Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Zaqatalada Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir

Zaqatala, 9 sentyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyev məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yararsız vəziyyətə düşmüşdür. Prezidentin göstərişinə əsasən bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanmışdır. Bina yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, eləcə də dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Yeni avadanlıq və dərs ləvazimatları ilə təmin edilmiş məktəbdə 36 sinif otağı, fənn kabinetləri, zəngin ədəbiyyat fonduna malik kitabxana, kompyuter otaqları, akt zalı, şagirdlər üçün istirahət zalları, 150 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır.

Bildirildi ki, müasir qurğularla təmin edilmiş idman zalında basketbol, mini futbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. İbtidai hərbi hazırlıq kabinetinin də olduğu təhsil ocağında biologiya, fizika, kimya fənlərinin əyani vəsaitlərlə öyrənilməsi üçün laboratoriyalar fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, şagirdlərin asudə vaxtlarının və peşə vərdişlərinin səmərəli təşkili üçün emalatxanalar yaradılmışdır. Məktəbin binası havalandırma və yanğın həyəcanı sistemləri ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi.

X X X

 

Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

-Mən sizi ürəkdən təbrik edirəm.

Gözəl, yeni məktəbin açılışı münasibətilə Gözbarax kəndinin bütün sakinlərini təbrik edirəm. Gözəl hadisədir. Heç vaxt bu kənddə belə məktəb olmamışdır. Köhnə məktəbin görüntüləri burada əks olunur. Doğrudan da bu məktəbin qısa müddət ərzində tikilməsi Azərbaycan dövlətinin nə qədər güclü olduğunu göstərir.

Biz sizinlə təxminən dörd ay bundan əvvəl görüşmüşdük. Dəhşətli zəlzələ baş verdikdən sonra mən dərhal buraya gəldim, sizinlə görüşdüm. O günü, o həyəcanı xatırlayıram. O da təbii idi. Çünki bir gündə insanlar öz evlərini itirmişdilər, dağıntılar həddindən artıq çox idi. Ancaq onu da xatırlayıram ki, sizə demişdim narahat olmayın, qısa müddət ərzində bütün evlər bərpa ediləcək, daha da gözəl evlər tikiləcəkdir. Hazırda tanış olduğum bir ev onu göstərir ki, doğrudan da əvvəlki vəziyyətdən daha da gözəl vəziyyət yaradılmışdır. Dörd ay ərzində bu qədər işin görülməsi doğrudan da böyük hadisədir. Zəlzələ baş verdikdən sonra görülən bütün işlər, tədbirlər bir məqsədi güdürdü. Məqsəd insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq, onları düşdüyü ağır vəziyyətdən tezliklə çıxarmaq idi.

Müvəqqəti məskunlaşma yerləri müəyyən edilmişdir, çadırlar gətirilmişdir. Əlbəttə ki, çadırda yaşamaq çox çətindir. Ancaq başqa çarəmiz yox idi. Əsas məsələ ondan ibarət idi ki, bütün bu bərpa işlərini biz qısa müddətdə, maksimum tez bir zamanda təşkil edək. Hazırda evlər tikilir, məktəb tikilib. Burada olarkən sakinlər, eyni zamanda, uşaq bağçasının tikintisi ilə bağlı mənə müraciət etmiş, demişdilər ki, burada uşaq bağçası olmamışdır. Ancaq xahiş edirik ki, uşaq bağçası da tikilsin. Uşaq bağçası da tikilmişdir.

Zəlzələ doğrudan da böyük bir bəla, böyük bir faciə idi. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Xilasedicilər çox operativ şəkildə işləmişlər. Qərargah yaradılmışdır. Təmir-bərpa işləri onu göstərir ki, biz istənilən təbii fəlakət qarşısında sınaqdan da şərəflə çıxa bilərik və çıxmışıq. Əlbəttə ki, təmir-bərpa və yenidənqurma işləri çox böyük vəsait tələb edir. O vaxt parlamentimiz büdcəyə düzəlişlər etdi, əlavə vəsait nəzərdə tutuldu və o vəsait hesabına işlər başladı.

Təkcə Zaqatala rayonunda 3500-dən artıq ev ya dağılmış, ya yararsız vəziyyətə düşmüşdür. Yəni, zəlzələnin ən çox zərər verdiyi rayon Zaqataladır. Digər qonşu rayonlarda da dağıntılar var, amma ən böyük dağıntılar Zaqataladadır. Hazırda üç min evin tikintisi davam edir. Məktəblər tikilir, 36 məktəb yenidən tikiləcəkdir. Onlardan 21-i Zaqatala rayonundadır.

