Professor Rik Faun: Qarabağın bərpası və regional perspektivlər forumda geniş müzakirə olundu

Bakı, 9 aprel, AZƏRTAC
Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun iştirakçısı, Birləşmiş Krallıqda yerləşən Sent-Endryus Universitetinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin professoru Rik Faun AZƏRTAC-a eksklüziv müsahibəsində Qarabağın yenidən qurulması, regionda və qlobal səviyyədə beynəlxalq münasibətlər, eləcə də müasir dünya siyasətində qarşıya çıxan çağırışlarla bağlı fikirlərini bölüşüb.
Professor bildirib ki, forum çərçivəsində keçirilən sessiyalar regionun bərpası ilə bağlı planların və gələcək perspektivlərin müzakirəsi baxımından olduqca əhəmiyyətli olub. “Sessiya, həqiqətən də regionun yenidən qurulması istiqamətində planların hazırlanması və gələcək imkanların reallaşdırılması baxımından önəmli idi. Mən Azərbaycana dəfələrlə səfər etmişəm və ümid edirəm ki, Qarabağ öz tam potensialına çatacaq. Azərbaycan bu regionun bərpası üçün ciddi planlar və iddialı hədəflər müəyyənləşdirib”, - deyə Rik Faun vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [12:45]
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- 22.04.2025 [11:01]
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir
- 21.04.2025 [20:29]