ELM VƏ TƏHSİL
Professor Mahirə Hüseynova Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, “COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda keçirilən simpoziumda akademik diplomu professor Mahirə Hüseynovaya təqdim olunub.
Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti professor Elçin Xəlilovun açılış nitqi ilə çıxış etdiyi simpoziumda görkəmli elm adamları və ictimai xadimlər də iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.09.2024 [17:35]
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
- 11.09.2024 [16:34]
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
- 11.09.2024 [15:54]
Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar
- 11.09.2024 [13:09]