“PROKUROR” FİLMİNDƏ HƏQİQƏT QALİB GƏLİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də “Nizami” kinoteatrında gənc rejissor Nadir Muqbilovun “Prokuror” filminin təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində kino xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Müasir dövrümüzü əhatə edən filmdə korrupsiyaya qurşanmış yüksək vəzifəli bir qrup şəxsin törətdiyi kəskin dramatik hadisələrdən və əqidəsi uğrunda mübarizə aparan qanun keşikçilərindən bəhs olunur. Hadisələrin sonunda cinayətkarlar cəzasına çatır, dövlətin dəstəyi ilə həqiqət qalib gəlir. Kəskin dramatik hadisələr və əlbəyaxa döyüş səhnələri ilə zəngin olan bu film, həm də dərin məzmunu ilə tamaşaçıların marağına səbəb olmuşdur.
Filmdə xalq artisti Zərnigar Ağakişiyeva, əməkdar artist Azad Şükürov və başqa tanınmış sənətkarlarla yanaşı, gənc aktyorlar da çəkilmişlər.
“Prokuror” filminin nümayişindən sonra yaradıcı qrupun üzvləri tamaşaçıları maraqlandıran suallara cavab vermişlər.
Film “STAR Prodakşn”ın dəstəyi ilə istehsal olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]