ELM VƏ TƏHSİL
Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçiriləcəkdir
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 31-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, işə düzəlməklə bağlı ərizə qəbulu 2013-cü il sentyabrın 2-dən dekabrın 31-dək Аzərbаycаn Rеspublikаsı Baş Prоkurоrluğu tərəfindən aparılmış və 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 373 nəfərin namizədliyi qeydə alınmışdır.
İmtahan saat 10.00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) başlanacaqdır.
İmtahanın keçirilməsi qaydaları namizədlərə “Yaddaş kitabçası”nda təqdim olunur.
Namizədlər yanvarın 30-dək saat 09.15-dən 18.00-a kimi şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, “Yaddaş kitabçası”nı və “Test imtahanına buraxılış vərəqəsi”ni Azərbaycan Respublikası Baş Prokurorluğunun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri N.Rəfibəyli küçəsi 7) ala bilərlər.