Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Prezident-xalq birliyinin təcəssümü olan Vətən müharibəsi ölkəmizin iqtisadi-siyasi qüdrətini, hərbi gücünü dünyaya nümayiş etdirdi ŞƏRH

Prezident-xalq birliyinin təcəssümü olan Vətən müharibəsi ölkəmizin iqtisadi-siyasi qüdrətini, hərbi gücünü dünyaya nümayiş etdirdi ŞƏRH

Bakı, 5 noyabr, AZƏRTAC

Qırx dörd gün davam edən və noyabrın 10-da şanlı Zəfərimizin qazanılması ilə başa çatan Vətən müharibəsi xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu. Tarixi Zəfərimiz illər ərzində Azərbaycanın hərtərəfli strateji inkişaf konsepsiyasının uğurlu icrasının, güclü dövlət quruculuğu istiqamətində aparılan müdrik və müəyyən hədəflərə hesablanmış praqmatik siyasətin məntiqi nəticəsi oldu.

Həyata keçirilən müstəqil siyasət, güclü iqtisadi dayaqların formalaşdırılması, peşəkar ordu quruculuğu istiqamətində atılan addımlar, xarici ölkələr və beynəlxalq təsisatlarla müxtəlif formatlarda qurulan səmərəli əməkdaşlıq əlaqələri, ölkədə mövcud olan ictimai-siyasi sabitlik və xalqın sarsılmaz birliyi tarixi Qələbəmizi şərtləndirən əsas amillərdəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uzaqgörən, məqsədyönlü və nəticəyə hesablanmış siyasət nəticəsində ötən illər ərzində ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafa, qüdrətli orduya malik dövlət kimi beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini söyləyən deputat deyib: “Ordu quruculuğu ilə yanaşı, iqtisadi-sosial inkişafını uğurla həyata keçirən, müxtəlif ölkələrlə və beynəlxalq təsisatlarla əlaqələrini genişləndirən ölkəmiz regionda əsas söz sahibi kimi mövqelərini möhkəmləndirdi. Azərbaycanın təşəbbüsü və iştirakı ilə icra edilən beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, hərtərəfli inkişafına əsaslı zəmin yaratdı. Əlbəttə ki, dünya dövlətləri ilə qurulan qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsini təmin etdi. Beləliklə, Azərbaycan tam müstəqil xarici siyasət yürüdərək, öz parlaq gələcəyini özü müəyyənləşdirdi”.

M.Qasımlı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğalçılıq siyasəti onu regionda icra olunan bütün nəhəng layihələrdən kənarda saxladı. Azərbaycanın yürütdüyü məqsədyönlü siyasəti gələcəyini yalnız xarici ianələrin ümidinə bağlayan Ermənistanın onsuz da məhdud olan iqtisadi imkanlarının üzərindən tamamilə xətt çəkmiş oldu.

“Qısa müddət ərzində Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilən Azərbaycanın tərəfdaş ölkələrlə iqtisadi münasibətləri siyasi və digər sahələrdə də əməkdaşlıq əlaqələrinin formalaşmasını təmin etdi. Qonşu ölkələrin iştirakı ilə qurulan çoxtərəfli platformalar isə regionda yeni əməkdaşlıq imkanları yaratdı”,- deyə deputat vurğulayıb.

İqtisadi imkanlarının sürətlə artmasının ölkəmizin ordu quruculuğuna da xüsusi diqqət ayırmasına böyük imkanlar açdığını bildirən Mircəlil Qasımlı deyib ki, ötən illər ərzində məhz hərbi məqsədlər üçün hər il əvvəlkilərdən daha böyük məbləğlərdə vəsaitlər ayrıldı, bir çox hallarda Azərbaycanın müdafiə xərcləri Ermənistanın bütün dövlət büdcəsindən təxminən iki dəfə çox olurdu. “Xüsusən vətənpərvər, fiziki hazırlıqlı gənc nəslin formalaşdırılması istiqamətində böyük işlər görüldü. Peşəkar hərbçilərin hazırlanması daim diqqət mərkəzində saxlanıldı. Həmçinin Azərbaycanda hərbi sənaye kompleksinin beynəlxalq təcrübəyə uyğun formalaşdırılması və inkişafı Vətən müharibəsində əldə olunan Qələbədə mühüm rol oynadı. Müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahların istehsalı ordumuzun arsenalının zənginləşdirilməsini təmin etdi”, - deyə o vurğulayıb.

