Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb

İstanbul, 6 dekabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyinin “Azərbaycan Prezidenti Əliyev Qərbin ölkəsinə münasibətini tənqid etdi” başlıqlı yazısında Prezidentimizin çıxışına geniş yer verib. Yazıda dövlətimizin başçısının “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”, “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər” sitatları yer alıb.

“Hurriyet.com” saytının “Sülh anlaşmasının əsas maddələri hazırlanıb Ermənistana göndərildi” sərlövhəli yazısında da Prezident İlham Əliyevin fikirləri əks olunub. Yazıda dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, Azərbaycan iki il yarım bundan əvvəl suverenliyini bərpa etdikdə, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti vardı və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Daha sonra Prezident İlham Əliyevin bu fikirlərindən sitat gətirilib: “Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”.

“Haber 16” saytı isə “Əliyev: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından belə bir sitat gətirib: “Beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

“Haber Global” media qurumunun “Əliyevdən sülh prosesi açıqlaması: Konkret nəticələr üçün dialoqa hazırıq” sərlövhəli geniş yazısı “Ermənistan bölgədə nəqliyyat dəhlizlərinin dirçəldilməsindən yayınır”, “Qarabağı tərk edən ermənilər evlərinə qayıda bilərlər” kimi yarımbaşlıqlarla verilib.

Yazıda Prezident İlham Əliyevin “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var” kimi fikirləri əks olunub.

“Aydınlık” saytının “Əliyev açıqladı: Sülh sazişində son vəziyyət necədir?” başlıqlı məqaləsi isə “Bölgəyə sülhü gətirdik”, “Ermənilər üçün lazımi şərtlər yaradılır”, “Ermənistana əlimiz uzatdıq” kimi yarımbaşlıqlarla verilib. Yazıda Prezident İlham Əliyevin “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur” - kimi fikirləri geniş yer alıb.

“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”. Prezident İlham Əliyevin bu fikirləri isə “En son haber” saytında işıqlandırılıb.

“Əliyev açıqladı: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” sərlövhəli daha bir məqalə “Star” saytında yer alıb. Prezident İlham Əliyevin Fransa və Hindistanın Ermənistanı silahlandırması ilə bağlı fikirlərinin yer aldığı məqalədə dövlətimizin başçımızın bu ifadələrinə də yer verilib: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

Məqalə Prezident İlham Əliyevin Qranada görüşünə getməməsinin səbəbləri, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılığa gəldiyi, Avropada liderlər arasında populist insanların olduğu kimi fikirləri yarımbaşlıqlarla yayımlanıb.

Dövlətimizin rəhbərinin ifadələrinin geniş işıqlandırıldığı “Son dakika.com” saytında “Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır” fikirləri “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”, - sözləri ilə davam etdirilib.

Məqalədə, həmçinin Azərbaycan Prezidentinin “Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik” kimi bir çox ifadəsi əks olunub.

Dövlətimizin başçısının “Sülh prosesinin təşəbbüskarı biz olmuşuq. İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə “dağlıq qaradağ respublikası”nı daxil etmək idi. Biz, əlbəttə ki, bunu rədd etdik. Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu (“dağlıq qaradağ respublikası” – red.) oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır”, sözləri “Akdeniz gerçek” saytındakı “Əliyev açıqladı: Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərilib” sərlövhəli daha bir yazıda yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müasir həyatda müəyyən səbəblərdən yaranan stress və narahatlıq xroniki xəstəlikləri artırır

“Braqa”nın baş məşqçisi: “Qarabağ”ın vurduğu ikinci qol oyunun taleyini həll etdi

Nuland: Rusiyaya qarşı yeni sanksiyalar paketinə çoxlu sayda məhdudiyyətlər daxil ediləcək

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü çərçivəsində konsert proqramı təşkil olunub

Avropa Liqası: “Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb YENİLƏNİB - 7

Husilər Yəmən yaxınlığında gəmilərə hücumları gücləndirəcəklərini vəd ediblər

Ərdoğan: Türkiyə Hərbi Hava Qüvvələrinə ilk yerli beşinci nəsil döyüş təyyarələri 2028-ci ildə veriləcək

Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub

İsveçin bəzi nazirləri öz tərcümeyi-hallarını “bəzəyiblər”

Bakıda Vladimir Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin 155 illiyi qeyd olunub

ADY Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarın gecikmə səbəbini açıqlayıb

"YAŞAT" Fondu antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanın yeni doğulan övladının zəruri xərclərini qarşılayıb

İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb YENİLƏNİB VİDEO

Bişkekdə “Planetlə dialoq” sənədli filminin nümayişi olub

Rusiya və Türkiyə xarici işlər nazirləri Rio-de-Janeyroda görüşüblər

Səlahiyyətli nümayəndə “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrin suallarını cavablandırıb

YAP Veteranlar Şurası Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirib

Sahibə Qafarova: Azərbaycan və İraq arasında münasibətlər xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə söykənir

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib

Avropa Liqası: “Qarabağ” və “Braqa”nın start heyətləri açıqlanıb

Biləsuvarda əkin sahəsindən "Kalaşnikov" avtomatı aşkarlanıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi muzeydə qeyd edilib

Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarların yubileyləri qeyd olunub

Yasamal rayonunda restoranda baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının ilk gününə yekun vurulub

Dövlət Məşğulluq Agentliyi Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzi ilə əməkdaşlıq edəcək

Ersin Tatar: Prezident İlham Əliyevin məni TDT-nin Zirvə toplantısına dəvət etməsindən çox məmnun oldum

Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib

Stirlinq Fondunun prezidenti: Azərbaycana hər səfərimdən mənəvi zövq alıram

Professor Lalə Allahverdiyeva: Qlobal istiləşmə ilə bağlı bütün dünyada artıq epidemiya baş verir

Vüqar Rəhimzadə: Faciələrimizi unutmamalı, nəsildən-nəslə çatdırmalıyıq

Ukrayna Azərbaycana yeni səfir təyin edib

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

Hesablama Palatasının sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirib

Keniya telekanalında Azərbaycan reallıqlarından danışılıb VİDEO

Azad Qarabağ Türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq ŞƏRH

Azərbaycan parabadmintonçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

Daxili işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

Pakistan Mədəniyyəti Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub

Respublika Uşaq Klinik Xəstəxanasına 14 yaşlı pasiyent üzərində bağırsaq keçməzliyi ilə bağlı əməliyyat uğurla keçirilib

Sloveniyada Xocalı qurbanlarının xatirəsi yad edilib

Lerikdə məktəblilərə narkomaniya haqqında məlumat verilib

Vətən Müharibəsi Qəhrəmanı: Azərbaycan dünyaya istehsal etdiyi silahların gücünü və dəqiqliyini göstərdi

QMİ sədri beynəlxalq forumda medianın ictimai rəyə təsirlərindən danışıb

Meksika COP29 üçün “Gənc iqlim səfirləri” proqramına başlayıb

Qarabağ Dirçəliş Fondu “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə start verir

Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı layihə regionlarda uğurla icra olunur

Sabirabadda külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə əlaqədar cinayət işi başlanıb

Cəlil Məmmədquluzadənin xatirəsi Nehrəm qəsəbəsindəki xatirə muzeyində anılıb

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirib YENİLƏNİB

Azərbaycan Premyer Liqası: XXIV turun hakimləri açıqlanıb

Binalar üçün enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı seminar keçirilib

Şəkidə fermerlərə aqrar sığorta ödənişi verilib

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı

Fransa Azərbaycana qarşı yürütdüyü çirkin siyasətə son qoymalıdır –deputat

Baş Prokurorluq Ağdam rayon sakininin itkin düşməsi faktı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib

Cəlilabadda daşınmaz əmlakla bağlı vətəndaşlarla görüş keçirilib

Əcnəbilər Ukraynanın Milli Qvardiyasında xidmət edə bilər

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub

Muxtar Babayevlə Qazaxıstanın Azərbaycandakı səfiri COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparıblar

Asiya Parlament Assambleyasının cari il üçün büdcəsi təsdiq edilib

Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi açılıb

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancıdan

Xarici işlər naziri Ceyhun Bayramov Toivo Klaarla Azərbaycan-Aİ əlaqələrinin cari vəziyyətini müzakirə edib

“Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” - elmi sessiya

İqtisadiyyat naziri COP26 prezidenti ilə görüşüb

Əhməd Əhmədovun Psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə yayılan xəbərlərlə bağlı Baş Prokurorluqdan açıqlama

Azərbaycan millisinin məşqçisi: Heyətdə sürpriz adlar ola bilər

Türkiyənin Müdafiə Nazirliyi: Həftə ərzində regionda 60 terrorçu zərərsizləşdirilib

Qədir Xəlilov: Ölkədə istehsal olunan silahlarla tanışlıq gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır

Süni intellektin yeni modeli sözlü işarələri videoya çevirəcək

İstiqlal Muzeyində Xocalı soyqırımının qurbanları yad olunub

Asiya Parlament Assambleyasının komitə iclasında müzakirə olunan 7 qərar layihəsi təsdiqlənib 

Malayziyanın Baş naziri Ənvər İbrahimdən

Startapçı: Qürurla qeyd edə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik üçün yerli həll mövcuddur – MÜSAHİBƏ

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyovdan

Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

Audiovizual Şura “MTV”nin yayımının 8 saatlıq dayandırılması haqqında qərar qəbul edib

® Estoniyanın innovativ erkən təhsili: Gənc ağılların tərbiyəsi

Müdafiə Sənayesi Nazirliyi gənclər üçün infotur təşkil edib

Güləş üzrə Azərbaycan millisi Qazaxıstanda təlim-məşq toplanışına başlayıb

Keniyanın Baş prokuroru Ağdama səfər edib

COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - SƏRƏNCAM

Xocalı faciəsi: həqiqətlər və erməni yalanları

Ermənistan həqiqətən sülh istəyirsə, Azərbaycana qarşı şantaj kampaniyasını dayandırmalıdır – Azay Quliyev

Almaniya Federativ Respublikasının Şərqi Biznes Assosiasiyasının Müşahidə Şurasının sədri Katarina Klaas Mülhauzerdən

Yüksək Liqa: “Azərreyl” autsayderə asanlıqla qalib gəlib

Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniyada prezident seçkiləri sentyabrda keçiriləcək

Milli İncəsənət Muzeyində növbəti konsert – Zəfər qanadlarında

Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.M.Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.M.Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Aqroservis” ASC-nin sədri Goranboyda vətəndaşları qəbul edib