Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib YENİLƏNİB VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin 
çıxışı

- Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.

Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.

Bu gün mən Azərbaycan xalqına müraciət etdim. Müraciətdə bu təxribatın səbəbləri və son müddət ərzində Ermənistanın çirkin addımları haqqında geniş məlumat verdim, fikirlərimi bölüşdüm, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bir daha bildirirəm ki, bu gün səhər tezdən bizə qarşı edilən hərbi hücum planlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında itkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.

Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!

Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.

Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.

Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir.

Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağlıq Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü və yorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var. Ancaq münaqişənin ilk illərində bu, belə deyildi. Münaqişənin ilk illərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.

Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.

Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.

Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

İndi isə məlumat üçün söz verilir Müdafiə naziri Zakir Həsənova.

Müdafiə naziri Zakir Həsənov dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Məruzə edirəm ki, saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutmuşdur. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olmuşdur. Hərbi hissələrin ön xətti də atəşə tutulmuşdur. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunmuşdur və onların hücuma hazırlaşdığı müşahidə edilmişdir. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd işğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeyd edim?

Prezident İlham Əliyev: Qeyd et.

Nazir Zakir Həsənov: Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir.

Məruzə etdi Müdafiə naziri general-polkovnik Həsənov.

Prezident İlham Əliyev: Aydındır. Biz Təhlükəsizlik Şurasının qalan hissəsini qapalı rejimdə keçirəcəyik. Əminəm ki, Azərbaycan vətəndaşları bu qərara anlayışla yanaşacaqlar. Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirr təşkil edir. Ancaq yenə də demək istəyirəm ki, Azərbaycan əhalisi müntəzəm olaraq həm Prezident Administrasiyası, həm Müdafiə Nazirliyi tərəfindən məlumatlandırılır. Azərbaycan vətəndaşlarına operativ məlumat çatdırılacaqdır.

Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

x x x

Sonda Təhlükəsizlik Şurasının digər üzvləri müzakirədə iştirak etdilər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib YENİLƏNİB  VİDEO

Sənaye tullantıları onilliklər ərzində qayaya çevrilir - ARAŞDIRMA

Bolqarıstan portalı Prezident İlham Əliyevin iranIı həmkarı ilə görüşündən yazıb

Almaniyada ifrat sağçı AfD-nin reytinqi artmaqdadır

ABŞ Polşaya 1,3 milyard dollar dəyərində raket satışını təsdiqləyib

Lənkəranda xəbərdarlıq-toplanış üzrə mülki müdafiə məşqi keçirilib

Pedaqoji Universitetdə Autizm maarifləndirmə ayı qeyd olunub

Şamaxıda “Yol hərəkəti qaydalarının öyrənilməsi” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib

Çempionlar Liqası: PSJ yarımfinalın ilk oyununda "Arsenal"ı məğlub edib

Avroliqa: "Fənərbağça" yarımfinala yüksəlib

İNALCO-nun tələbəsi: “Türk Mədəniyyəti və Dili Günü” bütün türk xalqlarının mədəniyyətini tanıdır

Dövlət Departamenti: “Rusiya-Ukrayna məsələsində irəliləyiş olmasa, biz vasitəçi kimi prosesdən geri çəkiləcəyik

Masallıda növbəti əmək yarmarkası keçirilib

Uppsalanın mərkəzində üç nəfər qətlə yetirilib

Almaniyada AfD-li siyasətçinin sabiq köməkçisi casusluqda ittiham olunur

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı təntənəli qala-konsertlə başa çatıb

İNALCO-nun tələbəsi: Məqsədim tariximizi və mədəniyyətimizi tələbələrə tanıtmaqdır

Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan Basketbol Liqası: "Sabah" və "Neftçi" finala yüksəlib

“Zəfərin 5-ci ili: böyük qayıdışın addımları” adlı fotomüsabiqə elan edilib

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər

Parisdə “Türk Mədəniyyəti və Dili Günü” qeyd edilib VİDEO

Parisdə “Türk Mədəniyyəti və Dili Günü” qeyd edilib VİDEO

Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub

Türkiyə Üç Dəniz Təşəbbüsündə “strateji tərəfdaş” olub

Zabratda avtomobil təmiri sexində baş vermiş yanğın söndürülüb

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik VİDEO

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik VİDEO

Ağ ev Trampın ilk 100 gündəki nailiyyətlərini açıqlayıb

Naxçıvanda "SuVar!" adlı ekoloji aksiya keçirilib

Britaniyanın enerji sistemində baş vermiş nasazlıqlar araşdırılır

Avarçəkmə üzrə “Prezident Kuboku-2025”in püşkatması olub

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən beynəlxalq təlimdə iştirak edir

Azərbaycan ilə Cibutinin əlilliyi olan şəxslər təşkilatları Əməkdaşlıq Memorandumu imzalayıblar

İordaniyalı qonaqlar Azərbaycan parlamentində olublar

Rumıniya və Bolqarıstan mediası Prezident İlham Əliyevin Çinin telekanalına müsahibəsindən yazıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə “Innosummit” infosessiyası keçirilib

Londonda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Üç günə qarşı 30 günlük atəşkəs təklifi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılır - QƏRAR

Azərbaycan filmi 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq

“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın təcrübəsi və investisiyaları Əfqanıstanda iqtisadi artımın təşviqində əsas rol oynaya bilər - MÜSAHİBƏ

Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Savat üzrə Azərbaycan millisi Bolqarıstanda 4 medal qazanıb

Məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə başlanılır

Siyasi partiya sədrlərinin birgə səfərlərinin növbəti ünvanı Laçın şəhəridir

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan çini kolleksiyanın kataloqu nəşr olunub

Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq sazişi imzalanıb

Bakıda keçirilən Forum çərçivəsində 10 beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Bakıda keçirilən Forum çərçivəsində 10 beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb VİDEO

BDU-dan başlayan liderlik hekayəsi

10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Apellyasiya Arbitraj Tribunalı “Kəpəz”in şikayətini qismən təmin edib

Azərbaycan və Pakistan qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirə aparıb

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşıb

Birləşmiş Krallığın dövlət naziri Ermənistanın mina təhdidi barədə məlumatlandırılıb

Senator: Azərbaycanın təcrübəsi Rumıniya üçün mühüm nümunədir

ADPU-da təlim: Süni intellektin tətbiqi, innovasiyası və perspektivləri

ICESCO-nun Baş direktoru: Bakıda açılan regional ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək VİDEO

ICESCO-nun Baş direktoru: Bakıda açılan regional ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək VİDEO

TDT-yə üzv ölkələrin rəqabət qurumu rəhbərlərinin iclası keçirilib

Mərakeş mediası elektrik enerjisinin kəsilməsi fonunda Rabatın İspaniyaya “səxavətli jest”indən yazır

Azərbaycan Hökumətinin missiyası Banqladeşdə: İkitərəfli münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyənin “Roketsan” şirkətinin nümayəndələri BMU-da olub

Zabratda avtomobil təmiri sexində yanğın baş verib VİDEO

Zabratda avtomobil təmiri sexində yanğın baş verib VİDEO

Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir

Azərbaycan-İran münasibətləri: yeni siyasi və mədəni birgəliyin başlanğıcı

Gənc ailələrin sosial-iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi - ARAŞDIRMA

Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb

İsveçdə su samurlarının yetişdirilməsi dayandırılıb

XİN: Avropa Şurasının insan hüquqları komissarının Azərbaycana qarşı bəyanatını qətiyyətlə rədd edirik

Hepatit A virusuna yoluxma hallarının artması Avropada həyəcan doğurur

Azərbaycan və İtaliya parlament üzvləri ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər

Kosmosu fəth edən macarların siyahısına yeni adlar əlavə olunacaq

Buxara şəhərində “Özbəkistan–Azərbaycan əlaqələri arxiv foto sənədlərində” kitab-albomunun təqdimatı olub

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb

Paytaxtın küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti: Avropa çempionatındakı təcrübə növbəti yarışlar üçün çox vacibdir - MÜSAHİBƏ

Xabi Alonso “Real Madrid” ilə razılığa gəlməyə yaxındır

Naxçıvanda Hərracların Təşkili Mərkəzi istifadəyə verilib

Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub

Parlamentin Əmək və sosial siyasət komitəsində bir sıra məsələlər müzakirə edilib

Teatrşünas Məryəm Əlizadənin 75 illiyi qeyd olunub

Salvatore Kayata: İnşaat sektorunda əməkdaşlıq İtaliya ilə Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək

İran Prezidentinin Azərbaycana səfəri bölgənin təhlükəsizliyi, inkişafı, rifahı üçün mühüm amil olacaq - ŞƏRH

Mərkəzi Elmi Kitabxanada “Elsevier” nəşriyyatının elmi-məlumat bazasının təqdimatı keçirilib

Lənkəranda “Nəsillərin ahəngi” adlı tədbir təşkil olunub

Böyük Britaniya və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq razılaşması imzalanacaq

“British Petroleum”un gəlirləri 48 faiz azalıb

Azərbaycan Səudiyyə Ərəbistanı ilə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq edəcək

Qazax ekspert Qazaxıstan-Azərbaycan münasibətlərinin tarixi kökləri və perspektivlərindən bəhs edib

“AzerGold”da hasilatın pay bölgüsü haqqında saziş üzrə Rəhbər komitənin növbəti iclası olub

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib

ADSEA: Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir

Aygün Əliyeva: QHT Platforması Qlobal Cənubun səsinə çevriləcək VİDEO

Aygün Əliyeva: QHT Platforması Qlobal Cənubun səsinə çevriləcək VİDEO

Azərbaycanda yeni yaradılan voleybol klubunun təqdimat mərasimi keçirilib

Mortaza Məhəmmədzadə: Araz çayının hər iki sahilində investisiya platformalarının yaradılması iqtisadi inkişafı sürətləndirəcək

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib

“Azəriqaz”: Qaz şəbəkəsinin hər kilometri üzrə xərcləri 15 faizə qədər azaltmaq əsas hədəfimizdir