Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdiniz

Prezidentə yazırlar: Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdiniz

Bakı, 16 noyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza, eləcə də qardaş Türkiyənin vətəndaşlarına böyük sevinc hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə minnətdarlıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Aydın şəhərindən Mövlud Çelik yazır: “Hörmətli cənab Prezident, mən Türkiyədə yaşayıram. Hər bir ölkə, hətta dünyanın bütün dövlətləri bilir ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaqdır. Hazırda təqaüddəyəm, bəzən hisslərimi şeirlə ifadə edirəm. 1974-cü ildə Türkiyə Kipri müdafiə edəndə “Kıbrıs” adlı bir şeir yazdım və onu o vaxtkı Prezident Rauf Denktaşa, Baş nazir Derviş Eroğluna təqdim etdim. Hər bir insanda, xüsusən Azərbaycan və Türkiyə vətəndaşlarının ürəyində dərin yara açan Xocalı qırğınının ağrı və acısı sağalmamış 2020-ci il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycan torpaqlarına hücum etdi. Xalqlarımız yenidən üzüldü, lakin Azərbaycan öz haqqını döyüşlə, zəfərlə qazandı. Şəhidlərinizə görə Sizə və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Azərbaycan Ordusunun daim müzəffər olması üçün dua edirəm”.

Ağcabədi rayonundan Mehdi Əhmədov: “Möhtərəm cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız. Allah Sizdən və qəhrəman əsgərlərimizdən razı olsun!

Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Füzuli sakini İsa Hacıyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Vətən müharibəsini Qələbə ilə başa vurduğumuz üçün Sizi, xalqımızı və rəşadətli Ordumuzu ailəmiz adından və öz adımdan ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi qorusun!”.

İsmayıllı sakini Hüseynağa Kamilzadə: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərə görə özümün, ailə üzvlərimin adından və İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ağsaqqalları adından böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk. Noyabrın 8-də Şuşanın alınmasına, 10-da isə qəbul olunmuş bəyanata görə çox sağ olun. Siz uzun illərdən qalmış problemləri həll etməyi bacardınız və Qarabağı Azərbaycana qaytardınız. Allah Sizə yar olsun!”.

