Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Prezident mükafatçıları: Süni intellektlə bağlı layihələrimiz 10 mindən çox insana çatıb və 11 ölkədə nümayiş olunub– MÜSAHİBƏ

Prezident mükafatçıları: Süni intellektlə bağlı layihələrimiz 10 mindən çox insana çatıb və 11 ölkədə nümayiş olunub– MÜSAHİBƏ

Bakı, 14 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Süni intellektlə bağlı layihələrimiz 10 mindən çox insana çatıb və 11 ölkədə nümayiş olunub. Bu günədək startap komandamızla Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Çin və bir sıra Avropa ölkələrində yarışmalarda, olimpiadalarda iştirak etmişik. Azərbaycan Bayrağının daim yüksəklərdə dalğalanmasına çalışmışıq. Ölkəmizdə keçirilən yarışmalarda dəfələrlə qalib olmuşuq. Biz texnologiya üzərində işləyəndə sadəcə texnologiya yaratmırıq, eyni zamanda ölkəmizə, cəmiyyətimizə fayda gətirə biləcək bir innovasiya üzərində işləyirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Prezident mükafatçıları, ADA Universitetinin tələbələri, bir sıra uğurlu startapların həmtəsisçiləri Ləman Əliyeva və Nihat Abdullayev deyib.

Qeyd edək ki, Ləman Əliyeva və Nihat Abdullayev birgə fəaliyyətə görə, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 31 yanvar tarixli Sərəncamı ilə Prezident mükafatına layiq görülüblər. Prezident mükafatçıları proqramlaşdırmanı öyrənməyi asanlaşdıran “Tenter” startapının həmtəsisçiləridirlər. “Tenter” startapı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəklədiyi “Roadshow” proqramına seçilərək İspaniyada keçirilmiş “Mobile World Congress” beynəlxalq tədbirində Azərbaycanı təmsil ediblər. Bununla yanaşı, Nihat Abdullayev diqqət çatışmazlığı və hiperaktivlik sindromu olan uşaqlar üçün süni intellekt əsaslı oyuncaqlar təqdim edən “SamSam” startapının həmtəsisçisidir.

Texnologiya və innovasiyaya həvəsinin uşaqlıq illərindən olduğunu qeyd edən Ləman Əliyeva 13 yaşından proqramlaşdırma ilə məşğul olduğunu və artıq 9 ilə yaxındır ki, fərqli tətbiqlər və innovasiyalar üzərində işlədiyini deyib: “Hazırda çalışdığımız böyük layihələrdən biri süd vəzi xərçənginin aşkarlanması üçün süni intellekt alqoritmidir. Bu alqoritm həm insanlar, həm də klinikalarda həkimlər tərəfindən süd vəzi xərçənginin aşkarlanmasında istifadə oluna bilər.

Digər layihəmiz bərpaolunan enerji mənbələrində enerjinin optimallaşdırılması və səmərəliliyinin təmin olunması üçün istifadə olunan süni intellekt proqramıdır. Hazıra üzərində işlədiyimiz ən sonuncu layihəmizdə - bakalavr diplom işimizdə biz görmə qabiliyyətini itirmiş insanlar üçün yaradılmış “ağıllı eynək”dir. Süni intellektlə işləyən bu “ağıllı eynək” cəmiyyətdə həmin insanların onların naviqasiyası üçün köməklik göstərəcək”.

Orta təhsilini Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində aldığını qeyd edən Nihat Abdullayev yuxarı siniflərdən başlayaraq yerli və beynəlxalq fizika olimpiadalarında iştirak etdiyini bildirib: “Bu illər ərzində bir çox yerli və beynəlxalq fizika olimpiadalarından ölkəmizə medallar gətirmişəm. 2020-ci ildə Təhsil Kompleksini qızıl nişanla bitirərək ADA Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olmuşam. Universitet təhsilimə başladığım illərdən etibarən startap texnologiyaları və innovativ həll üsulları ilə bağlı bir çox layihələr üzərində çalışma fürsətim olub. Hazırda üzərində çalışdığımız innovativ biznes həlləri və süni intellekt texnologiyaları ilə gətirdiyimiz yeni innovativ həll üsulları, intellektual məhsullarımız dünyanın 15-dən çox ölkəsində təqdim olunub və 10 mindən artıq insana çatdırılıb. Bu sıraya Cənubi Koreya, ABŞ, Dubay, Doha və bir çox Avropa ölkələri aiddir. Fəaliyyətimizin bir hissəsi olaraq da biz nüfuzlu “Battle of Minds” yarışmasında ölkəmizi təmsil eləmişik. Beynəlxalq regional turda birinciliyi əldə etməklə yanaşı, yarışmanın dünya finalında “Top-5” ən yaxşı komanda nominasiyasında seçilmişik. Bu yarışmanın 19 illik tarixi ərzində ölkəmiz üçün bir ilk oldu”, - deyə Nihat Abdullayev əlavə edib.

Ləman Əliyeva bildirib ki, hazırda üzərində işlədikləri süni intellekt əsaslı ağıllı oyuncaq - “Samsam” startapı ötən il ABŞ-da nüfuzlu “Startup World Cup” müsabiqəsində ölkəmizi təmsil edib və ən yaxşı 5 startapdan biri kimi fərqlənib: “Patentə malik “Samsam” oyuncağı artıq ABŞ, Azərbaycan və Ukraynada istifadəçilərə çatdırılıb. “Samsam” hazırda dünyada 30-dan artıq dil dəstəyi olan, əqli mülkiyyət patentinə malik ilk uşaq oyuncağıdır. Bizim təqdim etdiyimiz mobil tətbiq valideynlər üçün yüksəksəviyyəli interfeys təmin edərək, onların oyuncağın uşaqlarla ünsiyyət prosesini monitorinq etmək fürsəti yaradır. Bu proses çərçivəsində biz oyuncağın uşaqlarla olan interaktiv ünsiyyətini yadda saxlayırıq, o oyuncaqları uşaqların şəxsiyyətinə və xarakterinə uyğun olaraq istiqamətləndirib, oyuncağın növbəti ünsiyyət zamanı daha da inkişaf etməsini təmin edə bilirik”, - deyə Ləman Əliyeva bildirib.

“Samsam”ın daxili proqramının çox yüksək səviyyədə qurulduğunu qeyd edən Nihat Abdulayev bildirib ki, süni intellekt proqramı oyuncağın daxilindədir, bütün məlumatlar orada saxlanılır, lakin fərqliliyi odur ki, oyuncaq “bulud” vasitəsilə idarə olunmur. Bu isə onun kibertəhlükəsizliyini əsaslı təmin edir: “Uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan “Samsam” süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir. Oyuncaq bir sıra vacib təhlükəsizlik sertifikatlarından keçib. Bu sertifikatların bir hissəsini Azərbaycanda, bir hissəsini isə Çində alıb. Eyni zamanda, oyuncaq, daxilində mövcud güclü təhlükəsizlik sisteminə əsasən həddindən artıq çox istifadə olunduğu zaman avtomatik deaktiv olunur ki, uşaqlara heç bir zərər verməsin. “Sleep modul”a əsasən oyuncaq yalnız uşaqlarla ünsiyyət zamanı aktiv olur, digər vaxtlarda isə funksionallığını dayandırır. “Samsam” “Type-C” adaptorları vasitəsilə şarj olunur. Bir dəfə tam şarj olunduğu zaman batareya 7 saatadək işləyir. Bu isə uşaqlara gündəlik 30 dəqiqə istifadə zamanı, 2 həftəyədək istifadə ömrü verir. Eyni zamanda, batareyada şarj bitməyə yaxın olduğu zaman - 10 faizədək göstərici əks olunduğunda oyuncaq səsli şəkildə uşaqlara bununla bağlı xəbərdarlıq verir ki, şarj olunmalıdır.

Digər tərəfdən, mobil tətbiqin içində valideynlər oyuncağın şarjının göstəricisini öyrənə bilərlər. Şarja taxma bu oyuncaq çirkləndiyi halda isə oyuncaq arxa tərəfdən açılır, onun içərisindəki “soul box” adlandırılan qutu (patentə malik qutu) çıxarılır. Oyuncaq özü yığıla bilər, həmin müddət ərzində və yaxud da şarj olunaraq yenidən yerinə taxıla bilər. Bir sıra texnologiyalarda müşahidə olunan şarj müddətində avadanlığın istifadəsinin zərər verdiyi diqqətə çatdırılsa da, “Samsam” şarj olunduğu zaman istifadəsi batareyaya ziyan vermir. Cihazın mənbədən gələn gərginliyi istifadəyə yönəltməsi hesabına batareyanın uzun müddət üçün istifadə imkanını təmin edir.

“Samsam”da süni intellekt modeli elə qurulub ki, sırf uşaqlar üçün mövcud olan kontentlər əlçatandır. Belə ki, uşağın oyuncaqla bəhs etdiyi mövzunu belə valideynlər idarə etmək imkanı əldə edir. Həmçinin uşaqla “Samsam” arasında olmuş ünsiyyət barədə məlumatı əldə etmək olur. Hazırda “Samsam”ın patenti mövcuddur, bu bizə layihəmizin qorunması güvəni verir. Növbəti addımda, biz daha da inkişaf etməli, öz texnologiyamızı gücləndirməliyik ki, qlobal bazarlarda rəqabətədavamlı olaq”, - deyə Nihat Abdullayev əlavə edib.

Süni intellekt cəmiyyətlərdən biri olan “Süni İntellekt Hub”ın həmtəsisçisi olan Ləman Əliyeva birliyin fəaliyyətindən də bəhs edib: “Çalışırıq ki, süni intellektlə bağlı məlumatları insanlar üçün daha da əlçatan edək. Təkcə paytaxt Bakıda deyil, həmçinin regionlarda bizim həmfikirlərimiz var. Artıq Mingəçevir, Sumqayıt, Biləsuvar və Lənkəranda da fəaliyyət göstəririk. Bundan əlavə, laboratoriyalarda müxtəlif işlər görürük, süni intellekt texnologiyaları yaradırıq, eləcə də bununla bağlı elmi məqalələrə dəstək oluruq. “Süni İntellekt Hub” vasitəsilə biz süni intellekti regionlarda, ucqar kəndlərdə, məktəblərdə yayırıq”.

Sonda Nihat Abdullayev və Ləman Əliyeva bu yaxınlarda ölkə Prezidenti tərəfindən yüksək mükafata layiq görüldükləri üçün təşəkkürlərini bildiriblər.

“Mükafata layiq görülməyimiz bizi növbəti layihələrimizdə də innovativ yanaşmanı davam etdirməyə ruhlandırır. Belə bir yüksək etimada layiq görüldüyümüz üçün Prezidentə təşəkkürümüzü bildiririk. Əminliklə demək istəyirik ki, gələcək innovativ fəaliyyətimiz də Azərbaycanın digər ölkələr sıralamasında daha yüksəklərdə olmasına töhfə verəcək. Bu istiqamətdə fəaliyyətimizi daim davam etdirmək niyyətindəyik”, - deyə Nihat Abdullayev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

Qısamüddətli peşə təlimlərinə başlanılıb

Naxçıvanda şəhid övladları üçün bayram tədbiri keçirilib

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Praqada Novruz bayramı qeyd olunub

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

Texnologiya nəhəngləri bir neçə ildən sonra süni intellektə ildə 500 milyard dollardan çox pul xərcləyəcək

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

® “Azercell”dən Novruz bayramına xüsusi təklif!

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək

BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər

Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib VİDEO

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Expressbank”da Daun Sindromu Günü keçirilib

Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?

Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib

Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək

Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarda 352 əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Muxtar respublikada ötən il 311 min ting əkilib