Prezident mükafatçısı Jalə Rzabəylinin imza günü olub
Bakı, 24 may, AZƏRTAC
Bakıda keçirilən Vl Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Prezident mükafatçısı, yazıçı-jurnalist, bəstəkar Jalə Rzabəylinin imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, yazıçının "40 yaşdan sonrakı QADIN" kitabı maraqla qarşılanıb. Sərgiyə kitabsevərlər, tanınmış ziyalılar qatılıblar, imzalı kitablar əldə ediblər. Stendi Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, Qazientep vali yardımcısı Bülent Uygur və xanımı Gülşen Uygur, türkiyəli qonaqlar ziyarət ediblər. Səfir görüş zamanı qadın mövzusunda yazılan kitabların əhəmiyyətini dilə gətirib və kitabların Türkiyə türkcəsində də yazılmasını arzu edib.
Sərgi, eyni zamanda maraqlı konsert proqramı ilə də yadda qalıb.
Qeyd edək ki, Jalə Rzabəylinin "40 yaşdan sonrakı QADIN" kitabı "Libraff" kitab evlərində oxucuların ixtiyarındadır. Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür. Yazar eyni zamanda, ölkəmizin idman siyasətinə xidmət göstərən "Sport Time" dərgisinin baş redaktorudur.