Zaqatala sakini Tamara Nurəliyeva: “Hörmətli cənab Prezident, Sizin yaratdığınız peşəkar Milli Ordumuz 28 il işğal altında qalan Qarabağı rəhbərliyinizlə azad etdi. Tam Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, cənab Prezident. Allah Sizi qorusun! Biz Sizinlə fəxr edirik, cənab Prezident. Sizin qətiyyətiniz sayəsində düşmənə qalib gəldik. Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqına Qələbə sevinci yaşatdınız. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Sabirabad rayonundan Telman Əzimov yazır: “Hər bir azərbaycanlının əzizi, qarantı olan hörmətli cənab Prezident. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı. Ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq dünya dövlətləri arasında öz dəst-xətti olan bir dövlətə çevirməklə müasir Azərbaycan Respublikasının qurucusu və Ümummilli Lider adını qazandı. Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrə yardımların verilməsi, yeni-yeni iş yerlərinin yaradılması ilə işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi, eləcə də fəaliyyətiniz müddətində Azərbaycan Respublikasının islami dəyərləri özündə qoruyub saxlamaqla dünyəvi dövlətə çevrilməsi, Şərq və Qərb mədəniyyətlərinin birgə fəaliyyətinin təşkili, multikultural fəaliyyətin təmin edilməsi, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyimiz, dünya dövlətləri ilə qarşılıqlı anlaşma və dostluq münasibətlərinin yaradılması, saymaqla bitib tükənməyən irimiqyaslı layihələrin həyata keçirilməsi ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuş və müasir tələblərə cavab verən nizami ordunun qurulması ilə uzun illərdən bəri xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı xaincəsinə işğal etmiş erməni faşistlərindən qısa müddət - 44 gün ərzində işğaldan azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı kimi Siz öz adınızı nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflə yazdıra bildiniz. Siz tarixi dövlətçilik ənənələri olan Azərbaycana son yüzilliklərdə əldə olunmayan bir qələbəni yaşatdınız. İşğal altında olan torpaqlarımızı əsl sahibinə - Azərbaycan xalqına qaytara bildiniz. Bu, təkcə işğal olunmuş torpaqların geri qaytarılması kimi deyil, həm də Azərbaycanın, Azərbaycan Ordusunun tarixi Qələbəsidir. Siz haqqın necə güclü olduğunu və özünüzün necə bir sərkərdə olduğunuzu bir daha təsdiq etdiniz. Azərbaycan Ordusunun döyüşlərdə silahla döyüşərək düşmən üzərində qələbə qazanmağın səbəbkarı məhz siyasi arenada yorulmaq bilmədən hər kəsin öz dilində döyüşərək onlara öz yerlərini göstərməyə nail olmaqla xalqın qəlbində özünüzə layiqli yerinizi tapmaqla sözü ilə əməli bir olan, hər bir azərbaycanlının Prezidenti olan, özünü xalqın xidmətçisi elan edən, hər zaman xalqın yanında olan mərd-mübariz Azərbaycan oğlu olmağınızdır. Siz bizə ən xoş günləri, ən xoş arzumuzu Cəbrayılın, Zəngilanın, Qubadlının, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının Azərbaycanın döyünən qəlbi olan Şuşanın işğaldan azad olunması və qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla bizim məğlubedilməz xalq olduğumuzu bir daha təsdiq etdiniz, Xocalıda, Xocavənddə, Ağdərədə, Xankəndidə və adları hər birimiz üçün əziz olan digər yaşayış məntəqələrimizdə dünyanın ən gözəl bayrağı olan Azərbaycan bayrağının ucaldılması sevincini bizlərə yaşatdınız. Bu Qələbənin qazanılmasında canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Siz Azərbaycan xalqına, dünya azərbaycanlılarına, ürəyi Azərbaycanla döyünən hər kəsə, azərbaycansevərlərə əvəzsiz bir sevinc qələbə, haqq-ədalət sevinci yaşatdınız. Bizə bu haqq işimizdə mənəvi dəstək olan dövlətlərə, xüsusilə də qardaş Türkiyə Respublikasına, bütün dünya türklərinə bir daha minnətdarlıq edirik. Müzəffər Ali Baş Komandan, qəlbimizdə Sizin haqqınızda bitib tükənməyən xoş arzular o qədərdir ki, hamısını qeyd etmək olmur. Sadəcə olaraq, dünyada nə qədər ən gözəl, ən xoş arzular varsa, hamısını Sizə və əzizlərinizə arzu edirəm. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Azərbaycanın yeni tarixini yazan cəsur sərkərdə, məharətli diplomat və siyasətçi olmaqla xalqımızı yumruq kimi birləşdirməyi bacardınız. Siz Azərbaycan xalqının qəhrəmanısınız. Siz Azərbaycanın ömürlük Prezidenti olmağa layiqsiniz. Bir daha Allahdan Sizə uzun, sağlam, sülh və əmin-amanlıqla keçən bir ömür arzu edirəm. Allah Sizi və əzizlərinizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Ülviyyə Quliyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Milli Qəhrəman bacısı, Füzuli sakini olaraq Sizə minnətdaram. Çünki 27 il həsrətində olduğumuz o müqəddəs torpaqlarımıza yenidən qayıdacağıq. Mən müəlliməm, çalışıram ki, Füzuli rayonu 22 nömrəli tam orta məktəbdə dərs dediyim şagirdlərə də bu Qələbənin necə böyük tarixi əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqı üçün nə ifadə etdiyini çatdırım. Öz adımdan və bütün füzulililər adından Sizə və şanlı Ordumuza təşəkkür edirəm. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

Xocavənd sakini Gözəl Xəlilova: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, son günlərdə Sizin komandanlığınızla Qarabağ torpaqlarının rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunması və Qələbə qazanmağımız münasibətilə Sizi təbrik edirəm. Uca Yaradan bizi dünyada qalib xalq kimi tanıdan Ali Baş Komandanı və igid Ordumuzu qorusun!”.

