr qaz Avropa alıcılarına çatdırılacaq.

Dövlətimizin başçısı “Xankəndi” sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsdi.

Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə “Xankəndi” gəmisinin bütün göyərtə avadanlığı - əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. “Xankəndi” gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.

DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

Sonra Prezident İlham Əliyev gəminin işə salınmasını bildirən düyməni basdı.

“Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə “Şahdəniz mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.

Daha sonra “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Bu gözəl hadisə münasibətilə sizi təbrik etmək istəyirəm. “Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, bu nəhəng gəmi Azərbaycanda, Bakıda inşa edilib. Bu gəmiyə “Xankəndi” adı verilib. Onun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir. Xankəndinin adı bizim üçün əzizdir, doğmadır. Təsadüfi deyil ki, dünyada nadir standartlara cavab verən bu gəmiyə məhz bu ad verilmişdir.

Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin inşası, istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərar düzgün qərar idi. O vaxt bu qərarı verərkən və bu zavodun tikintisinə böyük sərmayə ayırarkən biz məhz bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur, biz gəmiqayırma zavodunda bunu inşa edə bilməyək. Hazırda dörd yeni gəmi tikilir - ikisi bərə, ikisi tanker.

“Xankəndi” gəmisinin tikintisi təqribən 400 milyon dollara yaxın vəsaitə başa gəlib. Bu da dövlətimizin gücünü göstərir. “Şahdəniz” qaz yatağının işlənilməsində bu gəminin əvəzsiz xidməti olacaq.

Bu gün mənə verilən məlumata görə, dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri Azərbaycandadır, Azərbaycanda tikilib. Bu gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti Azərbaycan mütəxəssisləridir. Yəni, bu gəminin tikintisi ilə eyni zamanda treninq, hazırlıq işləri də aparılmışdır ki, bu gün həm gəminin kapitanı, həm də bütün heyət üzvlərinin əksəriyyəti yerli kadrlardır.

Bir daha demək istəyirəm ki, bu, çox əlamətdar, tarixi hadisədir. “Şahdəniz” qaz yatağının işlənilməsi bizim üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə də işlər yaxşı gedir. İndi mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb. Bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil.

Biz bütün bu işləri ardıcıl şəkildə aparırıq. Sərmayə qoyulub, xarici tərəfdaşlarla işlər düzgün qurulub. Azərbaycanda platformalar, üzən qurğular, belə nəhəng gəmilər, Səngəçal terminalı, neft-qaz kəmərləri inşa edilir. Azərbaycanın neft-qaz sektoruna kompleks şəkildə, düşünülmüş və planlı surətdə böyük sərmayə qoyulub. Bu gün biz bunun nəticəsini görürük. Burada həm BP, həm SOCAR şirkətlərinin birgə fəaliyyətini də qeyd etməliyəm. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər artıq reallıqdır.

Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir. Yəni, nəqliyyat, energetika infrastrukturumuzun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir.

Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var.

Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var.

“Şahdəniz”ə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək.

Mən bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik etmək istəyirəm. Bu gəminin tikintisində iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri təbrik etmək istəyirəm. Onlara minnətdarlıq bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, “Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində öz qiymətli rolunu oynayacaq, ölkəmizin güclənməsinə töhfəsini verəcək. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirak edib YENİLƏNİB 2 VİDEO

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq

Mingəçevirdə oğul atasını döyərək öldürüb

Aydın Kərimov: Şuşada bu günə kimi 20-ə yaxın tarixi abidə tam bərpa olunub

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

XİN: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar

Meteoroloqlar: Türkiyədə yay mövsümündə yağıntıların miqdarı 9 faiz azalıb

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Gürcü politoloq: Qərb Gürcüstan hökumətini özünə tabe etdirmək istəyir

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

İtaliyanın milli dəmir yolu holdinqinin işçiləri tətil edirlər

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

Çikaqoda yük qatarı qarət edilib

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok” yüzlərlə iş yerini ixtisar edir və onları süni intellektlə əvəzləyir

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

Qazax xanlığı haqqında XVII əsrə aid nadir əlyazma tapılıb

Tovuzda yeni təlim-məşq bazası tikiləcək, stadionun ot örtüyü dəyişdiriləcək

Məsut Özil "Zirə" komandasının qonağı olub

Türkiyə tezliklə 40 ədəd “Eurofighter” qırıcıları alacaq

“Spiegel”: Kiyevdə ilk dəfə Rusiyaya güzəştlərlə bağlı ssenari müzakirə edilib

Milli Strategiyanın icrası ilə su ehtiyatlarından daha səmərəli istifadə olunacaq - RƏYLƏR

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Şahin Diniyev: Estoniya ilə matçda futbolçularımızda keyfiyyət çatışmadı

İsveçin 600 vətəndaşı İnterpol tərəfindən axtarışa verilib

NASA Yupiterin peykinə kosmik gəmi göndərir

Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir

Slovakiya millisinin baş məşqçisi: Azərbaycanla oyun üçün fərqli planlar qurmalıyıq

Azərbaycan Daşkənddə turizmin inkişafına həsr edilən konfransda təmsil olunub

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

Estoniyalı futbolçular Azərbaycan millisi ilə oyundakı qələbəni şərh ediblər

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Millətlər Liqası: Bundesliqada çıxış edən futbolçu Azərbaycan yığmasına qarşı oynamayacaq

Sensasiyalı eksperiment: Yuxuda olan insanlar arasında əlaqə qurulub

Donald Tramp ABŞ vətəndaşlarını öldürən mühacirlərə ölüm cəzası verilməsini istəyir

ASCO daha bir quru yük gəmisi alır

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb

Gürcüstanı qardaş qırğınına təşviq edənlər, əslində, regiondakı mövcudluqlarının mahiyyətini göstərirlər ŞƏRH

FHN: Ötən sutka 27 yanğına çıxış olub

Yeni tədqiqat: Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

Sədr: Hazırda 15 xarici şirkət “Cypho”nu tətbiq edir VİDEO

AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır

Millətlər Liqası: Xorvatiya Şotlandiya ilə, Portuqaliya Polşa ilə qarşılaşacaq

Azərbaycan neftinin bahalaşması davam edir

DİN: Ötən gün 48 cinayətin üstü açılıb

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün Azərbaycan Kubokuna iki oyunla start veriləcək

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın U-21 millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb

Çində yanacağın qiyməti yenidən bahalaşıb

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur VİDEO

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib VİDEO

“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

Masallıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib

Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək

İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub

İtaliyanın Albaniyada tikdiyi düşərgələr miqrant qəbuluna hazırdır

Baltik dənizində yanğının baş verdiyi neft tankeri Rostok limanına gətirilib

Gözlənilən ömür artımı yavaşlayır - TƏDQİQAT

Katarakta Avropada ən çox edilən əməliyyat olub

Xalq şairi Vahid Əziz sumqayıtlıların qonağı olub

Millətlər Liqası: Türkiyə və Almaniya qalib gəlib

Xəzər dənizində zəlzələ baş verib

Avroliqa: Azərbaycan millisinin basketbolçusunun oynadığı komanda qalib gəlib

Bakıda “INMerge İnnovasiya Sammiti” başa çatıb

XİN: Niderland Parlamentinin Nümayəndələr Palatasının iki qətnaməsini qətiyyətlə rədd edirik VİDEO

Fernandu Santuş: Çatışmazlıqların üzərində işləməliyik

Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib

Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub olub YENİLƏNİB-4

İrakli Kobaxidze: Almaniya Bundestaqının Gürcüstana dair qətnaməsinin demokratiya ilə heç bir əlaqəsi yoxdur

“Kosmik səyahət: ulduzlara doğru” - tədbir

Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb

Fransanın tanınmış aşpazı kitabında Azərbaycan mətbəxindən reseptlər təqdim edib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Olaf Şolts: Almaniya qətiyyətlə Ukraynanın yanındadır

AZƏRTAC-ın əməkdaşı “Dünya Conşana gəlir” layihəsində iştirak edib

® “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib

“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

Paytaxt məktəblərinin fəaliyyəti müzakirə olunub

® “Kapital Bank”ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarılıb

Bakıda keçirilən Pre-COP29 konfransına yekun vurulub

Bakıda mövcud avtobus zolağının uzunluğu açıqlanıb

Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək