Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi yeni inkişaf erasında qazanılacaq uğurlarımızın formuludur – Təhlil

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi yeni inkişaf erasında qazanılacaq uğurlarımızın formuludur –  Təhlil

Bakı, 24 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqi Azərbaycanın siyasi təqvimində fevralın 7-də başlayan yeni inkişaf erasının proqram sənədi kimi səciyyələndirilə bilər. Bu nitq tarixi əhəmiyyəti, siyasi çəkisi, strateji prioritetlərin sıralanması baxımından Ümummilli Lider Heydər Əliyevin Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətini xatırladır. Eyni zamanda, Ulu Öndərin Azərbaycan xalqına müraciətində dövlətçilik qarşısında qoyduğu vəzifələrin artıq yerinə yetirilməsinin hesabatı kimi səciyyələndirilə bilər.

Xalqımızın sarsılmaz etimadını qazanan Prezident İlham Əliyev verdiyi mesajlarda tam suverenliyini, ərazi bütövlüyünü bərpa edən Azərbaycan dövlətinin qarşıdakı onilliklərdə qət edəcəyi tarixi yolun trayektoriyası da cızılmış oldu. Daha güclü Azərbaycan əsrinin postulatları şübhəsiz ki, yeni yazılacaq dövlətçilik tariximizin fövqəladə vacib hədəfləri üzərində fokuslandı, qüdrətli Azərbaycanın quruculuğu yönündə qarşıda duran məqsəd və vəzifələrin ümumi mənzərəsini aydın şəkildə göz önündə canlandırdı.

Üçüncü tərəfdən, inauqurasiya nitqi Zəfərimizdən sonra formalaşan tamamilə yeni hərbi, siyasi, iqtisadi, texnoloji, mədəni reallıqda Ümummilli Lider Heydər Əliyevin sözügedən müraciətində milli varlığımızı əbədiyaşar edən ideya və amillərlə bağlı indiki, eyni zamanda, gələcək nəsillərə vəsiyyətinin strateji məqamlarının konstatasiyası oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili departamentinin müdiri professor Tahirə Allahyarovanın “Prezident İlham Əliyevin andiçmə nitqindəki ideya və amillərin strateji məqamlarının təhlili” sərlövhəli məqaləsində əksini tapıb.

Məqalədə bildirilir ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil dövlətin bərpasıdırsa, XXI əsrin ilk yarısının cahanşümul hadisəsi suverenliyin tam təminatı, Qarabağın azad edilməsidir. Azərbaycan Prezidentinin nitqində dövlətimizin və xalqımızın məhz bu Qələbənin şərtləndirdiyi tarixinin dönüş nöqtəsini yaşaması əhatəli şəkildə əksini tapdı.

Bu çıxış Azərbaycan xalqının ötən dövr ərzində həm sosial-iqtisadi həyatının, həm də xarici siyasət sahəsində gələcək inkişafının aydın konturlarını müəyyən etdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda mübarizə apardığı və ölkənin ərazi bütövlüyünün bərpasının Qələbə ilə başa çatdırıldığı tarixi dövrü dəyərləndirdi. Qeyd olundu ki, ötən illər ərzində düzgün qurulmuş iqtisadi siyasət sayəsində ölkəmizdə qüdrətli ordunun qurulması, onun ən müasir silah növləri ilə təchiz edilməsi böyük Qələbənin əldə edilməsini şərtləndirib.

Bundan əlavə, Azərbaycan Prezidenti xəyanətkar separatçı niyyətlərin yuvasına çevrilən Xankəndidə dövlətçiliyimizin bərqərar olmasının, dövlət Bayrağımızın ucaldılmasının ölkəmizin daxili və xarici siyasət strategiyasını köklü surətdə yenilənməsini zərurətə çevirdiyini vurğuladı. O, yeni mərhələdə, yeni erada bütün dünyada köklü, dönməz dəyişikliklərin baş verdiyi bir zamanda ölkəmizin və dövlətimizin gələcəyini müəyyənləşdirən ən mühüm tarixi hadisələrdə hər birimizin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırdı.