Naftalan şəhərindən Kamran Muradovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Şuşanın azad olunması xəbərini eşitdikdə hər birimiz sevinc içində küçələrə axışdıq. Bu, bayram sevinci idi. 9 noyabr tarixində Bayraq Gününü qeyd edərkən Sizdən o qədər gözəl xəbərlər gəldi ki, ürəyimiz ikiqat sevinclə doldu. 10 noyabrın ilk saatlarından Sizin xalqa müraciətiniz isə bizə ən böyük hədiyyəni bəxş etdi. Mən Sizə heyranam, əziz Prezidentim. Ordumuzun qəhrəmanlığı, sadəcə, Azərbaycan tarixinə deyil, dünya tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək. Mən onu bilirəm ki, mənfur düşmən artıq heç zaman torpaqlarımıza əl uzada bilməyəcək. Allah Şəhidlərimizə rəhmət eləsin. Artıq onların ruhu şaddır. Təşəkkürlər, Müzəffər Ali Baş Komandan, təşəkkürlər, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Mingəçevir şəhərindən Ceyhunə Şəfiyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni rəhbəri olduğum məktəbin pedaqoji kollektivi dəstəkləyir və alqışlayır. Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Eşq olsun Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!”.

Bakı şəhər sakini Məmməd Səfa: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizi düşmən üzərində möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə Azərbaycanımızın çiçəklənməsi yolunda uğurlar arzulayıram. Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan olaraq bu gün xalqımızın birliyini daha da möhkəmləndirdiniz. Bu müqəddəs yolda canlarını fəda edən igid oğullarımıza Allahdan rəhmət diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Yaşasın Azərbaycan xalqı, müzəffər Ordumuz və Ali Baş Komandanımız!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Kanada Hərbi Hava Qüvvələrinə ilk dəfə qadın başçılıq edəcək

Şokolad - şirin ləzzət, şirin dad…

Sahibkarlara Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib

Əbu-Dabi görüşü: sülhə aparan yolun növbəti mərhələsi – ŞƏRH

Komitə nümayəndəsi: Sosial göstəricilər əsasında tibbi müdaxilənin aparılması qanunvericiliklə tənzimlənir

BDU-da “Birincilik” təqaüdü təsis edilib

“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

Yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

Ötən gün axtarışda olan 87 nəfər saxlanılıb

Media: ABŞ Ukraynaya hücum silahlarının satışını istisna etmir

BMT yaşlı insanların iqlim sağlamlığı ilə bağlı həyəcan təbili çalır

Aynur Veysəlova: Cəmiyyətdə gender bərabərliyinin təşviq edilməsi vacibdir

900-dən çox KOB subyekti və potensial sahibkar biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib

Azərbaycan ilə Qazaxıstanın televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur

“Hayduk”un sabiq qapıçısı: Klub rəhbərliyi “Zirə” barədə məndən məlumat almayıb – EKSKLÜZİV MÜSAHİBƏ

Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda media forum keçirilir

Aynur Veysəlova: Oğlan uşaqlarının doğum nisbətində süni artım var

Marko Rubio Çinin xarici işlər naziri ilə görüşəcək

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub

Əhməd İsmayılov: Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir

Yevlax şəhərində yeraltı piyada keçidinin inşası davam edir

Məryəm Məcidova: Qız uşaqlarına qarşı stereotiplər ailələrin seçimlərinə təsir edir

BDU və İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 218-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türkiyədə kibercinayətlərdə şübhəli bilinən 350 nəfər saxlanılıb

“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri

Hesabat: Çexiyada gənclərin radikallaşması tendensiyası müşahidə olunur

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 362 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” 2013-cü il 7 may tarixli 891 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İctimai şura üzvü: Azərbaycanda uşaqların cinsə görə seçilməsi demoqrafik tarazlığı pozur

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Milli Onkologiya Mərkəzinin maddi-texniki bazası möhkəmləndirilir – SƏRƏNCAM

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat başlanır

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Donald Tramp Kanadaya 35 faizlik rüsum tətbiq edir və başqa ölkələrə 15-20 faizlik tarifləri nəzərdən keçirir

Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əbu-Dabi görüşü sülh prosesində yeni mərhələnin başlandığını göstərir - RƏY

DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib

Bakıda Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

Şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Prezident İlham Əliyev Monqolustanın dövlət başçısını milli bayram münasibətilə təbrik edib

"Araz-Naxçıvan" bu gün Superliqa təmsilçisi ilə üz-üzə gələcək

Avropa Komissiyası Zelenski ilə danışıqları qeydə alan tərcüməçini işdən çıxarıb

Ermənistan rəhbərliyi hazırkı şəraiti doğru dəyərləndirsə, tezliklə sülh sazişinin bağlanmasının şahidi olacağıq - ŞƏRH

Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb VİDEO

Şirvanda narkokuryerlik edən şəxs saxlanılıb VİDEO

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

Azərbaycanın liderliyi ilə formalaşan yeni geosiyasi reallıq: Əbu-Dabi görüşü və sülh sazişinin tarixi əhəmiyyəti

BDU-da T3 Fondunun əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

Murad Musayev: “Sabah”dan başladığım işi bitirmədən gedə bilməzdim

“Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” - elmi seminar

BMT İİV virusunun yayılmasının qarşısını almağa çağırıb

Pakistanda silahlı şəxslər avtobusda 9 sərnişini öldürüblər

Abşeronda silah-sursat aşkarlanıb

Deputat: Azərbaycan və Ermənistan artıq sülh müqaviləsinin imzalanmasına doğru yekun addımlar atır

ANAMA işə qəbul elan edir

Çinin Sian Limanında ilk dəfə ADY-nin nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb

Deputat: Əbu-Dabi görüşü Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həlledici rol oynayacaq

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisinin Buxarestdəki oyunlarının vaxtı müəyyənləşib

Ruanda Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsini öyrənməkdə maraqlıdır

İyulun 11-də Ümumdünya Əhali Günü qeyd olunur

“Qarabağ” bu gün Niderland klubu ilə iki yoxlama görüşü keçirəcək

AZSTAND nümayəndələri Çində seminarda iştirak ediblər

Folklorşünas-alimlərin iştirakı ilə fənn proqramları təhlil olunub

Azərbaycan və Çin Mülki Aviasiya qurumlarının nümayəndə heyətləri görüşüb

Dünya bazarında qızıl 20 dollardan çox bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

Son 6 ayda əsas kapitala 8 milyard manatdan çox vəsait yönəldilib

Bu gün Xalq artisti Rasim Ocaqovun anım günüdür

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır - ŞƏRH

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans-Xəzər regionunda ekspansiya planlarını pozacaq

Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir - ARAŞDIRMA

Deputat: Prezident İlham Əliyevin qətiyyətli liderliyi bölgədə sülhün və sabitliyin əsas təminatçısıdır

Naxçıvandan xaricə məhsul ixracı 16 faiz artıb

Qlobal istilik dalğası süd qiymətlərinin yüksəlməsinə gətirib çıxarır

Almaniyada pandemiya dövründəki fəaliyyətin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Özbəkistan istixana qazı emissiyalarının azaldılmasına töhfəsini artıracaq

Cənubi Koreyada rekord sayda pasiyent istivurma səbəbindən xəstəxanaya müraciət edib

Türkiyənin Qars şəhərində zəlzələ ilə əlaqədar təlimlər keçirilib

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

Roma Papası: Süni intellekt yeni bərabərlik üfüqləri aça bilər

Çirkli havaya uzun müddət məruz qalmaq beyin şişi riskini artıra bilər - TƏDQİQAT

Avropa İttifaqına qanunsuz miqrant axını 20 faiz azalıb

Şirvanda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı olub

Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb

Dövlət Departamenti: Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün səyləri dəstəkləyir