Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prorektor Mehmet Şimşir: Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir MÜSAHİBƏ VİDEO

Prorektor Mehmet Şimşir: Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir MÜSAHİBƏ  VİDEO

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının 1 ili tamam olur

Bakı, 19 fevral, Xatirə Cəfərova, AZƏRTAC

Bu gün Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan Türkiyə Azərbaycan Universitetinin (TAU) yaradılmasının 1 ili tamam olur. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb. Bu münasibətlə Türkiyə-Azərbaycan Universitetinin prorektoru Mehmet Şimşir AZƏRTAC-a müsahibəsində TAU-nun məqsədi və tədris prosesi ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

- Türkiyə-Azərbaycan Universitetini Azərbaycan təhsil sistemində fərqləndirən xüsusiyyətlər hansılardır?

- Türkiyə-Azərbaycan Universiteti digər sahələrdə olduğu kimi təhsil sahəsini də ən yüksək səviyyəyə çatdırmaq məqsədilə hər iki ölkənin dövlət başçılarının ortaq konsensusundan yaranmış universitetdir. Türkiyə-Azərbaycan Universiteti model olaraq digər universitetlərdən çox fərqli bir quruluşa malikdir. Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3 (Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Hacettepe Universiteti), Azərbaycanın bir (Azərbaycan Texniki Universitetinin) universitetinin tərəfdaşlığı ilə qurulub. Bu mənada biz mahiyyətcə ortaq universitetik. “Çətir universitet” Türkiyə universitetlərində tədris olunan ixtisasların eynilə burada da tədris olunması mənasına gəlir. Məsələn, Orta Doğu Texniki Universitetinin Kompüter mühəndisliyi fakültəsinin proqramı eynən burada tətbiq olunur. İstanbul Texniki Universiteti Sənaye mühəndisliyi fakültəsinin proqramı eyni qaydada sənaye mühəndisliyi ixtisasında keçirilir. Hacettepe Universitetinin Qida mühəndisliyi fakültəsinin dərsləri TAU-nun qida mühəndisliyi ixtisasında tələbələrə keçilir. Burada Türkiyədən gələn müəllimlər dərs deyirlər. Orta Doğu Texniki Universitetində Kompüter mühəndisliyi fakültəsinin müəllimləri Türkiyədə necə dərs deyirlərsə, Azərbaycanda da eyni dərsi keçirlər. Eynilə İstanbul Texniki Universitetinin Sənaye mühəndisliyi fakültəsinin müəllimləri buraya gəlib mühazirələr oxuyurlar. Hacettepe Universitetinin Qida mühəndisliyi fakültəsinin professorları da mühazirə oxumaq üçün buraya gəlirlər. Ona görə də bu baxımdan Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir. Bizim digər universitetlərdən fərqimiz budur. Yəni, biz Türkiyənin ən yaxşı universitetlərini Azərbaycana gətiririk və onları Türkiyə-Azərbaycan Universitetində birləşdiririk.

-TAU-da tədris prosesinin gedişi barədə nə deyə bilərsiniz?

- Burada tədris 100 faiz ingilis dilində aparılır. Qəbul etməliyik ki, tədrisin keyfiyyətinin yüksək olması üçün dünyada qəbul edilən dil kimi təhsil ingilis dilində olmalıdır. Tələbələrimiz Azərbaycanın Dövlət İmtahan Mərkəzinin imtahan qaydaları ilə qəbul olunurlar. Daha sonra onlar ingilis dilində səviyyə imtahanı verirlər. Tələb olunan balı toplayırlarsa, birinci kursdan tədrisə başlayırlar. Səviyyə imtahanında uğur qazana bilməyən tələbələr ingilis dilindən hazırlıq dərslərinə davam edirlər. Bu hazırlıq proqramı bir il davam edir. Payız semestrindən başlayır, yaz semestrində bitir. Daha sonra ingilis dili biliyi imtahanında yoxlanılan və həmin imtahandan uğurla keçən tələbələr birinci kursa davam edirlər. Hazırlıq kursu istisna olmaqla, təhsilimiz dördillikdir. Hazırda kompüter mühəndisliyi ixtisasında təhsil alan birinci kurs tələbələri var. Qida mühəndisliyi ixtisası üzrə də birinci kursumuz var. Amma sənaye mühəndisliyi ixtisası üzrə birinci kurs açılmadı. O ixtisasa qəbul olunan tələbələrimiz hazırlıq kursundadır.