XXI əsrin hərb savaşının qalibi olan Azərbaycan Ordusunun daha da gücləndirilməsinin, hərbi-texnoloji inqilabın nailiyyətlərindən hərtərəfli istifadə edilməsinin vacibliyi, eyni zamanda, döyüş meydanında həlledici amilin yenə də Azərbaycan əsgərinin olması faktı vurğulandı.

Dövlətimizin başçısı nitqində qalib Ordumuzda şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin ən yüksək səviyyədə olduğunu bəyan etdi, bunun qorunub saxlanması ilə bağlı vəzifələrin konturlarını müəyyənləşdirdi. Çıxışda, habelə tarixdə indiyə qədər heç bir ölkədə rast gəlinməyən məcburi köçkünlərin doğma torpaqlarında yenidən məskunlaşması nəzərdə tutan Böyük Qayıdış strategiyasının ardıcıl və qətiyyətlə həyata keçirilməsi istiqamətində görülən real işlərə toxunuldu.

Müəllif, həmçinin yazır ki, yeni eranın əsas fokus nöqtəsi onu yaradacaq yüksək savada malik hərtərəfli, çevik və rəqabətədavamlı Azərbaycan gəncliyidir. Məhz buna görə hər bir dövlətin sabahı sayılan gənclərin ideoloji hədəf kimi seçilməsi yeni geosiyasi savaş meydanıdır. Azərbaycan Prezidentin nitqində hərbi quruculuqdan sonra strateji hədəf qismində ideoloji məsələlər, risk və təhdidlər, gənclərimizin milli-mənəvi dəyərlər əsasında formalaşması qarşıda duran həyati vacib məqsədlər sırasına daxil edildi.

Zəfərimizdən sonra Ermənistanın özünün isterika səviyyəsinə çatmış revanşizm siyasətini, qisasçılıq niyyətlərini başlıca strategiya kimi seçdiyi sirr deyil. Qələbəmizdən keçən üç il ərzində bu siyasət özünü hər gün daha çox büruzə verməkdədir. Nə regionumuzu yeni silah-sursat cəbbəxanasına döndərən Ermənistana himayədarlıq edən ölkələr, nə də işğalçılıq siyasətinin rüsvayçı məğlubiyyətindən dərs çıxarmayan rəsmi İrəvan özünün sülhdə maraqlı olmadığını hər dəfə göstərir. Dünya güclərinin ikili standartlar siyasəti isə bu reallığı görmək iqtidarında deyil.

Belə olan halda, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan və havadarları yeni savaşa - informasiya müharibəsinə səfərbər olub. Bu müharibədə dezinformasiya, ictimai şüurun manipulyasiyası, ölkəmizə qarşı saxta ittihamlarla dolu qətnamələrin qəbulu, sanksiyalara sürüklənmə cəhdləri, beynəlxalq imicin demonizasiyası prosesi tam sürətlə davam edəcək. Bu prosesi, habelə bütün Qərb dünyasında gedən seçkilər fonunda bir tərəfdən diaspor maliyyəsinə ehtiyac, digər tərəfdən siyasi xal qazanmaq, həmçinin qlobal xristian təşkilatlarını da cəlb etməklə ona siyasi, dini-ideoloji “səlib yürüşü” xarakteri vermək imkanları daha da tətikləyir.

“Beynəlxalq geosiyasi zəlzələ” adlanacaq yeni dünya düzəni, Qərb-Şərq sivilizasiyaları arası toqquşma müzakirələri də erməni həmrəyliyini yönəldən amil kimi istismar edilir. Nikol Paşinyanın Avroparlament tribunasında “etnik təmizləmə” mövzusunda çıxışının ayaq üstə alqışlanması bu prosesə, sadəcə, bir faktdır.

Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsində ilk addım Zəfər yaddaşının, qalib kimliyin formalaşdırılmasıdır. Misli görünməmiş Qələbə tariximizin milli yaddaşa həkk edilməsi ilə bağlı məsələlər, Zəfərimizin təbliğinin siyasi-ideoloji, mənəvi əsaslarına dair vəzifələr ilk sırada durur. Bu sahədə konkret məsul qurumun yaradılması yeni erada məqsədlərə nail olunması yönündə vacib hesab edilə bilər. Etiraf edək ki, hazırda Zəfərimizdən 3 il keçməsinə baxmayaraq, ideoloji, mədəniyyət, kino, ədəbiyyat və digər sahələrdə yaddaqalan hər hansı musiqi, film, əsər və s. yoxdur.

Prezident İlham Əliyevin toxunduğu yeni erada görüləcək ən strateji tədbirlərdən biri də Azərbaycana qarşı bütün sahələrdə resursları səfərbər edən revanşist erməni diasporunun qlobal siyasi korrupsiya şəbəkəsinin faktlarla ifşa olunmasıdır. Birmənalı və yekdil qənaət bundan ibarətdir ki, milli ideya və dəyərlər mövzusu həmişə çətin vaxtlarda, dünyanın və dövlətin inkişafının dönüş nöqtələrində xüsusilə aktuallaşır.

Şərq müdriklərinə görə, “əgər hara getdiyini bilmirsənsə, o zaman heç bir səmt küləyi sənə kömək edə bilməz”. Çünki məhz ideya və devizlərdə qısa formada təcəssüm tapmış milli ideya xalqı ümumi məqsədə çatmaq üçün birləşdirməyə, onun səfərbəredici və qurucu enerjisini dəfələrlə artırmağa, bütün qüvvələri səfərbər etməyə, milli birliyi yaratmağa imkan verir. Yaxud da əksinə, ölkənin özünün ideoloji “istinad nöqtəsi”nin olmaması dövləti dünyanın bütün - geosiyasi, iqtisadi, mədəni, mənəvi-ideoloji səhnələrində həssas vəziyyətdə qoyur. Cəmiyyətin sabaha inamı zəif təməllər üzərində qalır, sabitqədəm yaşam tərzinə xələl gəlir.

“Tarixin sınağından çıxan yekdil qənaətə görə, mədəniyyət, mənəviyyat, dəyərlər və ideyalar sistemi elə bir sahədir ki, burada baş verən itkilər heç zaman qaytarıla bilməz. Prezident İlham Əliyevin nitqində dəyərlər, ideologiya məsələsi məhz buna görə güclü Ordudan sonra strateji sıralamada ikinci yerdə bərqərar olub.

Hər bir xalqın milli birliyinin, mənəvi dəyərlərinin cəmlənmiş ifadəsi, dövlətin hədəflərinin təcəssümü olan milli-mənəvi dəyərlər və ideyalar sistemi olmadan heç bir ölkə uğur qazana bilməz. Milli kimlik və mənəvi ideallarda öz əksini tapmış dəyərlər insanların dünyagörüşünə və davranışına təsir göstərir.

Dəyərlərimiz yetişən gənc nəslə yol göstərən mayaklar rolunu oynayır. Belə ki, dünyaya gələn hər bir gəncin düşüncəsində bununla bağlı suallar aktuallaşır: “Biz kimik? Haradan gəlmişik? Haraya doğru gedirik? Məqsədimiz nədir? və sair”. Çünki insanın və bəşəri varlığın mahiyyəti belədir. Dəyərlərin iyerarxiyasının, ideya axtarışı proseslərinin, onların lakonik və qısa düsturunun tapılmasının əhəmiyyəti də buradan irəli gəlir.

Milli inkişafın əsasını təşkil etməli olan mənəvi dəyərlər iyerarxiyası belə qurulub: xeyirxahlıq və ədalət, vətənpərvərlik, insan hüquqları, ailə, müstəqillik, qanunun aliliyi, azadlıq, əmək, qayda-qanun, sabitlik, vətənə məhəbbət, şərəf və borc anlayışı, dini dəyərlər və sair.

Tarix sübut edib ki, milli ideyaya və ideologiyaya malik olan dövlət, ideologiyasızlığın hökm sürdüyü ölkədən qat-qat güclü olur. İdeya uğurun strategiyası kimi çıxış edir. Milli ideya xalqın varlığını, ümumi məqsəd naminə hara getdiyini və nəyə nail olmaq istədiyini bilmək üçün lazımdır. Dünyada ideyasız dövlət yoxdur. Tarixə nəzərən demək olar ki, davamlı mili ideyasız dövlət inkişaf edə bilməz. Bunu dünyanın konstitusion praktikası da sübut edir. Milli ideya mənəviyyat məsələsidir və bunsuz dövlətin mövcudluğu mümkün deyil”, - deyə müəllif yazıb.

Diqqətə çatdırılıb ki, dövlət üçün ideyanın alternativi yoxdur və “ideologiyasızlaşdırma” özü də bir ideologiyadır. Çox məşhur, tarixin sınağından çıxmış bir deyim var: “müqəddəs yer boş qalmır”. Əgər ideya boşluğu varsa, onu hökmən başqa, daha zərərli ideyalar tutacaq.

Müxtəlif siyasi ideologiyaların, cərəyanların, mövqelərin rəqabəti mümkündür. Lakin milli birlik, müstəqil, güclü, demokratik dövlətçilik ideyasına əks olan ideologiya mümkün deyil və qəbuledilməzdir. Bu o deməkdir ki, xalqın, millətin yekdil olduğu, ətrafında yumruq kimi birləşdiyi ümummilli məsələlər var. Azərbaycan xalqı milli ideyanı məhz dövlətçilik məsələlərində çoxmillətli xalqın sarsılmaz birliyini təmin edən qüvvə kimi görür. Milli ideya doğma deyil, dinamik fenomendir. Zaman keçir milləti dövlətin qarşısında daxili və xarici siyasi reallıqla dəyişən yeni imkanlar, perspektivlər, üfüqlər açılır. Milli ideyanın hədəflərinə, gerçəkləşdirmə yollarına və vasitələrinə korrektivlər edilir. Yeni milli layihələr, dövlət proqramları qəbul edilir və konkret nəticəsini verir.

Qələbəmizin yaratdığı yeni reallıqda milli dəyərlər və ideyalar sisteminin gerçəkləşməsinin siyasi, iqtisadi, hüquqi, fəlsəfi, mənəvi, mədəni və digər meyarları mövcuddur. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsinin ifadə etdiyi milli dövlətçilik dəyərlərini Zəfərimizlə yazılan qalib kimlik ideyası daha da zənginləşdirib. Bu dəyərləri indiki nəslə aşılamaq və onu gələcək nəsillərə ötürmək yeni erada qarşıda duran həyati vacib məsələdir.

Məqalədə Prezident İlham Əliyevin kadrlarla bağlı yeni strategiya barəsindəki fikirlərinə də toxunulub. Vurğulanıb ki, insan amili, “kadrlar hər şeyi həll edir” deyimi zamanın sınağından çıxıb, bütün dövrlər və bütün ölkələr üçün aktualdır. Miqyaslı kadr islahatları uğur qazanan hər bir ölkənin siyasətinin əsas xəttini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. İnauqurasiya nitqində kadrlarla bağlı siyasətin dövlət idarəçiliyinin, iqtisadi inkişafın formalaşan tamamilə yeni reallığına uyğunlaşdırılması əksini tapıb.

Prezident İlham Əliyev hələ ötən prezident seçkilərindən sonra Azərbaycanın dövlət idarəçilik modelinə gətirdiyi innovasiyalardan biri kimi operativ və çevik qərarların qəbuluna potensiallı peşəkar kadrlar korpusunun, dünyada baş verən idarəetmə inqilabı - “dövlətə peşəkarlıq və ləyaqətlə xidmət” sistemi olan meritokratik sistemin formalaşmasına start verib. Yeni nəsil, yeni məmur növünün yetişdirilməsi, cəmiyyətdə sosial liftlərin hərəkətə gətirilməsi günün tələbidir. Dövlətimizin başçısının bununla bağlı gənc, bilikli, savadlı, dövlətə və dövlətçiliyə sadiq gənclərlə bağlı səsləndirdiyi mesajla cəmiyyətdə sosial liftlərin hərəkətlənməsinə yol açır. XXI əsrdə müasir dövlət kimi Azərbaycanın davamlı, yüksək həyat keyfiyyəti və standartlarına malik inkişafı, təkcə insan potensialının, vətəndaşın təşəbbüskarlığının, novatorluğunun, kreativliyinin aşkarlanması və reallaşması sayəsində mümkündür. Azərbaycanın dövlət idarəçilik modelinə gətirilən innovasiyalar kimi, səlahiyyətlərin şaxələnməsi, operativ və çevik qərarların qəbulunda potensialı olan peşəkar kadrlar korpusunun meritokratik sisteminin formalaşmasının mexanizmləri də konkret olaraq göstərildi.

Dövlətimizin başçısının nitqinin proqram sənəd kimi təhlili və öyrənilməsi gündəmdə duran əsas məsələdir. Prezident İlham Əliyevin nitqi təkcə yeni erada Azərbaycanın milli inkişaf yolunun hədəfləri yönündə deyil, habelə bütün dünyada yaşanan yeni geosiyasi reallıqda uğur modelini axtaran ölkələr üçün də töhfə sayıla bilər. Andiçmə mərasimində verilən mesajlar bu islahatlarının ana xəttidir. Prezident İlham Əliyevin inauqurasiya nitqi yeni inkişaf erasında tarixi salnaməmizə yazılacaq ilk səhifə, qarşıya qoyulan vəzifələrin gerçəkləşməsi üçün yol xəritəsi, qazanılacaq uğurların formuludur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin özəl sektorun təşviqi üzrə ilk qanunu qəbul edib

Azərbaycan avarçəkənləri “Prezident Kuboku”na 3 medalla başlayıblar

Azərbaycan cüdoçusu zədələndiyi üçün dünya çempionatında iştirak etməyəcək

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Çin millisinin sabiq baş məşqçisinə 20 illik həbs cəzası verilib

Xocəsəndə həssas təbəqədən olan 167 nəfər oftalmoloji müayinədən keçib

Türkiyənin turizm gəliri artıb

Laçında oftalmoloji aksiya keçiriləcək

Ağdama Böyük Qayıdış: Daha 35 ailə doğma yurduna qovuşub - YENİLƏNİB VİDEO

Ağdama Böyük Qayıdış: Daha 35 ailə doğma yurduna qovuşub - YENİLƏNİB VİDEO

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb

Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq aparıb

Fərid Qayıbov: İştirakçı sayından da bilinir ki, reqataya maraq ildən-ilə artır

Azərbaycan və İran münasibətlərində yeni dövr: Diplomatik istiqamətlər və regional güc balansı - ŞƏRH

Fərid Mansurov: Tarixi torpaqlarmızda idman yarışlarının keçirilməsi sevindirici haldır

Madaqaskar Fransadan “Səpələnmiş adalar”ı qaytarmağı tələb edir

Formula 1 pilotunun dəbilqəsi hərracda rekord qiymətə satılıb

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

BDU “Orhun” mübadilə protokolu üzrə əməkdaşlığı genişləndirir

Azərbaycanda distant təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

Mayın 1-də havanın temperaturu paytaxtda 20, bəzi bölgələrdə 23 dərəcəyədək artacaq

“AzerGold”da işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

İranın “Şəhid Rəcai” limanında təxribat versiyası təsdiqini tapmayıb

Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb

Donald Tramp özünü avtoritar lider hesab etmədiyini deyib

“QAZ-69”u ən yaxşı minik maşınları sırasında olan həmyerlimiz: Yenidən yürüşlərə qatılmağı planlaşdırıram

FHN-in Cənub Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Avropanın “Biomass” peyki meşələri və onların Yerin karbon siklində rolunu tədqiq edəcək

Pakistanın Baş naziri BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı - elmi konfrans

Azərbaycan-İran münasibətlərinə bədnamların heç bir pozucu fəaliyyəti təsir etməyəcək - RƏY

AFFA İntizam Komitəsi dörd klubu cərimələyib

Çinin “Adam” robotu insan yerişini mənimsəyib

Pakistanın bəyanatından sonra Narendra Modi təcili iclas çağırıb

İranlı ekspert: Rəşt-Astara dəmir yolu regionda logistika və ticarət əməliyyatlarının səmərəliliyini artıracaq - MÜSAHİBƏ

“Neftçi” basketbol klubunun kapitanı: Çempion olub, ölkəmizi avrokuboklarda təmsil etmək istəyirik

İlk rübdə “TotalEnergies”in gəlirləri azalsa da, “Equinor”un gəlirləri artıb

Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir ŞƏRH

DSX-nin hərbi hissələrində “Açıq qapı” günü keçirilib

Kanada və ABŞ liderləri yaxın zamanlarda görüşə bilərlər

BMU ilə Pakistan universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Qlobal Cənub ölkələrinin QHT Forumu Azərbaycanın məsuliyyətli tərəfdar olduğunu nümayiş etdirdi ŞƏRH

Dövrünün şəxsiyyəti: Nikolay Baybakov – “ikinci” və “üçüncü” Bakının yaranması

Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

Cari ilin birinci rübündə “Volkswagen” və “Mercedes-Benz” şirkətlərinin gəlirləri xeyli azalıb

Suqovuşanda “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi keçirilib

Deputat: Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi üçün tarixi imkan yaranıb

Prezident İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

Prezident: Azərbaycan etibarlı tərəfdaşı olan İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir

Amerikalı UFC döyüşçüsü həbs olunub

Pianoçu Əhəd Əsgərov: Xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri mədəniyyətin və incəsənətin təbliği baxımından güclü stimuldur

Beynəlxalq kukla festivalının Bakı mərhələsi yekunlaşıb

"Arşın mal alan" Lənkəran Dövlət Dram Teatrının səhnəsində

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyib

Görkəmli riyaziyyatçı-alim Fərəməz Maqsudovun 95 illiyi qeyd olunub

Azərbaycan Cənubi Qafqazda Çinin ən etibarlı strateji tərəfdaşıdır ŞƏRH

İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab İsxak Hersoqa

Tanınmış futbolçu qol sayına görə Neymarı geridə qoyub

Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olunub

Nəvaidən Biləsuvar və Neftçala GES-ə ötürmə xətlərinin tikintisinin bu il başa çatdırılması planlaşdırılır

Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub

AQTA və İran Baytarlıq Təşkilatı heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq edəcək

Qəbələdə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib

Nazir müavini İdris İsayev Macar-Türk Sammitində iştirak edib

“Sabah” qəzeti: Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə tezliklə 1500-yə yaxın uşaq təhsil alacaq

“Bavariya”nın futbolçusu Fransa klubu ilə anlaşıb

DİN: Ötən gün bank kartlarından 36 min manat oğurlanıb

Zərdabda 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur VİDEO

Zərdabda 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur VİDEO

PSJ-nin futbolçusu Çempionlar Liqasının pley-off mərhələsində vurulan qolların sayına görə Zidanı geridə qoyub

Dünya bazarında qızıl 15 dollaradək ucuzlaşıb

Çempionlar Liqası: “Barselona” bu gün “İnter”i qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb

Bu gün Beynəlxalq Caz Günüdür

Keniyalı qonaq “ASAN xidmət” barədə məlumatlandırılıb

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Azərbaycanda diri çəkidə ət istehsalı artıb

Çinin “Şencou-19” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO

Çinin “Şencou-19” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO

Şimali Koreya yeni döyüş gəmisinin silah sistemlərinin ilk sınağını keçirib

Bakıdakı "Çempionlar savaşı" turnirində rapid yarışlarına yekun vurulub

Britaniya kriptovalyuta sənayesini tənzimləmək üçün yeni qanun layihəsi təqdim edib

Avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası bu gün start götürəcək

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

Tbilisidə bazarda güclü yanğın baş verib

Misirdə qum qasırğası ilə bağlı qırmızı xəbərdarlıq elan edilib

Azərbaycan Qazaxıstan taxılının idxalını 111 dəfə artırıb

İybilmə pozğunluğu və idrak zəifliyi arasındakı əlaqə ortaya çıxıb - ARAŞDIRMA

Terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır

Hindistanda hoteldə baş verən yanğında 14 nəfər ölüb

Sarıcalı sakini: Qarabağdakı bərpa işlərini qürur hissi ilə izləyirik

Keçmiş məcburi köçkün: illərdir doğma ocağa qayıdacağımız günü gözləyirdik

Ukraynanın Dneprpetrovsk vilayətinin bəzi kəndlərində əhali təxliyə edilir

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb

Sənaye tullantıları onilliklər ərzində qayaya çevrilir - ARAŞDIRMA

Bolqarıstan portalı Prezident İlham Əliyevin iranIı həmkarı ilə görüşündən yazıb

Almaniyada ifrat sağçı AfD-nin reytinqi artmaqdadır

ABŞ Polşaya 1,3 milyard dollar dəyərində raket satışını təsdiqləyib

Lənkəranda xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilib

Pedaqoji Universitetdə Autizm maarifləndirmə ayı qeyd olunub