Qaçaq yolla Çinə gətirilən 1600-dən çox lüks avtomobil müsadirə olunub
Pekin, 4 may, AZƏRTAC
Çinin gömrük xidməti ölkəyə qaçaq yolla gətirilən və ümumi dəyəri 1 milyard yuandan (167 milyon ABŞ dolları) çox olan 1600-dən çox lüks avtomobili müsadirə edib.
AZƏRTAC xəbər verir ki, “Bentley”, “Land Rover” və “Porsche” modelləri də daxil olmaqla bahalı avtomobilləri ölkəyə qaçaq yolla gətirən 7 nəfər saxlanılıb.
İlkin təhqiqat nəticəsində müəyyən olunub ki, Çindao şəhərində avtomobil ticarəti ilə məşğul olan iki şirkət xaricdən gətirilən lüks avtomobillərin alış qiymətinin aşağı göstərildiyi saxta sənədlər təqdim etməklə külli miqdarda gömrük rüsumundan yayınıblar. Məsələ ilə əlaqədar cinayət işi başlanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]