Zəlzələ, əlbəttə böyük bir sınaq, böyük bir faciə, fəlakət idi. Ancaq, eyni zamanda, zəlzələnin fəsadlarının aradan qaldırılması nəticəsində daha da gözəl şərait yaradıldı. İndi bu gün baxdığım ev göz oxşayır. İkimərtəbəli, gözəl arxitektura elementləri ilə seçilən bu ev bu ailənin əvvəlki evindən bəlkə də iki dəfə genişdir.

Onu qeyd etməliyəm ki, bütün bu işləri biz dövlət hesabına görürük. Müxtəlif bölgələrdə, müxtəlif ölkələrdə təbii fəlakətlər, daşqınlar, zəlzələlər baş verir. Adətən dövlət, - yəni inkişaf etmiş ölkələrdə, - bu təmir-bərpa işləri ilə məşğul olmur. İnsanlar özləri, - onların evləri sığortalıdır, - sığorta şirkətlərinə müraciət edir və kompensasiya yolu ilə öz evlərini bərpa edirlər. Bizdə isə belə deyildir. Bizdə, xüsusilə kənd yerlərində heç bir ev sığortalanmayıb. Əslində gələcəkdə bu məsələ ilə bağlı da fikirləşməliyik. Bakı şəhərində artıq bu proses başlamışdır. Bölgələrdə də bunu etmək lazımdır. Ona görə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni bütün binalar, evlər dövlət vəsaiti hesabına tikilir və sakinlərə hədiyyə olaraq verilir. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətin aparılmasında israrlı olduğunu bir daha göstərir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun həyatıdır, təhlükəsizliyidir və rifahıdır. Bu ağır hadisə, bu zəlzələ bir daha göstərdi ki, Azərbaycan istənilən sınaqla üz-üzə qalaraq bütün sınaqlardan öz gücü hesabına üzüağ çıxacaq və çıxır.

Bütövlükdə Zaqatala rayonunda işlər yaxşı gedir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Həm şəhərdə, həm kəndlərdə böyük quruculuq işləri aparılır. Bu Proqram bizə imkan verəcək ki, yaxın zamanlarda bütün əsas sosial və iqtisadi məsələlər öz həllini tapsın. Hazırda isə bu kənddə gördüyüm mənzərə məni sevindirir. Tikinti işləri davam edir, sakinlər bu işlərdə fəal iştirak edirlər. Dörd ay ərzində belə gözəl məktəbin tikilməsi, evlərin bərpası, yolların çəkilişi doğrudan da Azərbaycan dövlətinin gücünü və Azərbaycan hakimiyyətinin niyyətini göstərir.

Mən sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulamaq istəyirəm. Arzu etmək istəyirəm ki, yaxın aylarda bütün bu kənddə yerləşən digər evlər də bərpa edilsin və insanlar rahat yaşasınlar.

X X X

Mərasim iştirakçıları adından dövlətimizin başçısına minnətdarlıq edən kənd sakini Əhməd QURBANOV dedi:

- Möhtərəm Prezident, icazə verin Zaqatala rayonunun bütün ağsaqqalları, Gözbarax camaatı adından Sizi salamlayım və “Xoş gəlmişsiniz!” deyim.

Siz Gözbaraxa birinci dəfə gələndə gördüyünüz kədərli üzlər bu gün gülür. Böyüklərin və uşaqların o vaxtkı dalğın baxışlarında bu gün sevinc, şadlıq vardır. Bu sevinci, şadlığı insanlara Siz bəxş etdiniz. Siz onlara havadar durdunuz. Siz onların harayına yetişdiniz. Bu münasibətlə Sizə bütün zaqatalalılar, bütün Gözbarax camaatı adından ürəkdən minnətdarlıq edirik. Sizə “Çox sağ olun!” deyirik.

Siz bu gün çox böyük zəhmət çəkib, vaxt tapıb Gözbarax kəndinə gəlmisiniz. Sizin bu gəlişinizi alqışlayırıq. Çox sağ olun ki, gəldiniz. Gəldiyiniz üçün, bu tədbirdə iştirak etdiyiniz üçün, Sizin göstərişinizlə tikilən bu gözəl məktəb üçün və bərpa edilməkdə olan Gözbarax kəndi üçün Sizə minnətdarlığımızı bildiririk. Gözbarax camaatı Sizə uzun ömür, cansağlığı arzulayır.

