Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini bir daha açıqladı - ŞƏRH

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini bir daha açıqladı -  ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə mühüm uğurlar əldə edilir. Azərbaycan vətəndaşlarının sosial rifah halı durmadan yüksəlir, qeyri-neft sektorunda inkişaf daimi xarakter alır, sənaye istehsalı artır, dövlət büdcəsi isə rekord həddə müəyyənləşdirilir. Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bütün bunların təməlində uzun illər ərzində aparılan məqsədyönlü islahatlar, düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı səsləndirdiyi rəqəmlər bunu bir daha təsdiqləyir.

Bu fikirləri mediaya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

A.Vəliyev bildirib ki, dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, artıq uzun illərdir aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub və gələcək illərdə bu dinamika qorunub saxlanılacaq. Belə ki, keçən il ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektoru 6 faizdən, qeyri-neft sənayesi isə 7 faizdən çox artıb.

Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir ki, bu sahədə ölkəmiz dünyada liderlər sırasındadır. Eyni zamanda, ötən il valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Valyuta ehtiyatlarımızın xarici borcu 14 dəfə üstələməsi, bu ilin dövlət büdcəsinin Azərbaycan tarixində ən böyük - rekord səviyyədə - büdcə xərcləri 41 milyard manatdan, icmal büdcənin isə 48 milyard manatdan çox olması ölkəmizin dayanıqlı maliyyə resurslarına malik olduğunu sübut edir.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına da səbəb olub. Təsadüfi deyil ki, bu ilin yanvarından minimum əməkhaqqı və pensiyanın məbləği artırılıb. Qarabağın, Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosesi kimi nəhəng və yüksək maliyyə tələb edən çağırışla üz-üzə qalan Azərbaycanın vətəndaş rifahına bu qədər böyük diqqət ayırması dövlət siyasətinin mahiyyətini göstərir. Onu nümayiş etdirir ki, ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir.

Dövlətimizin başçısının müsahibəsində toxunduğu daha bir məsələyə - COP29-un təşkili məsələsinə münasibət bildirən parlamentari deyib ki, bu tədbirin uğurla keçirilməsi Azərbaycanın qətiyyətini və prinsipiallığını bir daha ortaya qoydu. Belə ki, uzun illər ərzində həllini gözləyən karbon bazarları ilə bağlı razılaşma məhz Bakıda öz həllini tapdı, COP-un əsas mövzularından biri olan maliyyələşmə məsələsi ilə bağlı əvvəl razılaşdırılmış rəqəm üç dəfə artırılaraq 300 milyard dollara çatdırıldı.

Əlbəttə ki, bu, böyük nailiyyətdir. Özü də nəzərə alsaq ki, bu nailiyyət bəzi ölkələrin COP29-u boykot etmək çağırışı fonunda qazanıldı, o zaman bunun əhəmiyyəti daha da artmış olur. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti beynəlxalq aləmdə uğurlu, düzgün və məqsədyönlü iş aparır.

Xarici siyasətimizin əsas istiqamətləri baxımından dövlətimizin başçısının müsahibəsində vurğulanan məqamlara diqqət çəkən A.Vəliyev ölkəmizin beynəlxalq təşkilatlarda üzvlüyü, regional və qlobal proseslərə təsiri imkanlarından bəhs edərək bildirib ki, qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilat olan, onların iqtisadiyyatının 60 faizini təşkil edən D-8-ə üzvlüyü ölkəmizin nüfuzunu, iqtisadi gücünü bir daha göstərir. Dünyada mövcud olan 60 müsəlman ölkəsi arasında ilk genişlənmədə məhz Azərbaycanın bu təşkilata üzv seçilməsi, həm də dövlətimizin və onun başçısına etimadın təzahürüdür.

Heç şübhəsiz ki, Azərbaycan bu təşkilatın işində də fəal iştirak edəcək və onun fəaliyyətinə töhfə verəcək. Çünki ölkəmiz bu gün Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir, bir neçə il əvvəl dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, dövlət başçısının müxtəlif məsələlərə ölkəmiz tərəfindən adekvat cavabın verilməsi ilə bağlı dedikləri Azərbaycanın bu gün bölgədə və dünyada cərəyan edən hadisələrə təsir etmək iqtidarında olduğunu, müstəqil siyasət yürütdüyünü, hər bir ölkəyə və prosesə münasibətdə özünün baxışına malik olduğunu söyləməyə əsas verir.

Prezidentin xarici siyasətlə bağlı açıqlamaları həm də onu göstərir ki, bu gün ölkəmiz həm iqtisadi, həm hərbi güc, həm də siyasi müdriklik baxımından regionun əsas aktorudur, dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmaqda maraqlıdır, eyni zamanda, dünya ölkələri bölgə ilə bağlı siyasətlərində rəsmi Bakının maraqlarını mütləq nəzərə almalıdırlar.

Qlobal və regional dəyişiklikləri, yeni realliqları və çağırışları ölçüb-biçməli olan Ermənistan dövlət başçımızın bu kontekstdəki tövsiyələrinə və məsləhətlərinə qulaq asmalı, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin şərtlərini qəbul etməli və Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır.

Çünki hazırda regionda yaranan vəziyyət bunu diktə edir. Azərbaycan gündən-günə güclənir, Şərq ilə Qərb arasında əvəzolunmaz halqaya, habelə bir çox beynəlxalq siyasi və iqtisadi təşkilatlarda aparıcı qüvvəyə çevrilir. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə, regional sabitliyə mühüm töhfələr verir. Bütün bunlar isə artan iqtisadi gücümüz sayəsində mümkün olur.

Dövlətimizin başçısının Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz şəkildə, ləyaqətlə qayıtmaqla bağlı fikirlərinə də toxunan Ağalar Vəliyev sonda vurğulayıb ki, soydaşlarımızın Qərbi Azərbaycana və Qərbi Zəngəzura yerləşəcəkləri vaxta qədər bu məsələnin gündəlikdən çıxarılmayacağı ilə bağlı bəyanat, heç şübhəsiz, bir daha Azərbaycan dövlətinin qətiyyətindən xəbər verir. Çünki dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür və inanırıq ki, Qərbi azərbaycanlılarla bağlı məsələdə də bu, belə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ATGTİ tərəfindən tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləşmobu reallaşıb VİDEO

Axtarışda olan iki cinayətkar Ermənistandan Türkiyəyə ekstradisiya edilib

Tarixi qonşuluğun, qardaşlığın nümunəsi - ŞƏRH

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsi üzrə 1360-dan çox əməkdaş treninqlərə cəlb ediləcək

Misli Premyer Liqası: Yeddi qolun vurulduğu oyunda autsayder “Kəpəz” “Turan Tovuz”u məğlub edib

Sumqayıtda “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirilib

Basketbol üzrə Azərbaycan çempionatında XI tura yekun vurulub

Bələdiyyə seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub VİDEO

20 Yanvar faciəsi tarixə xalqımızın müstəqillik və istiqlal uğrunda apardığı mübarizənin zirvəsi kimi həkk olunub - RƏY

Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

Gəncədəki Nevski adına Rus Pravoslav kilsəsində tədbir keçirilib

Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın beynəlxalq miqyasda siyasi və iqtisadi mövqelərini daha da gücləndirəcək - RƏY

AHİK-lə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Deputat: Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan və Gürcüstan üçün həmişə prioritet olub

Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində irəliləyib

Maka Boçorişvili: Bu gün biz Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı layihələrin bəhrəsini görürük

Şimal-qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir

Sumqayıtda evdə baş vermiş yanğın söndürülüb

Ümumxalq Hüzn Günü ilə əlaqədar marşrutların hərəkəti üçün alternativ yollar təşkil ediləcək

Ukrayna nəşri qanlı Yanvar faciəsindən yazıb

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstana verdiyi dəstəyin əvəzi yoxdur

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib

35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasındakı treninqlərdə 230 nəfərin iştirakı nəzərdə tutulub

Azərbaycanda yanvarın 20-də olan hava proqnozu açıqlanıb

Ordubadda tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Marneulidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır – ŞƏRH

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Həmas bir neçə saat ərzində girovların siyahısını təqdim edəcək

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq

Liviyada neft hasilatının artırılmasına 4 milyard dollar tələb olunur

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

Avstriyada partiya sədri miqrasiyanı tam dayandırmağı tələb edir

Avropa İttifaqı Sub-Səhra Afrikası ölkələrinə 510 milyon avro ayırıb

Fransadan Çinə konyak ixracı 75 faiz azalıb

İtaliyada antik dövrə aid hamam aşkar edilib

Fransada kokain istifadəçilərinin sayı artır

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib

“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib

ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb

® “Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib VİDEO

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib

Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib VİDEO

Azərbaycan İdman Akademiyası ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB

Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib

Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

“Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Azərbaycan klubu amerikalı basketbolçu transfer edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

"Kapital Bank" Milli Qəhrəman Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb

Tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ADAU-da silsilə tədbirlərlə yad edilib

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib VİDEO

 Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır VİDEO

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib VİDEO

Elmi Mərkəz: Cənub-şərq regionunda etnoqrafik, arxeoloji və numizmatik abidələr aşkarlanıb

Nazir: Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur VİDEO