CƏMİYYƏT


#prokurorluqdanizah: Növbəti videoçarxda “Fiziki şəxs hansı hallarda itkin düşmüş hesab edilir?" sualı cavablandırılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Təqdim olunan videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva “Fiziki şəxs hansı hallarda itkin düşmüş hesab edilir?”sualını cavablandırıb.

Videoizahı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından izləməklə həmin sualın cavabını öyrənmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.