SİYASƏT
“Pro Soualiga” Fondunun katibi: Ümid edirik ki, Bakı Təşəbbüs Qrupunun dəstəyi bizə beynəlxalq qurumlarla görüşlər keçirmək imkanı verəcək
![“Pro Soualiga” Fondunun katibi: Ümid edirik ki, Bakı Təşəbbüs Qrupunun dəstəyi bizə beynəlxalq qurumlarla görüşlər keçirmək imkanı verəcək](/files/2024/3/1200x630/17334921982834615609_1200x630.jpg)
Bakı, 6 dekabr, AZƏRTAC
Ümid edirik ki, Bakı Təşəbbüs Qrupu kimi müttəfiqlərin dəstəyi sayəsində bizə lazım olan auditoriya, xüsusilə BMT və onun müxtəlif qrup və təşkilatları ilə görüşlər keçirmək imkanı əldə edəcəyik. Bu, bizi qeyri-özünüidarəetmə ərazisi kimi yenidən siyahıya alınmaq və tanınmaq istiqamətində bir addım irəli aparacaq, daha sonra isə müstəqilliyə doğru irəliləməyimizə şərait yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sen Martindəki “Pro Soualiga” Fondunun katibi Renate Brayson Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfransın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin (“One Saint Martin”) Assosiasiyası arasında imzalanan Anlaşma Memorandumu gələcəkdə əməkdaşlıq görüşlərinin davam etdirilməsi, Bakı nümayəndələrinin Sen Martini ziyarət edərək vəziyyəti öz gözləri ilə görmələri, rəsmilərimizlə və Assosiasiya ilə görüşmələri üçündür. Bu, gələcəkdə faydalı təsirləri olacaq ikitərəfli sazişlər üçün bir başlanğıcdır.