Cənab Prezident, Siz bizə, bizim hamımıza örnək olan ulu öndərimiz Heydər Əliyevin ideyalarını uğurla davam etdirirsiniz. Siz Azərbaycanın inkişafı üçün gecə-gündüz çalışırsınız. Biz bunu bilirik. Siz Azərbaycanı dünyada tanıtmısınız və tanıdırsınız. Siz Azərbaycan xalqının sevimli oğlusunuz. Sizə eşq olsun!

Mən Sizin şəninizə bir bənd şeir də söyləmək istəyirəm:

Yaxşı ki, yerində İlham var, baba,

Millətimiz ondan güc alır bu gün.

Sənin yaratdığın qüdrətli dövlət,

Onun sayəsində ucalır bu gün, ucalır bu gün!

Sizə bu millətlə, bu dövlətlə, bu xalqla birlikdə daim ucalmaq arzulayıram.

Bir arzum da var, Gözbarax kəndi yazda daha füsunkar, daha cəlbedici, cazibədar olur. Xüsusilə may ayında. Mən, əgər vaxtınız olsa may ayında Mehriban xanımla bir yerdə Sizi buraya qonaq çağırıram. Gəlib bu gözəllikləri də görərsiniz, bizə də qonaq olarsınız.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun. Əslində mən keçən dəfə may ayında gəlmişdim. Ancaq o vaxt başqa işlərlə məşğul olmalı idik. Kənd camaatının da ovqatı o qədər də yaxşı deyildi. Ancaq mən keçən dəfə vertolyotla gəldim ki, yuxarıdan seyr edim mənzərəni. Doğrudan da əsas diqqətim dağılmış evlərə yönəlmişdi. Amma, eyni zamanda, bu kəndin gözəl təbiətini də yuxarıdan görərkən, mən sevinc duyğuları keçirdim ki, doğrudan da Azərbaycan nə qədər gözəl ölkədir, nə qədər gözəl, mənzərəli, səfalı yerləri vardır. Bu yerlərdə ancaq inkişaf, quruculuq, abadlıq olmalıdır.

Dörd ay ərzində bu işlərin görülməsi doğrudan da böyük hadisədir. Bu, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Bütün bu işləri biz öz hesabımıza etmişik. Bizim inşaat şirkətləri, dövlət qurumları, vətəndaşlarımız öz vəsaitimizdən istifadə edərək bütün bu işləri görmüşdür. Əminəm ki, nəinki bərpa işləri, - bərpa işləri yaxın zamanlarda tamamlanacaqdır, - ümumiyyətlə, gələcək inkişafla bağlı, bu şimal-qərb zonasının inkişafı ilə bağlı bizim çox böyük planlarımız vardır. Bu planların bir çoxu artıq reallaşıbdır. İnfrastruktur, aeroportların tikilməsi. Baxın, indi həm Zaqatalada, həm də Qəbələdə aeroport vardır. Yolların çəkilişi, burada su layihəsinin icrası gedir. Gələn ilin sonuna qədər, bəlkə ondan da tez Zaqatala şəhərinin içməli su ilə təmin edilməsi layihəsi başa çatacaqdır. Qazlaşdırma, məktəb tikintisi sürətlə gedir. Rayonda təqribən 70-ə yaxın kənd vardır. Hazırda məktəblərin əksəriyyəti normal vəziyyətdədir, ya yeni tikilmiş, ya da bərpa edilən məktəblərdir. Qəzalı vəziyyətdəki məktəblər də təmir olunacaqdır. Bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmayacaqdır.

Səhiyyə məsələləri həll olunur. Yadımdadır, biz burada Diaqnostika Mərkəzi tikdik. Ondan sonra şəhər xəstəxanası bərpa edildi, idman kompleksi, mədəniyyət ocaqları. Şəhər gözəlləşir, çox abad şəhərə çevrilibdir. Biz bu bölgənin turizm potensialından maksimum dərəcədə istifadə etməliyik. Daxili turizmi də inkişaf etdirmək lazımdır ki, bizim vətəndaşlar gəlsinlər, istirahət etsinlər. Bilirəm indi gəlirlər və daha da çox gəlməlidirlər. Xarici turistlər də gəlməlidirlər. Çünki bu gün Azərbaycan artıq dünyada tanınan bir ölkədir. Buraya gələn, Bakını görən, - yəni, xoş niyyətlə gələnlər, - hər bir xarici qonaq öz təəccübünü, sevincini gizlədə bilmir: Bakı nə qədər inkişaf edib. Dünyanın ən gözəl şəhərlərindən biridir.

Bölgələr də inkişaf etməlidir. Məhz buna görə 2004-cü ildə mənim təşəbbüsümlə regionların inkişaf proqramı qəbul edildi. Təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, əgər biz bölgələrin inkişafına diqqət verməsəydik, indi Azərbaycanın uğurları yarımçıq ola bilərdi və iqtisadi inkişafı da bu qədər sürətlə gedə bilməzdi. Çünki bu ilin altı ayında qeyri-neft iqtisadiyyatımız, yəni, daha çox sənaye istehsalı və kənd təsərrüfatı hesabına formalaşan iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Neft iqtisadiyyatımız isə aşağı düşmüşdür. Çünki neftin hasilatı bir qədər aşağı düşüb. Neftdən asılılığı azaltmaq və aradan götürmək planlarımız həyata keçirilir. İnsanların rifah halı yaxlaşır, pensiyalar, maaşlar artırılır, iş yerləri açılır. Budur inkişaf. Bütün bunları biz dünyanı hələ ki, sarsıdan iqtisadi və maliyyə böhranı zamanı əldə etmişik. Bu günlərdə dünyanın ən mötəbər qurumlarından biri olan Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerə layiq görmüşdür. MDB məkanında birinci Azərbaycandır. İqtisadi inkişaf templərinə görə yenə də birinci Azərbaycandır. Bölgədə idmanda birinci yenə də Azərbaycandır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olubdur. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan mövqeyini dəstəkləmişdir. Yəni, bizim uğurlarımız hər yerdə görünür, hər yerdə də görünməlidir və hər kənddə də bu, olmalıdır. Gözbarax kəndinin timsalında biz bunu görürük. Mən ikinci dəfə bu kəndə gəlirəm. Dəvətə görə minnətdaram. Vaxt olsa bir də gələcəyəm. Bu, onu göstərir ki, hər bir kənd, hər bir kənddə yaşayan sakin bizim diqqətimizin mərkəzindədir. Hər bir kənddə bütün məsələlər həll olunarsa, ölkə miqyasında bir dənə də həll olunmamış məsələ qalmaz.

Təmir-bərpa işləri davam edir. Bu işlərdə bir daha demək istəyirəm ki, kənd sakinləri fəal iştirak edirlər. Fövqəladə Hallar Nazirliyi bu dövr ərzində çox fəal işləyibdir və işləyir. Yerli icra hakimiyyəti fəal işləyir. Ötən dəfə burada olarkən Zaqatalada, qərargahda geniş müşavirə keçirdik. Göstərişlər verildi. Ondan sonra son dörd ay ərzində bu işlərin icrası daim nəzarətdə idi. Bu gün gəlmişəm ki, yeni dərs ilinin ərəfəsində bu məktəbi biz bir yerdə açaq. Bir də ki, vəziyyətlə özüm tanış olum, görüm işlər necə gedir. Məncə, yaxşı gedir.

Ümid edirəm ki, ilin sonuna qədər əsas işlər görüləcəkdir. İşin həcmi həddindən artıq böyükdür. İndi təhlillər aparılır. Təhlil göstərir ki, qəzalı vəziyyətdə olan yeni evlər vardır, biz onların da təmiri ilə məşğul olmalıyıq. Böyük işdir. Amma biz bu işin öhdəsindən gələcəyik. Bütün evləri bərpa edəcəyik, daha da gözəl şəraiti yaradacağıq.

SAKİN: Çox sağ olun! İnşallah.

Prezident İlham ƏLİYEV: Mən çox şadam ki, bu gün gözbaraxlıları xoş ovqatda görürəm. Bax, bu, bizim ölkəmizə və bizim inkişafımıza yaraşır.

SAKİN: Çox sağ olun!

Prezident İlham ƏLİYEV: Sağ olun! Bir daha təbrik edirəm.

SAKİN: Sağ olun! Çox sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir

"Barselona" əlavə vaxtda "Real Madrid"i məğlub edərək İspaniya Kral Kubokunun qalibi olub

Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3  VİDEO

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3 VİDEO

Kardioloq Fuad Mahmudlu: Həkimlərin Berlin Qurultayı Azərbaycan səhiyyəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır

Bundesliqa: “Bavariya” vacib üç xalı üç cavabsız topla qazanıb

Gülşən Əhmədli: Berlin qurultayında azərbaycanlı həkimlərin üzv olduğu təşkilatlar arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılır

Aqil Hüseynzadə: Azərbaycanlı Həkimlərin Berlin Qurultayında əsas mövzulardan biri də süni intellektin tibb sahəsində tətbiqidir

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub

Abbas Əhmədli: Xaricdə yaşayan həkimlərimizin Azərbaycanda səhiyyə sahəsində reallaşdırılan islahatlara töhfələri Berlin qurultayının əsas mövzularındandır

Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Missiyalarımızı uğurla tamamladıq: Mən sağlamlığımı, oğlum isə canını qurban verdi – Çernobıl əlili

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib

ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib

Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

İsveç İnstitutunun təqaüdçüləri arasında Azərbaycandan olan tələbələr yenidən liderdirlər

Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir FOTO

Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq

Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib

İngiltərə Premyer Liqası: "Çelsi" qələbə sayəsində dördüncü pilləyə yüksəlib

Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir

Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB   VİDEO

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB VİDEO

Çexiyada qızıl xəzinəsi tapılıb

Roma Papası dəfn edilib

Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Professor Məhəmməd Dərrac: Fransa Əlcəzairin 300 illik arxivlərinə çıxışı məhdudlaşdırıb

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

Türkiyəli ekspert: Region ölkələri Zəngəzur dəhlizinin açılması fürsətini əldən verməməlidir

Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxlayıb

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Aydar Kurmaşev: Azərbaycan ilə Qazaxıstan arasında ekspert əməkdaşlığının inkişafına diqqəti artırmaq lazımdır - MÜSAHİBƏ

Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

Zelenski və Tramp Romada görüşüblər

Dubay şəhərində Azərbaycanın “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

Ədliyyə naziri İmişli rayonunda vətəndaşları qəbul edəcək

BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb

Yeganə Hacıyeva: Azərbaycan Prezidenti CGTN-ə müsahibəsində ölkəmizin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı mövqeyini növbəti dəfə bəyan etdi

“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb

Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur VİDEO

Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur VİDEO

Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq

Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var

Ötən gün əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb

Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir VİDEO

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB VİDEO

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər

Milli Kitabxanada “26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı kitab sərgisi açılıb

Şərur rayon sakininin öldürülməsi ilə bağlı daha bir şəxs tutulub

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində daha 47 nəfər saxlanılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb

Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb

Premyer Liqa: "Zirə" "Kəpəz"in qonağı olacaq

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Dünya bazarında qızılın ucuzlaşması davam edir

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanda mühakimə olunan Ruben Vardanyanla və digər 15 erməniəsilli şəxslə rəftar ilə bağlı Ermənistanın iddialarını rədd edib

Dünya birjalarında neft bahalaşıb

Dünya Məktəbinin yubiley tədbiri keçirilib VİDEO

Dünya Məktəbinin yubiley tədbiri keçirilib VİDEO

Axtarışda olan 75 nəfər saxlanılıb

Zelenski Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Romada səfərdədir

Azərbaycan neftinin qiyməti artıb

Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində ölən hər altı nəfərdən biri velosipedçidir

Azərbaycanda Çernobıl əlillərinin sosial təminatı sahəsində aparılan işlər açıqlanıb

Özbəkistanda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib

DİN: Ötən gün vətəndaşların bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

Həsənov, pərdəni çək, bura sənin üçün Şuşa deyil - Çernobıl hadisələrinin iştirakçısı danışır...

Gəncə dovğası: dad, yaddaş və ənənələr

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək

Bir yazıçı ömrünün manifesti...

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

Səudiyyə Ərəbistanının “əş-Şarq əl-Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb

Viktor Orban: Ukrayna üçün Aİ-yə qoşulmaq hələ tezdir

Naxçıvanda “Görmək Gözəldir” aksiyası çərçivəsində qazilər və ailələri müayinədən keçiblər

Baş direktor: Qazaxıstan türk dövlətlərinin birgə peykinin orbitə çıxarılması layihəsini dəstəkləyir

Yardımlıda qanvermə aksiyası keçirilib

ICESCO nümayəndəsi: Azərbaycanlı həkimlər “Kosmik təbabətin əsasları” proqramı çərçivəsində təlim keçmək üçün Bəhreynə gedəcəklər

ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər

Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib