Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin Çernobbio Forumunda səsləndirdiyi fikirlər dünya mətbuatının diqqət mərkəzində

Çernobbio, 6 sentyabr, AZƏRTAC

Dünya mediası Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışına və səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Reuters”, “Bloomberg”, “Financial Post”, “The Straits Time”, “World Energy News”, “Aol”, “WTVB”, “XM”, “US News” və “WTAQ” kimi media agentliklərinin yaydığı materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmi olaraq ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi adlanan boru kəməri sistemi marşrutu boyu mövcud əlavələr və interkonnektorlar sayəsində geniş Avropa və Asiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Azərbaycan hazırda azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparır.

Materiallarda Prezident İlham Əliyevin Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilir. Vurğulanır ki, dövlətimizin başçısı Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarının Azərbaycana müraciət etdiyini, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərildiyini deyib. Qeyd edib ki, Azərbaycan bu kontekstdə hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var.

Azərbaycan Prezidenti vurğulayıb ki, tranzit dayanarsa bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Azərbaycan həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyir. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaq.

İtaliyanın RAI, ANSA, “Borsa Italiana” və digər mətbu orqanlarında dərc olunan yazılarda Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycan və İtaliyanın uzun illər ərzində strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd etdiyi bildirilir. Vurğulanır ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.

Yazılarda dövlətimizin başçısının enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz parçası olduğunu bildirdiyi qeyd edilir. Vurğulanıb ki, Azərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.

Materiallarda Azərbaycan Prezidentinin Çernobbioda İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrisio Fabbri ilə görüşdüyü bildirilir. Diqqətə çatdırılır ki, “Ansaldo Energia” şirkəti hazırda Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirak edir və stansiya 4 ədəd qaz turbini ilə təchiz olunub. “Ansaldo Energia” Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda maraqlıdır. Görüşdə yaşıl enerji sahəsində birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunur.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Çernobbio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

Tanınmış avarçəkən Azərbaycana səfər edib

Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb

Qazaxıstanda referendumdan əvvəl “sükut günü” başlayıb

AFR-in sabiq prezidenti Ukraynaya “Taurus” raketləri verməyi təklif edib

Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb

XİN: Ermənistan XİN rəsmisinin bu ölkənin sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır

Qazaxıstanda TDT Müsəlman Dini İdarə rəhbərləri şurasının görüşü keçirilib

Yazıçı-publisist Nüşabə Məmmədlinin kitablarının təqdimatı keçirilib

Baş Prokurorluqda görüş keçirilib

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi - SƏRƏNCAM

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.K.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cəbrayılda alkoqolsuz içkilərin istehsalı kompleksinə ilkin mərhələdə 35 milyon manat investisiya qoyulacaq

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

Bu il İtaliyaya 9 milyard kubmetrdən çox qaz ixracı gözlənilir

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

Volodimir Zelenski: Ukrayna “Ramştayn” görüşündə qələbə planını tərəfdaşlarına təqdim edəcək

Çin sərhədindən Abşerona qədər yükdaşımalarının müddəti 9 günədək azaldılıb

Braziliya məhkəməsi “Mercedes”i 6,7 milyon avro cərimələyib

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Çin növbəti kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

İngiltərə çempionatında rəqibini dişləyən futbolçu səkkiz oyun cəzalandırılıb

Asteroidlər gələcək kosmik missiyalarda qida mənbəyi ola bilər

Niger dövlət başçısının xüsusi müşaviri 1 saylı Bakı DOST Mərkəzində olub

FHN metronun “İçərişəhər” stansiyasında təlim keçirib VİDEO

Omanda ICESCO-ya üzv ölkələrin təhsil nazirlərinin konfransı təşkil olunub

Avstriyada ifrat sağçılara qarşı yürüş keçirilib

Erməni terrorunun şahidi: Düşmənin bazarı hədəf almasında əsas məqsədi daha çox insanı öldürmək idi

Cəbrayıl şəhərindəki yaşayış kompleksi 33 binadan ibarətdir FOTO

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə ilin sonuna kimi şagird sayı 400-ə çatacaq

Nəqliyyat keçidləri üzrə Trans-Xəzər koordinasiya platforması işə salınıb

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş olub

İkiqat Olimpiya iştirakçısı: Azərbaycana hər gəlişimdə gimnastikanın daha da inkişaf etdiyinin şahidi oluram

Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi” açılıb

Azərbaycanlı məktəblilər TÜRKSOY-un inşa müsabiqəsinin qalibləri olub

ADU-nun Konfutsi İnstitutu “Bakı - kitablar dünyası” adlı tədbir təşkil edib

Aşıq Ələsgərin nəticələri Bakıda böyük el sənətkarına abidə ucaldılması ilə bağlı təəssüratlarını bölüşüblər

Azərbaycanlı deputatlar Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

“TEKNOFEST” festivalında 3D printerində yaradılan təyyarə, helikopter və avtomobillər təqdim olunub

Dosent Tacir Qurbanov: Aşıq Ələsgərin abidəsi Azərbaycanda bu sənətə verilən dəyəri əks etdirir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

Belaruslu baş məşqçi “Neftçi”nin təklifini qəbul etməyib

Bakıda və Sumqayıtda dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Ermənistanın kənardan hərbiləşdirilməsi erməni xalqının növbəti faciəsinə yol açır ŞƏRH

Beynəlxalq Muğam Mərkəzində pianoçu Olqa Domninanın konserti olub

Azərbaycanın həndbol komandaları Avropa Kubokunda mübarizəyə başlayır

Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür

DİN: Ötən gün 2 avtomat silahı və 7 tüfəng təhvil götürülüb

Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb

Macar parlamentari: AŞPA-nın Azərbaycanla bağlı müvafiq həll yolu tapmasının əsl vaxtıdır VİDEO

Birinci mərhələdə Horovluya 1400-ə yaxın sakin köçürüləcək 

Cəbrayılda təməli qoyulan müəssisələr yerli əhalinin məşğulluğunun təmin olunmasına töhfədir ŞƏRH

İncəsənətin gözəlliklərini şagirdlərə aşılayan müəllim FOTO VİDEO

Dünya birjalarında neft bahalaşıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununa çıxacaq

Eka Sepaşvili: AŞPA-da Azərbaycan nümayəndə heyətinin mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil VİDEO

Azərbaycanın Baş naziri Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub

Bu gün Misli Premyer Liqasında daha 2 oyun keçiriləcək

DİN: Ötən gün 32 cinayətin üstü açılıb

Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub VİDEO

Muzey Mərkəzində “Anadoludan Əsintilər” adlı sərginin açılışı olub

Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

Zərdabda narkokuryer saxlanılıb

Harris ABŞ-dakı müsəlman və ərəb icmalarının liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Gənc müəllim: Bizim işimiz şagirdə istiqamət verməkdir

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür

ABŞ miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq

Monteneqroda insan alveri ilə məşğul olan 13 nəfər həbs edilib

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür

Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir

Avropa İttifaqı Çin istehsalı olan elektrikli avtomobillərə cəza tarifləri tətbiq etmək qərarına gəlib

Rəqəmsal asılılıq həm fiziki, həm də ruhi sağlamlığa mənfi təsir göstərir

Azərbaycan Qazaxıstanda uçuşların təhlükəsizliyinə dair seminarda iştirak edib

Tayvanda “Kraton” qasırğası nəticəsində 667 nəfər xəsarət alıb, ölənlər var

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub

Gəncədə milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda konfrans keçirilib

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

Bosniya və Herseqovinada daşqın azı 14 nəfərin həyatına son qoyub

Rusiyanın xarici işlər naziri Azərbaycanın yeni səfiri ilə görüşüb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

NDU-da təhsildə inkişaf mərhələlərinə dair II Respublika elmi konfransı keçirilib

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Cəbrayıl bərpa və firavanlıq yolundadır - RƏY

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb

Səfirlik Gürcüstandakı Amerika vətəndaşlarına xəbərdarlıq edib

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib

Fransada solçu deputatlar yeni Baş nazirə etimadsızlıq votumu irəli sürüb

Gürcüstanda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan yeni uşaq bağçası istifadəyə verilib

İkiqat Olimpiya iştirakçısı Azərbaycan gimnastlarına ustad dərsi keçib

“Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib

Prezident Ərdoğan: “TEKNOFEST” Türkiyənin qürur mənbəyidir

Azərbaycanın müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

Əli Əhmədov: Azərbaycanla Gürcüstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir

“İrəvan gündəliyi” kitabının təqdimatı olub