Deputat bildirib ki, haqq işimizin beynəlxalq ictimaiyyətə çatdırılması və onun dəstəyinin qazanılması daim Azərbaycanın xarici siyasət kursunun prioritet məsələlərindən biri kimi diqqət mərkəzində saxlanılırdı. Prezident İlham Əliyev bütün səfərlərində, keçirdiyi bütün görüşlərdə, ən mötəbər tribunalarda etdiyi bütün çıxışlarda Azərbaycanın ədalətə söykənən mövqeyini bəyan edir, ölkəmizin işğal faktı ilə barışmayacağını və tarixi torpaqlarını işğalçılardan təmizləyəcəyini vurğulayırdı. Eyni zamanda, düşünülmüş məqsədyönlü siyasət sayəsində bu müddət ərzində münaqişənin həlli üçün hüquqi baza möhkəmləndirildi. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul edildi.

“Beləliklə, 2020-ci il sentyabrın 27-də düşmənin növbəti genişmiqyaslı təxribatına cavab olaraq başladılan və “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi Prezident-ordu-xalq birliyinin təcəssümü olmaqla yanaşı, ölkəmizin iqtisadi-siyasi qüdrətini, hərbi gücünü xalqımızın yenilməzliyini, həmrəyliyini dünyaya bir daha nümayiş etdirdi. Artıq qalib Azərbaycan xalqı Zəfər Gününü və Dövlət Suverenliyi Gününü azad edilmiş doğma torpaqlarımızda da böyük sevinclə qeyd edir, şanlı üçrəngli Bayrağımız ölkəmizin bütün bölgələrində qürurla dalğalanır”, - deyə deputat qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pedaqoji Universitetdə keçirilən “Zəfər Turniri" yekunlaşıb

Türkiyənin vitse-prezidenti yeni Suriyanın qurulmasına zərər verməməyə çağırıb

İtaliya A Seriyası: "Napoli" "Latsio"ya məğlub olub

Qolan Təpələrində Qazaxıstan sülhməramlıları: vəziyyət gərgin, lakin sabitdir

Almaniyanın ikinci ən uzun asma körpüsü istifadəyə verilib

Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sənət əsəri Almaniyanın Türk Tarixi və Mədəniyyətləri Muzeyində nümayiş olunub

Yeddi qolun vurulduğu London derbisini "Çelsi" qazanıb

Balakəndə dördotaqlı ev yanıb

Doha Forumunun son günündə humanitar fəaliyyət, rəqəmsal idarəetmə və beynəlxalq əməkdaşlıq mövzuları müzakirə edilib

İmişlidə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

ADA Universitetinin 3-cü Məzun Forumu İtaliyada keçirilib

Misli Premyer Liqası: “Zirə” “Kəpəz”i darmadağın edib, “Neftçi” “Sumqayıt”a uduzub

Hakan Fidan: Suriyadakı vəziyyətin düzəlməsinə dair Türkiyənin diplomatik səyləri davam edir

İsveçdə azərbaycanlı tələbə və məzunların 4-cü yığıncağı keçirilib

Ərşad Əl-Salihi: Qarabağ Azərbaycanın haqq işinin göstəricisidir

AMEA-nın prezidenti Lənkəran Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak edib

Fuat Oktay: Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq

Nazir: İtaliyanın Suriyadakı səfirliyinə silahlı şəxslər daxil olub

Formula 1: “McLaren” 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub

Media: Ukrayna müəyyən ərazilərindən imtina etməyə məcbur ola bilər

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xocalıya səfər ediblər

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə VİDEO

Böyük Britaniyada “Darragh” qasırğası nəticəsində iki nəfər ölüb

Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar VİDEO

Lənkəranda keçirilən VII Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıblar VİDEO

Zelenski Ukraynanın müharibədəki itkilərini açıqlayıb

Azərbaycanın iki güləşçisi Qazaxıstanda qızıl medal qazanıb

“GLOBE”un baş icraçı direktoru: COP çox uğurlu keçdi VİDEO

Azərbaycan Nyu-Dehlidə təşkil edilmiş diplomatik xeyriyyə yarmarkasında təmsil olunub

Hakan Fidan: Türkiyə Suriyanın milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə böyük önəm verir

“TRT Haber”: Mənbic PKK/YPG terrorçularından təmizlənir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Günəşdə iki böyük partlayış baş verib

İslamabadda Post-COP29 seminarı keçirilib

“Milli Gazete”: Ermənistan və Yunanıstan Türkiyəyə qarşı düşmənçilik kursunu davam etdirir

Filiz Kılıç: Füzulidə ermənilərin dağıtdıqları binaları görüb kədərlənirəm VİDEO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Beynəlxalq Parlament Konfransının iştirakçıları Füzuli şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cənubi Koreya prokurorluğu Prezident Yun Sok Yolu şübhəli şəxs elan edib

Şahbuz rayonu ərazisində hərbi sursatlar aşkar olunub VİDEO

Beynəlxalq parlament konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb VİDEO

“Fundamental Astronomiya” kitabının təqdimatı olub

Naxçıvanda “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib

Ağdaş rayonunda fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO

Stress sevinc qabiliyyətini necə zəiflədir? – ARAŞDIRMA

İnternetin 50 yaşdan yuxarı kişilərin psixi sağlamlığına müsbət təsiri sübut olunub

Almaniyanın ifrat sağçı partiyasının Kansler vəzifəsinə namizədi müəyyənləşib

Ərdoğan: Türkiyənin gücü Anadoluda əmin-amanlığın təminatıdır

Beynəlxalq Zakura festivalının direktoru: Azərbaycan filminin müsabiqədə iştirakı bizi sevindirir

Qahirədə beynəlxalq “Qurani-Kərim” qiraəti müsabiqəsi keçirilir

Qanla sınıq sümüyü sağaltmağa imkan verən implant hazırlanıb

Müqəddəs Taxt-Tacın kardinallarının sayı artıb

Notr-Dam kilsəsi yanğından beş il sonra yenidən istifadəyə verilib

Musiqi mədəniyyətimizdə parlaq imza – Elmira Səfərova - 90

Türkiyəli ekspert: İrəvan Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması yolunda maneələri aradan qaldırmalıdır

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb

Lavrov: Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına töhfə verəcək

Uels Şahzadəsi Donald Trampla görüşəcək

Superliqa: “Beşiktaş” “Fənərbağça”nı məğlub edib

Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib

La Liqa: “Barselona” səfərdən bir xalla qayıdır

İngiltərə Premyer Liqası: “Mançester Siti” qələbə qazana bilməyib

Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda tədbir keçirilib

Ağsaqqallar Şurasının sədr müavini: Anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz yetişib

Misli Premyer Liqası: “Qarabağ” xal itirib

Azərbaycan-Pakistan parlamentlərarası dostluq qruplarının fəaliyyətinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul Konsullar Korpusunun yeni dövr sədri seçilib

ADU-nun Konfutsi İnstitutunun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB VİDEO

İdarə rəisi: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

DYP küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Xosep Qvardiola 4 futbolçunun transferə çıxarılmasını istəyib

“Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb

Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb

Ümumdünya Meteorologiya Təşkilatının keçirdiyi fotomüsabiqənin qalibləri müəyyən edilib

Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb

Bakı birinciliyinin qalibi: Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur

Qadın voleybolçuların çempionatında II tura yekun vurulub

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

Fuat Oktay: Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır

Misli Premyer Liqası: “Araz-Naxçıvan” liderliyə yüksəlib

Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb

Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətini dinləyib

Əli Əhmədov: Beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq ağır böhran içərisindədir

Rusiyalı alim 2027-ci ilə qədər Arktika dənizlərində buzların tamamilə yox olacağını ehtimal edir

Qətərdə 22-ci Doha Forumu başlayıb

Tovuzda partlayış olub, iki nəfər xəsarət alıb VİDEO

Tamblinq və batut gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı keçirilib VİDEO

Kompostdan istifadə zamanı həm orqanik məhsul əldə edilir, həm də torpağın strukturu yaxşılaşır

BƏƏ-də robotların əvəz edəcəyi işçilər təqaüdə vaxtından əvvəl çıxacaqlar

YARAT-da “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

Naxçıvan şəhərində yeni idman qurğuları istifadəyə verilib

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” Kuboku uğrunda yarış keçirilir

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

FAO-nun Romadakı mənzil-qərargahında “Azərbaycan otağı” – FOTO VİDEO