-Türkiyə-Azərbaycan Universitetində daha hansı ixtisasların açılması nəzərdə tutulur?

-Hazırda mövcud olan kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarıdır. Bu ixtisaslar bizim Himayəçilər şurasının qərarlarına uyğun olaraq açılır. Himayəçilər şurasına Azərbaycandan elm və təhsil naziri Emin Əmrullayev rəhbərlik edir. Türkiyə tərəfdən isə YÖK sədri Erol Özvar rəhbərlik edir. Biz Himayəçilər şurasına öz təkliflərimizi veririk. Onların qərarları müzakirələr nəticəsində müəyyən olunur. Bu səbəbdən də Türkiyə-Azərbaycan Universitetində daha hansı ixtisasların açılması haqqında danışmaq bir qədər tezdir.

-Noyabr ayında tələbələrin Türkiyəyə səfəri təşkil olundu. Belə səfərlərin davamı olacaqmı?

-Bildiyiniz kimi, noyabr ayında Azərbaycanda COP29 tədbiri keçirilib. Biz bunu, əslində, bir fürsət kimi qiymətləndirdik. Çünki Azərbaycanda tədris onlayn formatda aparılırdı. Dedik ki, tələbələrimizi Türkiyəyə aparaq, Hacettepe Universitetini, Orta Doğu Texniki Universitetini, İstanbul Texniki Universitetini ziyarət etsinlər. Oradakı müəllimlərlə də tanış olsunlar. Tələbələr Türkiyədə təhsil alan gənclərlə tanış olub ünsiyyət qura bilsinlər. Arzum odur ki, əgər şərait yaranarsa, bu universitetə qəbul olan tələbələrimizi hər il Türkiyəyə aparaq.

-Türkiyə-Azərbaycan Universitetinin qəbul prosedurlarında hansısa dəyişiklik olacaqmı?

-Hazırda Türkiyə-Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən həyata keçirilir. Ötən il kompüter mühəndisləri üçün 500, sənaye və qida mühəndisləri üçün 450 bal olaraq baza balları müəyyənləşdirdik. Lakin qəbul olan tələbələrimizin hamısı çox yüksək bal topladılar. Kompüter mühəndisliyi üzrə keçid balı 641 olub. Bu da bizim müəyyənləşdirdiyimiz baza balından - 500-dən xeyli yüksəkdir. Sənaye mühəndisliyində keçid balı 544, qida mühəndisliyində isə 453 oldu. Görünən odur ki, savadlı tələbələr bizi seçirlər. Universitetimizin təhsil sisteminə və bizə güvənirlər. Bu, iki dövlətin qardaşlığından yaranmış Türkiyə-Azərbaycan Universitetinin təhsil sisteminə onların güvəndiyini göstərir. Biz onlara layiq olmağa çalışırıq. TAU gələcəkdə beynəlxalq universitet olacaq. Bu istiqamətdə ardıcıl addımlar atılır.

Prorektor Mehmet Şimşir: Türkiyə-Azərbaycan Universiteti modeli dünyada ilk dəfə həyata keçirilir MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb

Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib

Turin Politexnik Universiteti azərbaycanlı tələbələrə yeni imkanlar təqdim edəcək MÜSAHİBƏ VİDEO

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək

Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur

Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb VİDEO

Azərbaycan Dillər Universitetində Çinin “Çunfen” bayramı qeyd olunub

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Fransada bank işçiləri etiraz edirlər

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Dünya birjalarında neftin qiyməti enib

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib VİDEO

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs Ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cü ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb VİDEO

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir

Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT

Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır